ITAL – SODIUM CHLORIDE

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

ITAL – SODIUM CHLORIDE

ITAL – SODIUM CHLORIDE

Təsiredici maddə: 100 ml məhlulun tərkibində 0,9 q Natrium-xlorid vardır.

Həlledici: inyeksiya üçün su.

Elektrolit balansına təsir edən məhlullar, elektrolitlər.

Ekstrasellülar mayenin itkisi nəticəsində izotonik və hipotonik dehidratasiya ( ishal, qastroenterit, duz məhdudiyyətli pəhriz);
Digər elektrolitlərin və preparatların həlledicisi və durulaşdırıcısı kimi

Məhlulun hər hansı bir komponentinə qarşı yüksək həssaslıq, hiperhidratasiya, hipernatriemiya, su – natriumlu infiltrativ sindrom, hipokaliemiya, asidoz. Duz və suyun yüksək miqdarda qəbul olunması ağır böyrək və ya ürək çatışmazlığının səbəbi ola bilər. Dekompensə olunmuş qara- ciyər sirrozunun ödemli – assitik sindromu, hipertoniya, eklampsiya.

Əğər məhlulda bulanıqlıq qeyd olunursa, infusiya paketi zədələnərsə və məhlul paketdən sızarsa, bu zaman məhlulun istifadəsi qadağandır. Məhlul paketin üzərində göstərilən tarixdən gec istifadə olunmamalıdır. Məhlulun yüksək dozada təyin olunması məsləhət deyil. İnfuziya paketi bir dəfə istifadə olunmalıdır. Paketdə qalan məhlulun istifadəsi məsləhət görülmür Venadaxili infuziya steril və apirogen şəraitdə aparılmalıdır. Məhlulun xəstəyə yeridilməsi filtrli sistem borusu vasitəsilə həyata keçirilməlidir.

Diğər preparatlarla yanaşı təyin olunduğu zaman mənfi reaksiyaların əmələ gəlməsi haqqında məlumat yoxdur. Natrium-xlorid məhlulu həm orta dərəcəli infuziya kimi həm də diğər preparatların həlledicisi kimi istifadə olunur.

Məhlul ağır böyrək və ürək catışmazlığı, kəskin ağ ciyər ödemi və pre-eklampsiyası olan xəstələrdə, yaşlı insarlarda və uşaqlarda ehtiyatla təyin olunmalıdır.

İTAL – Natrium-xlorid məhlulu hamiləlik və laktasiya dövründə həkim tərəfindən təyin olunmalıdır.

Məhlulun avtomobil və digər mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri qeyd olunmamışdır.

Maksimal gündəlik doza və məhlulun yeridilmə sürəti həkim tərəfindən xəstənin yaşı, bədən çəkisi və kliniki vəziyyəti nəzərə alınmaqla təyin olunmalıdır.

İTAL – Natrium-xlorid məhlulu 7,7 ml/kq ( orta bədən kütləsi 70 kq olan xəstəyə – 180 damcı /dəq.) sürətilə bir saat ərzində köçürülməlidir. 70 kq bədən kütləsi olan xəstələrdə orta gündəlik doza 1000 ml/gün təşkil edir. Maksimal gündəlik doza – 2800 ml (40 ml/kq).

Hipernatriemiya və hiperxloremiyanın əmələ gəlmə riski vardır. Məhlulun yüksək sürətlə köçürülməsi zamanı diurez və osmotik ishal əmələ gələ bilər.

Məhlulun artıq həcminin yeridilməsi zamanı ürəkbulanma, qusma, ishal, qarın sancıları, susuzluq, ağızda quruluq hissi, hərarət, hipotoniya, taxikardiya, böyrək çatışmazlığı, ağ ciyər ödemi və ətraflarda ödem, baş ağrıları, başgicəllənmə, yuxu pozulması, qıcıqlanma, halsızlıq, əzələ spazmı, qıcolma, koma və ölüm baş verə bilər.

Qanda xlor səviyyəsinin artması bikarbonatlar səviyyəsini azaldır və nəticədə asidoza səbəb ola bilər. Bu zaman natriumun plazmada normal göstəriciləri, təcili olaraq, bərpa olunmalıdır. Bu məqsədlə xəstəyə gündəlik 10-15 mmol-dan artıq olmamaq şərti ilə venadaxili hipotonik duz (salin) məhlulu təyin olunmalıdır.

PVX konteyner, 1 lateral birləşdirici ilə. Həcmi 200 ml və 500 ml

25ºC-dən aşağı otaq temperaturunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Resept əsasında buraxılır.

İnfomed FLUIDS S.R.L. ,Buxarest Rumıniya

DOBFAR Milan, İtaliya

Spelling error report

The following text will be sent to our editors: