İTAL – Ringer Laktat

Ticari adı

İTAL – Ringer Laktat

İTAL – Ringer Laktat

100 ml məhlulun tərkibində

Natrium xlorid 0.600 q;

Kalium xlorid 0.040 q;

Kalsium xlorid dihidrat 0.027 q;

Sodium lactate 0.320 q;

İnyeksiya üçün su (həlledici kimi).

Elektrolitlər:

q/l mEq/l

Na+ 3.017 131.2

K+ 0.2098 5.4

Ca++ 0.0736 3.6

Cl- 3.96 111.7

Laktat- 2.543 28.5

Teoritik osmolyarlıq: 278.5 mOsm/l

Su –duz mübadiləsini bərpa edən məhlullar

İTAL – Ringer Laktat məhlulu su-duz əvəzedici terapiya kimi

Ekstrasellular dehidratasiya ( qusma, ishal, fistul kimi);
Hipovolemiya (hemorragik şok, yanıqlar, keçirilən əməliyyatdan sonra maye və elektrolitlərin itkisi);
Metabolik asidoz (laktat asidozdan başqa)

istifadə olunmalıdır

Durğun ürək çatışmazlığı;
Ekstrasellular hiperhidratasiya;
Hiperkaliemiya, hiperkalsiemiya;
Metabolik alkaloz;
Ürək qlikozidlərin və sidikqovucu preparatların qəbulu ( hiperkaliemiya əmələ gəlmə təhlükəsi olduğuna görə)

Bu məhlul əzələ daxili yeridilə bilməz. İTAL Ringer Laktat məhlulu qan ilə yanaşı yeridilə bilər. Amma laxtalanma riski olduğuna görə onlar ayrı sistem şlanqları ilə köçürülməsi məsləhətdir.

İTAL – Ringer Laktat məhlulun istifadəsi zamanı məhlulun həcmi və onun tərkibində olan elektrolitlərin miqdarı ilə bağlı olaraq bəzi fəsadların əmələ gəlmə riski var. Hipervolemiya nəticəsində xəstədə ağ ciyər ödemi inkişaf edə bilər (xüsusilə risk qrupunda olanlarda). Məhlulun tərkibində olan laktat metabolik alkaloz yarada bilər. İTAL – Ringer Laktat-la müalicə zamanı hidroelektrolitik göstəriciləri və ph balansı kontrol olunmalıdır.

Məhlulun istifadəsi zamanı (xüsusilə ağır böyrək catışmazlığı, hipernatriemiya mənşəli ödemlər, qlükokortikoidlərlə və derivatlarla aparılan müalicə zamanı) xəstəyə həm kliniki həm də bioloji nəzarət tələb olunur.

Məhlulun tərkibində kalium ionları olduğuna görə hiperkaliyemiyanın əmələ gəlmə riski var. Ağır böyrək çatışmazlığı ilə olan xəstələrdə hiperkaliemiya riski daha da artır.

Kalsium ionları ilə bağlı təsirlər: Məhlulla yanaşı ürək qlikozidlərinin istifadəsi ağır aritmiyalara səbəb ola bilər. Tiazid qrupundan olan sidikqovucu preparatlarla birgə təyin olunarsa böyrəklərdə kalsiumun eliminasiyasının zəifləməsinə və hiperkalsiemiyanın əmələ gəlməsinə risk yaradır.

Kalium ionları ilə bağlı təsirlər: Kalium qoruyucu sidik qovucuları (amilorid, spironolakton, triamteren) ilə məhlulun yanaşı təyin olunması ölümlə nəticələnə bilən hiperkaliemiya riskini artırır. AÇF – inqibitorları və takrolimus da ölümlə nəticələnə bilən hyperkaliemiyaya səbəb ola bilərlər.

İTAL – Ringer Laktat məhlulu qanla eyni infuziya şlanqında qarışmamalıdır. Əks hallda məhlulun tərkibində olan kalsium ionları koaqulyasiyanın səbəbi ola bilər. Əgər məhlul digər preparatlarla qarısdırılıb yeridilməlidirsə onların qarşılıqlı təsirlərinin olub olmaması, məhlulun sterilliyinin saxlanılması və alınan qarışığın homogenliyi kontrol olunmalıdır. Hazırlanmış məhlul gözlədilmədən xəstəyə yeridilməlidir.

Qara ciyər catışmazlığı ilə olan xəstələrdə laktatın metabolizmi dəyişilir və məhlulun alkolizəedici effekti yaranmaya da bilər.

İTAL – Ringer Laktat məhlulu hamiləlik və südvermə dövründə zəruri hallarda təyin oluna bilər. Müalicə zamanı hidroelektrolitik göstəricilər və PH balansı kontrol olunmalıdır

Maksimal sutkalıq doza həkim tərəfindən xəstənin yaşını, bədən çəkisini və kliniki vəziyyətini nəzərə alaraq təyin olunmalıdır.

İTAL – Ringer Laktat məhlulu böyüklərə 500-1000 ml/sutkalıq dozada təyin olunur . İnfuziyanın yeridilmə sürəti 60-70 damcı/dəq. artıq olmamalıdır. Uşaqlarda doza xəsətnin yaşına və bədən çəkisinə uyğun təyin olunur.

Təyin olunma qaydası

İTAL – Ringer Laktat məhlulu aşağı sürətlə aseptik şəraitdə xəstəyə köçürülməlidir.

İnfuziya paketinin istifadəsinə təlimat

Xəstəyə yeridilmədən öncə İTAL – Ringer Laktat məhlulunun paketi kontrol olunmalıdır. Paket intakt və içindəki məhlul səffaf olmalıdır. Zədələnmiş paketlərin istifadəsi qadağandır.

Tərkibindəki laktatla bağlı: Məhlulun məsləhət olunan dozadan artıq istifadəsi və laktat metabolizminin pozulması metabolik alkalozun əmələ gəlmə riskini artırır.

Məhlulun artıq həcminin yeridilməsi zamanı hidroelektrolitik disbalans, hiperosmolyarlıq və metabolik asidozun səbəbi ola bilər. Ona görə məhlulun yeridilməsi dayandırılmalıdır və xəstəyə furosemid təyin olunmalıdır. Oliquriya və ya anuriya zamanı xəstəyə peritoneal dializ aparılmalıdır.

Preparat uşaqların əli çatmayan yerdə 25ºC aşağı otaq hərarətində saxlanılır.

PVX konteynerlər 1 lateral birləşdirici ilə. Həcmi 500 ml

İnfomed FLUIDS S.R.L. ,Buxarest Rumıniya

DOBFAR Milan, İtaliy