İSPADROP

Ticari adı

İSPADROP

İSPADROP

Məhlulun 75 damcısına təsiredici maddə qismində daxildir:

Qırmızı qonaq otu (Passiflora incarnate) ekstraktı 1,1 qr

Yemişan (Crataegus monogyna) ekstraktı 0,8 qr

Pişikotu (Valeriana officinalis) ekstraktı 0,8 qr

Acı portağal qabığı (Citrus aurantium) ekstraktı 0,8 qr

Boldo yarpaqları (Peumus Boldus) ekstraktı 0,4 qr

İspadrop kombinəolunmuş unikal təbii tərkibli sakitləşdirici preparatdır. Tərkibindəki

bitkilərin hesabına sedativ, spazmolitik və yuxugətirici təsirlər göstərir.

Qırmızı qonaq otu tərkibindəki alkaloid harman və viteksin flavonoidin hesabına sinir sisteminə sakitləşdirici təsir göstərir, əsəbilik və gərginlik hallarını aradan qaldırır, normal yuxunu bərpa edir. Damarların saya əzələlərinə spazmolitik təsir göstərərək ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır. Mərkəzi sinir sisteminə sedativ təsirə malikdir.

Pişikotu mərkəzi sinir sisteminin oyanıqlığını, psixi yüklənmədə baş verən gərginliyi və qıcıqlanmanı azaldır, sedativ və spazmolitik təsirlərə malikdir. Bundan əlavə, pişikotu ödqovucu təsir göstərərək, mədə – bağırsaq traktının sekresiyasını artırır. Ürək ritmini azaldır, ürəyin tac damarlarını genişləndirir.

Yemişan ekstraktı sedativ, kardiotonik, hipotenziv, antiaritmik və spazmolitik təsirlərə malikdir. Yemişan xüsusilə sinir sistemi və ürək-damar üçün faydalıdır. Yemişanın tərkibindəki bioloji aktiv maddələr ürəyin tac damarlarını və beyində damarları genişləndirir oksigenlə təchizatını artırır, sinir sistemində olan oyanıqlığı azaldır. Yemişan qlikoziləedilmiş flavonoidləri spazmolitik, hipotenziv təsir göstərir, arteriola və kapilyar damar divarının elastikliyini yaxşılaşdırır. Antiaritmik və kardiotonik təsirlərə malikdir. Mərkəzi sinir sisteminin oyanıqlığını azaldaraq sedativ təsir göstərir.

Boldo yarpaqlarının ekstraktı alkoloidlər və flavonoidlər ilə zəngindir. Aktiv alkoloid boldin sedativ, təbii yuxugətirici, tonuslandırıcı, spazmolitik və yüngül sidikqovucu təsirlərə malikdir. Mədə- bağırsaq traktının spastik ağrılarını aradan qaldırır.

Acı portağal qabığının ekstraktı təbii tonuslandırıcı və emosional fonu yaxşılaşdıran vasitə kimi istifadə olunur. Sakitləşdirici və spazmolitik təsirə malikdir. Əzələ gərginliyini və miqrenəbənzər baş ağrılarını aradan qaldırır. Tərkibindəki sinefrin mübadilə proseslərini yaxşılaşdırır, infeksiyalara qarşı müqaviməti artırır.

Nevroz, yüksək sinir oyanıqlığı, vegeto-damar distoniyası
Miqren, isteriya və insomniyanın (yuxu pozulmaları) kompleks müalicəsində
Adaptasiya (uyğunlaşma) pozulması
Xoşxassəli kəllədaxili hipertenziyanın kompleks müalicəsində
Astenonevrotik sindrom
Zehni və emosional gənginlik
Mədə-bağırsaq traktının funksional xəstəlikləri
Tireotoksikoz
Ürək-damar sisteminin funksional pozulması
Aritmiyalar
Arterial hipertenziya
Ürəyin işemik xəstəliyinin kompleks müalicəsində.

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Nadir hallarda səpgilər, ürəkbulanma, qusma

Hamiləlik və laktasiya zamanı preparatın qəbulu həkim nəzarəti altında olunur.

5 yaşa qədər uşaqlar 8 damcı gündə 3 dəfə
5 yaşdan 12 yaşa qədər uşaqlar 10-13 damcı gündə 3 dəfə

12 yaşdan böyük uşaqlara və böyüklərə 20- 25 damcı gündə 3 dəfə
Preparatı əvvəlcə az miqdarda suda və ya şirədə durulaşdırıb qəbul edilməsi məsləhət görülür.

50 ml-lik flakon

Qaranlıq, sərin və quru yerdə 25 C saxlanılmalıdır.

Plameca Ispaniya