İMMUNOAKTİVİN

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

İMMUNOAKTİVİN

BPA

Tymalin

ATC

L03AX.

İMMUNOAKTİVİN

İMMUNOAKTİVİN inyeksiya məhlulu hazırlamaq üçün liofilizat

Təsiredici maddə: 1 ampulda (1 flakonda) iribuynuzlu heyvanların timusundan

(çəngəlvari vəzi) alınan 10 mq quru, təmizlənmiş ekstrakt vardır.

Köməkçi maddə:   qlisin

Ağımtıl və ya ağ-sarımtıl rəngli amorf toz və ya məsaməli kütlə.

İmmunostimulyatorlar

T və B limfositlərin və onların subpopulyasiyalarının sayını və nisbətini tənzimləyir, hüceyrə immunitetinin reaksiyasını stimullaşdırır, faqositozu gücləndirir, regenerasiya və qanyaratma prosesləri dəf edildikdə onları stimullaşdırır, həmçinin, hüceyrə metabolizmi proseslərinin gedişini yaxşılaşdırır

Öyrənilməmişdir

Hüceyrə immunitetinin azalması ilə müşayiət olunan xəstəliklərin kompleks müalicəsi:

–          sümüklərin və yumşaq toxumaların kəskin və xroniki irinli-iltihabi xəstəlikləri;

–          regenerasiya proseslərinin pozulması (sümüklərin sınığı, yanıqlar, donvurmalar, trofik xoralar, toxumaların şüa nekrozu, mədənin və oniki-barmaq bağırsağın xora xəstəliyi);

–          kəskin və xroniki bakterial və virus infeksiyaları, dağınıq skleroz, obliterasiyaedici ateroskleroz, revmatoid, artrit;

–          şüa terapiyası və ya kimya-terapiyadan sonra, həmçinin antibiotiklərin yüksək dozada istifadəsi nəticəsində immunitetin və qanyaranmanın zəifləməsi.

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. Autoimmun xəstəliklər. Hamiləlik və laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

İmmunoaktivin ilə müalicəni immunoloji göstəricilərin müntəzəm yoxlanılması ilə aparmaq lazımdır. İgE-asılı patologiya ilə olan xəstələrə ehtiyatla təyin olunur. İmmunoaktivin başqa dərman vasitələri ilə birgə istifadə edildikdə onlara qarşı allergik reaksiyaları gücləndirə bilər.

Uyuşmazlığ

Yalnız tövsiyə olunan həlledicidən istifadə etmək lazımdır. Hazırlanmış məhlulu digər dərman vasitələri ilə qarışdırmaq olmaz. Hazırlandıqdan sonra dərhal istifadə etmək lazımdır.

Biostimulyatorlar və immunostimulyatorlar, rifampisin, izoniazid, qlükokortikoidlər ilə birlikdə istifadə oluna bilər. İmmunoaktivinin T-aktivin, timaktid, timogen və ya timoptin ilə eyni vaxtda istifadə olunmasından qaçmaq lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsinin effektivliyi və təhlükəsizliyi barədə klinik məlumatlar yoxdur. Preparat hamilə qadınlara əks göstərişdir. Müalicə dövründə ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.

Yalnız həkimin təyinatı və nəzarəti altında hüceyrə immunitetinin sübut olunmuş pozğunluğu (tormozlanması) zamanı istifadə olunur.

İstifadə etməzdən əvvəl ampulun (flakonun) içindəki tozu 1-2 ml 0,9 %-li natrium-xlorid məhlulunda həll etmək lazımdır.

İmmunoaktivinin dozalanma sxemini klinik immunoloq pasiyentin klinik və laboratoriya müayinəsi əsasında təyin edir.

Hər gün əzələdaxilinə aşağıdakı dozada yeridilir: böyüklərə – 5-20 mq (bir kursda 30-100 mq), 1 yaşadək uşaqlara – 1mq; 1-3 yaşda – 1-2 mq; 4-6 yaşda – 2-3 mq, 7-14 yaşda – 3-5 mq immunitetin pozulma dərəcəsindən asılı olaraq 3-10 gün müddətində yeridilir.

Ehtiyac olduqda təkrar müalicə kursu aparıla bilər (1-6 aydan sonra)

Allergik reaksiyaların yaranması mümkündür.

Müşahidə edilməmişdir.

30 mq preparat, ampulda (flakonda). 10 ampul (flakon) istifadəsi üzrə təlimatla birlikdə karton qutuya qablaşdırılır.

25°C-dən yuxarı olmayan temperaturda, işıq düşməyən və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

3 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Resept əsasında buraxılır.

Biofarma     ƏZ ÖSC

Ukrayna, 09100, Kiyev vilayəti, Belaya Serkov şəhəri, Kiyev küç., ev. 37.

Spelling error report

The following text will be sent to our editors: