İmunozeta

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

İmunozeta

İmunozeta

İMUNOZETA®

Tərkibi:

Aloe vera (Aloe barbadensis Mill.) 10% polisaxaridlər – 0.8 qr

Adi  əncir (Ficus carica L.) – 0.13 qr

Exinasea (Echinacea angustifolia DC.)  köklərində 4%  Exinakoksid və 20% Polisaxarid – 7 mq

Acerola (Malpighia punicifolia L.) 50% Vit.C – 4 mq

Aloe  vera  vitamin, mineral, aminturşu, enzim  və  digər  vacib  elementlər  deposudur.

Aloe Vera zədələnmiş toxumaların regenerasiya (bərpası) prosesini sürətləndirir. Orqanizmin funksional işini aktivləşdirir, toksiki maddələrdən təmizləyir, immun sistemini gücləndirir və orqanizmdə gedən maddələr mübadiləsini yaxşılaşdırır. Həmçinin mədə-bağırsaq sistemində gedən həzm prosesinə müsbət təsiri vardır. Kalın evakuasiyasını tezləşdirməklə yanaşı bağırsaqların selikli qişasındakı iltihabı ocaqların sağalması prosesini də tezləşdirir.

Aloe vera ürək-damar sisteminin funksional işinin bərpasında və yaxud ürək əzələlərinin elastikliyinin artmasında və qidalanmasında, gərginliyin götürülməsində rolu vardır. Həmçinin damarların elastikliyini, möhkəmliyini və sıxlığını artırır, qan dövranını yaxşılaşdırır.

Adi əncir  tərkibindəki bütün vitamin-mineral və antioksidantlar, sağlamlığı qoruyucu xüsusiyyətə malikdir. Kalsium, dəmir və sinklə zəngindir. Əncirin tərkibindəki yüksək miqdardakı kalsium və fosfor sümük və dişləri gücləndirir. Tərkibində kaliumun faizi yüksək olduğu üçün , qan təzyiqini normada saxlamağa kömək edir. Exinaseya bitkisi çox tanınmış təbii immuniteti stimullaşdıran bitkidir.
Elmi araşdırmalar nəticəsində sübut olunub ki, exinaseya immum mexanizmləri aktivləşdirir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır.
Bundan əlavə bu bitki iltihabəleyhinə təsirə malikdir. Bu səbəbdən exinaseya böyrəklər, sidik yolları ve sidik kisəsi iltihabları zamanı köməkçi müalicəvi vasitə kimi istifadə olunur.
Exinaseya təbi “antibiotik” dir. Bu bitki orqanizmde ziyanlı mikrobların çoxalmasının qarşısını almaq qabiliyyetinə malikdir.
Exinaseya toxumaların bərpasını sürətləndirir ve bu səbəbdən yaraların, dəridə səpgilərin, furunkulların müalicəsində istifadə olunur.
Exinaseyanın şişəleyhinə təsiri də var.

Acerola  vitamin  C  mənbəyidir. Güclü antioksidant və immunostimulyator təsirə malikdir. Orqanizmi virus və bakteriyalardan  qoruyur.

İmmun sisteminin zəifliyi zamanı uşaq və böyüklərdə tez tez müşahidə olunan infeksion xəstəliklər;

Soyuqdəymə və qripin profilaktik müalicəsi zamanı;

Xroniki infeksion xəstəliklər zamanı, antibiotikoterapiya ilə yanaşı;

Uşaqlarda müşahidə olunan iştahsızlıq.

Böyüklərə: 30  ml  gündə  2  dəfə (təmiz  və  ya  su  əlavə  edərək).

Uşaqlara:   6   aydan – 1  yaşa  qədər:  2,5  ml  gündə  2  dəfə;

1        yaşdan – 3  yaşa  qədər: 5  ml  gündə  2  dəfə;

3        yaşdan – 6  yaşa  qədər: 10  ml  gündə  2  dəfə;

6        yaşdan – 12  yaşa  qədər: 15  ml  gündə  2  dəfə;

PHARMALUCE S.r.l.İtaliya

Spelling error report

The following text will be sent to our editors: