İTAL – DEKSTROZA 5%

Ticari adı

İTAL – DEKSTROZA 5%

İTAL – DEKSTROZA 5%

Təsiredici maddə: 100 ml məhlulun tərkibində 5,5 q ( 5 q qlükozaya ekvivalentdir) qlükoza monohidrat vardır.

Həlledici: inyeksiya üçün su.

Venadaxili istifadə ücün məhlul, parenteral qidalanma üçün məhlul

Səkər şəkilində kalori qəbulu
Ekstrasellülar maye itkisinin profilaktikası
Rehidratasiya (əğər maye itkisi natrium-xlorid və diğər elektrolitlərin itkisindən artıqdırsa)
Qida qəbulunun pozulması, ishal və qusma nəticəsində əmələ qələn ketoasidozun müalicə və profilaktikası
Əməliyyat zamanı, ondan öncə və sonrakı dövrdə terapevtik məqsədlə

İtal – Dekstroza məhlulu izoosmotikdir.

Hiperqlikemiya
Hipokaliemiya
Metabolik asidoz
Hiperhidratasiya və ya hipotonik dehidratasiya
Ağır böyrək çatmazlığı
İntrakranial və intraspinal qanaxmalar

Məhlul, yüksək plazma osmolyarlığı olan xəstələrə, ehtiyatla təyin olunmalıdır. Qlükoza və qan- köcürmə zamanı psevdoaqqlütinasiya təhlükəsi olduğuna görə eyni infusiya borusu vasitəsi ilə yeridilməməlidir.

Xəstəyə, məhlulun doza həcmini təyin etmək üçun qanda qlükozanın səviyyəsi və metabolik proseslər, su-duz mübadiləsi, elektrolitlərin (özəlliklə kaliemiya) qan zərdabında səviyyəsini xəstəyə nəzərətçi tərəfindən qiymətləndirilməlidir. Hipertonik məhlul, inyeksiya yerində yaraların əmələ gəlməsinin qarşısını almaq məqsədilə, mərkəzi venalar vasitəsi ilə köçürülməlidir.

Məhlul şəkərli diabet, qidasızlıq, tiamin çatışmazlığında, hipofosfatemiya,hemodilusiya, sepsis və travma ilə olan xəstələrə ehtiyatla təyin olunmalıdır.

Məhlulun çox yüksək və ya çox aşağı sürətlə köçürüldüyu zaman əmələ gələn hiperqlikemiya intrasellülar dehidratasiya ilə nəticələnə bilən hallarda zərdabın hiperosmolyarlığı və izoosmo-tik poliuriyanın səbəbi ola bilər.

Hiperqlikemiyalı kəskin damar mənşəli ifliclər zamanı xəstədə müəyyən fəsadlar törədə bildiyinə görə qlükoza məhlulunun təyin olunması məsləhət deyil.

İTAL – Dekstroza məhlulu hamiləlik və laktasiya dövründə təyin oluna bilər. Amma qeyd etmək lazımdır ki, bu, hamiləlik zamanı dölün insulin sintezini artıra bilər və yenidoğulmuşda hipoqlikemiyanın əmələ gəlmə riskinin yaranmasına səbəb ola bilər. Doğuş və ya qeysər əməliyyatı zamanı qlükozanın dozası 5-10 mq/saat-dan artıq olmamalıdır.

Məhlulun avtomobil və digər mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri qeyd olunmamışdır

Məhlul dəri altına, onurğa beyni kanalına və vena daxilinə yeridilə bilər.

Böyüklər: qlükozanın məsləhət görülən dozası – gündə 6 q/kq – dır. İnfuziya sürəti

q/saat – dır.

Qeyd : Xəstələrdə postoperativ və ya postravmatik dövrlərdə, hipoksiya, orqan çatışmazlığı olduğu zaman qlükozanın oksidləşmə metabolizminin zəifləməsinə görə doza 2-4 q/kq-dan artıq olmamalıdır.

Uşaqlar: 6-10 yaş arası gündəlik doza – 10 q-a qədər təşkil etməlidir, 11-14 yaş arası qrupda gündəlik doza – 8 q təşkil edir.

Əğər məhlul həkim tərəfindən təyin olunursa əlavə mənfi təsirlərin əmələ gəlmə riski azalır.

Şəkərli diabet, bronxial astma zamanı anafilaktik reaksiyalar qeyd olunur. İnyeksiya nahiyəsində ağrı, iltihab, qızartı və tromboflebit əmələ gələ bilər. Venadaxilidi təyinat hipokaliemiya, hipomaqneziiemiya, hipofosfatemiya və dərin damarların trombozuna səbəb ola bilər. Tiamin çatışmazlığı zamanı qlükoza məhlulunun təyin olunması Vernike ensefalopatiyası törədə bilər.

Məhlulun artıq həcmi hiperqlikemiya, qlükozuriya, qan zərdabının hiperosmolyarlığı, hiperosmolyar koma, hiperhidratasiya və elektrolitik disbalans yarada bilər. Belə halda infuziya dayandırılmalı və xəstəyə insulin və elektrolit balansını bərpa edən tədbirlər görülməlidir.

500 ml məhlul, PVX konteynerdə,1 lateral birləşdirici ilə

200 ml məhlul, PVX konteynerdə, 1 lateral birləşdirici ilə

25ºC-dən aşağı otaq temperaturunda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Resept əsasında buraxılır.

İnfomed FLUIDS S.R.L. ,Buxarest Rumıniya

DOBFAR Milan, İtaliya