IMUNOGLUKAN P4H

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

IMUNOGLUKAN P4H

IMUNOGLUKAN P4H

kapsullar/ sirop

Beta-(1,3/1,6)-D-Qlükan (Imunoglukan®) və Vitamin C

Immun sisteminin müqavimətini artırır

 

Imunoglukan P4H® kapsulların tərkibi:

1 kapsulun tərkibi:

Beta-(1,3/1,6)-D-Qlükan (Imunoglukan®) 100 mq; vitamin C 100 mq

(tövsiyyə olunan gündəlik dozanın 125%-i).

Imunoglukan P4H® siropun tərkibi:

1 ml siropun tərkibi:

Beta-(1,3/1,6)-D-Qlükan (Imunoglukan®) 10 mq; vitamin C (askorbin turşusu) 10 mq

(tövsiyyə olunan gündəlik dozanın 12,5 %-i).

Imunoglukan P4H® siropun tərkibində alkoqol, rəngləyici və ətirli maddələr yoxdur.

Imunoglukan P4H® allergiya və diabeti olan xəstələrdə istifadə oluna bilər. Tərkibində qlüten yoxdur.

Imunoglukan® təbii polisaxarid kompleksidir. Preparatın hazırlanması üçün “Pleurotus ostreatus” göbələyiistifadə olunur. Imunoglukan P4H® preparatın effektivliyi və təhlükəsizliyi kliniki tədqiqatlar zamanı sübutolunmuşdur. Imunoglukan® orqanizmin təbii immun cavabına təkan verən və immun mexanizmlərin aktivləşməsində mühüm rol oynayan immunomodulyatordur. Nazik bağırsaqdakı Peyer ilgəyində olan immun hüceyrələrin

(makrofaq) membranlarındakı xüsusi reseptorlarla birləşir, təbii immun cavabını aktivləşdirir (faqositoz prosesi stimulə olunur, interferon, interleykinlər, şiş hüceyrələrini nekrozlaşdırıcı faktor və s. sintez olunur, digər immun hüceyrələr aktivləşir).

Beta-(1,3/1,6)-D-Qlükan nazik bağırsaqda qlükozaya parçalanmayan təhlükəsiz maddədir. Həzm olunmamış qlükan isə orqanizmdən qida lifləri şəklində xaric olunur.

Vitamin C – orqanizmin maddələr mübadiləsinin bir çox kimyəvi proseslərində iştirak edir. Güclü antioksidant olub, kapillyar damarların keçiriciliyini bərpa edir. Vitamin C Imunoglukanla birlikdə synergist təsir göstərərək bir-birinin təsirini gücləndirir, birləşməsi immun sisteminin müqavimətini artırır və normal fəaliyyətini təmin edir.

İmmunodefisit vəziyyət, tez-tez xəstələnmə halları

Yuxarı tənəffüs yollarının kəskin virus infeksiyaları (KRVİ), infeksion xəstəliklər

Uşaqlarda və böyüklərdə qrip və soyuqdəymə

Uzun müddətli antibiotikoterapiya

Vaksinasiya zamanı

Allergik xəstəliklər zamanı (allergik rinitlər, bronxial astma və s.)

Endokrin xəstəliklər zamanı (şəkərli diabet və s.)

Hamilələrdə infeksion xəstəliklər (toksoplazma, məxmərək, sitomeqalovirus və s.), cinsi yolla ötürülən infeksiyaların müalicə və profilaktikası zamanı (xlamidiya, mikoplazma və s.)

Xroniki yorğunluq sindromu, əqli və fiziki yüklənmə

Təhlükəsiz olduğu üçün hamiləlik və laktasiya zamanı istifadəsinə əks göstəriş yoxdur. Hamiləliyin ilk 3 ayında həkim təyinatı əsasında istifadə olunur.

Imunoglukan P4H preparatı orqanların transplantasiyası əməliyyatını keçirən xəstələrə məsləhət

görülmür və immunosupressiv terapiyaya məruz qalan xəstələrə həkim məsləhəti ilə təyin olunmalıdır.

Imunoglukan P4H® preparatı uzun müddətli müalicə üçün təhlükəsizdir.

Imunoglukan P4H® kapsulun tövsiyyə olunan doza və qəbul qaydaları:

1-3 kapsul gündə bir dəfə uzun müddət ərzində (ən azı 2-3 ay) qəbul olunur. Kapsulu çeynəmək olmaz! Ehtiyac olduqda kapsul açılmalı və daxilə qəbul olunmalıdır.

Kapsullar səhər və ya axşam yatmazdan əvvəl acqarına su ilə qəbul olunmalıdır.

Imunoglukan P4H® kapsulu 3 yaşına qədər uşaqlar üçün nəzərdə tutulmayıb.

Imunoglukan P4H® siropunun tövsiyyə olunan doza və qəbul qaydaları:

Uşaqlarda 1ml / 5kq doza sutka ərzində 1 dəfə qəbul olunmalıdır (ən azı 2-3 ay). İnfeksiyaya yoluxma zamanı və ya immun sistem zəifləyəndə gündəlik dozanı ən azı üç gün ərzində iki dəfə artıra bilərsiniz. Sirop səhər və ya axşam yatmazdan əvvəl acqarına qəbul olunmalıdır.

Preparat 3 yaşından yuxarı uşaqlar üçün nəzərdə tutulmuşdur. 1-3 yaşlı uşaqlara həkim məsləhəti ilə təyin edilir.

Uşaqların əli çatmayan yerdə saxlayın. Rütubət və günəş şüalarından qoruyun. Sirop açıldıqdan sonra 3 ay ərzində istifadə olunmalıdır və 2-8°C hərarət də soyuducuda saxlanılmalıdır Nadir hallarda rast gəlinən çöküntülər uzunmüddətli saxlanılma və temperatur dəyişikliyi ilə izah olunur və heç bir halda preparatın keyfiyyətinə təsir göstərmir.

Hər istifadəsindən əvvəl flakon intensiv çalxalanmalıdır.

Kapsul № 30+10 hər qutuda / Sirop 120 ml flakonda

PLEURAN, s.r.o, Bratislava, Slovakiya Respublikası

Spelling error report

The following text will be sent to our editors: