İTAL RİNGER

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

İTAL RİNGER

İTAL RİNGER

100 ml məhlulun tərkibində

Natrium xlorid 0.860 q;

Kalium xlorid 0.030 q;

Kalsium xlorid dihidrat 0.033 q;

İnyeksiya üçün su (həlledici kimi).

Elektrolitlər:

q/l mEq/l

Na+ 3.38 147.5

K+ 0.157 4

Ca++ 0.09 4.5

Cl- 5.515 156

Teoritik osmolyarlıq: 308 mOsm/l

Su –duz mübadiləsini bərpa edən məhlullar

İTAL – Ringer məhlulu su-duz əvəzedici terapiya kimi

Ekstrasellular dehidratasiya ( qusma, ishal, fistul kimi);
Hipovolemiya (hemorragik şok, yanıqlar, keçirilən əməliyyatdan sonra maye və elektrolitlərin itkisi);

Durğun ürək çatışmazlığı;
Ekstrasellular hiperhidratasiya;
Hiperkaliemiya, hiperkalsiemiya;
Ürək qlikozidlərin və sidikqovucu preparatların qəbulu ( hiperkaliemiya əmələ gəlmə təhlükəsi olduğuna görə)

Bu məhlul əzələ daxili yeridilə bilməz. İTAL Ringer məhlulu qan ilə yanaşı yeridilə bilər. Amma laxtalanma riski olduğuna görə onlar ayrı sistem şlanqları ilə köçürülməsi məsləhətdir

İTAL – Ringer məhlulun istifadəsi zamanı onun həcmi və tərkibində olan elektrolitlərin miqdarı ilə bağlı olaraq bəzi fəsadların əmələ gəlmə riski var. Hipervolemiya nəticəsində xəstədə ağ ciyər ödemi inkişaf edə bilər (xüsusilə risk qrupunda olanlarda). İTAL – Ringer-la müalicə zamanı hidroelektrolitik göstəriciləri və ph balansı kontrol olunmalıdır.Məhlulun istifadəsi zamanı (xüsusilə ağır böyrək catışmazlığı, hipernatriemiya mənşəli ödemlər, qlükokortikoidlərlə və derivatlarla aparılan müalicə zamanı) xəstəyə həm kliniki həm də bioloji nəzarət tələb olunur.Hər hansı bir mənfi reaksiyanın meydana gəlməsi zamanı məhlulun yeridilməsi dayandırılmalıdır.

Kalsium ionları ilə bağlı təsirlər: Məhlulla yanaşı ürək qlikozidlərinin istifadəsi ağır aritmiyalara səbəb ola bilər. Tiazid qrupundan olan sidikqovucu preparatlarla birgə təyin olunarsa böyrəklərdə kalsiumun eliminasiyasının zəifləməsinə və hiperkalsiemiyanın əmələ gəlməsinə risk yaradır.

Kalium ionları ilə bağlı təsirlər: Kalium qoruyucu sidik qovucuları (amilorid, spironolakton, triamteren) ilə məhlulun yanaşı təyin olunması ölümlə nəticələnə bilən hiperkaliemiya riskini artırır. AÇF – inqibitorları və takrolimus da ölümlə nəticələnə bilən hyperkaliemiyaya səbəb ola bilərlər.

İTAL – Ringer məhlulu qanla eyni infuziya şlanqında qarışmamalıdır. Əks hallda məhlulun tərkibində olan kalsium ionları koaqulyasiyanın səbəbi ola bilər. Əgər məhlul digər preparatlarla qarısdırılıb yeridilməlidirsə onların qarşılıqlı təsirlərinin olub olmaması, məhlulun sterilliyinin saxlanılması və alınan qarışığın homogenliyi kontrol olunmalıdır. Hazırlanmış məhlul gözlədilmədən xəstəyə yeridilməlidir.

İTAL – Ringer məhlulu hamiləlik və südvermə dövründə zəruri hallarda təyin oluna bilər. Müalicə zamanı hidroelektrolitik göstəricilər və PH balansı kontrol olunmalıdır.

Maksimal sutkalıq doza həkim tərəfindən xəstənin yaşını, bədən çəkisini və kliniki vəziyyətini nəzərə alaraq təyin olunmalıdır.

İTAL – Ringer məhlulu böyüklərə 500-1000 ml/sutkalıq dozada təyin olunur . İnfuziyanın yeridilmə sürəti 60-70 damcı/dəq. artıq olmamalıdır. Uşaqlarda doza xəstənin yaşına və bədən çəkisinə uyğun təyin olunur.

Təyin olunma qaydası

İTAL – Ringer məhlulu aşağı sürətlə aseptik şəraitdə xəstəyə köçürülməlidir.

İnfuziya paketinin istifadəsinə təlimat

Xəstəyə yeridilmədən öncə İTAL – Ringer məhlulunun paketi kontrol olunmalıdır. Paket intakt və içindəki məhlul səffaf olmalıdır. Zədələnmiş paketlərin istifadəsi qadağandır.

Məhlulun artıq həcminin yeridilməsi zamanı hidroelektrolitik disbalans və hiperosmolyarlıqın səbəbi ola bilər. Ona görə məhlulun yeridilməsi dayandırılmalıdır və xəstəyə furosemid təyin olunmalıdır. Oliquriya və ya anuriya zamanı xəstəyə hemodializ və ya peritoneal dializ aparılmalıdır.

Preparat uşaqların əli çatmayan yerdə 25ºC aşağı otaq hərarətində saxlanılır.

PVX konteynerlər 1 lateral birləşdirici ilə. Həcmi 500 ml.

İnfomed FLUIDS S.R.L. ,Buxarest Rumıniya

DOBFAR Milan, İtaliya

Spelling error report

The following text will be sent to our editors: