İZOFRA

Ticari adı

İZOFRA

ATC

R01AX08

İZOFRA

İZOFRA nazal sprey

İSOFRA

Tərkibi:

Təsiredici maddə: 100 ml tərkibində 800 000 BV framisetin sulfat vardır.

Köməkçi maddələr: metilparaben,natrium xlorid,natrium sitrat,limon turşusu,təmizlənmiş su.

Şəffaf maye.

Aminoqlikozid qrupundan olan antibiotikdir

Otolarinqologiyada yerli istifadə üçün aminoqlikozid qrupundan olan antibiotikdir.Bakterisid təsir göstərir.Yuxarı tənəffüs yollarında infeksiya proseslərini törədən bir çox qram müsbət və qram mənfi bakteriyalara (Staphylococcus aureus,Escherichia coli,Klebsiella pneumoniae,Haemophilus influenzae) qarşı aktivdir

Yuxarı tənəffüs yollarının infeksion-iltihabi xəstəliklərinin müalicəsi, o cümlədən:

– rinitlər;

– rinofaringitlər;

– sinusitlər (arakəsmənin zədələnməsi olmadıqda).

Operativ müdaxilələrdən sonra iltihabi proseslərin profilaktika və müalicəsi.

Framisetinə və aminoqlikozid qrupundan olan digər antibiotiklərə qarşı yüksək həssaslıq.Preparat burunətrafı ciblərin yuyulması məqsədi ilə istifadə edilməməlidir.Hamiləlik və laktasiya dövrü

Böyüklərə:hər burun dəliyinə bir püskürtmə,gündə 4-6 dəfə.

Uşaqlara:hər burun dəliyinə bir püskürtmə, gündə 3 dəfə.

Müalicə müddəti 7 gündən çox olmamalıdır.

İstifadə zamanı flakon vertikal vəziyyətdə tutulmalıdır.

Allergik reaksiyalar ola bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi əks göstərişdir.

Digər dərman vasitələri ilə nəzərə çarpan kliniki qarşılıqlı təsir qeyd edilməyib

Sistem qan dövranına doza həddinin aşılması az inanılandır,çünki preparatın absorbsiyası çox zəifdir.

Mikroorqanizmlərin rezistent ştammlarının müalicə zamanı əmələ gəlməsinin ehtimalını yaddan çıxarmamaq lazımdır.

Nazal sprey:15 ml həcmi işıq keçirməyən polietilen flakon püskürdücü ilə birgə və polietilen qapaqla karton qutuda.

3 il.Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Siyahı B.

25°C-dən yuxarı olmayan temperaturda.

Uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Həkim reseptilə buraxılır.

BUŞARA-REKORDATİ laboratoriyaları,Fransa.