İMMUDAY

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

İMMUDAY

İMMUDAY

İmmunostimulyator preparatdır, soyuqdəymə və qripin müalicəsində istifadə olunur.

Tərkibi:

1 kapsulun tərkibində:

Exinaseya/Goldenseal (kanada sarı kökü) qarışığı 450 mq

(Echinacea purpurea və Echinacea angustifolia )

Kanada sarı kökü (Goldenseal)

Atpıtrağı (Burdock)

Sarı acıçiçək (Gentian)

Qırmızı bibər (Cayenne Pepper)

Bibər (Capsicum annuum)

Dərman mərcanotu (Wood Betony)

Exinaseya: İmmuday immunstimulyator preparat olub, tərkibi təbii komponentlərdən alınıb. Exinaseya bitkisi aktiv maddələrdən ibarət olub, orqanizmin müqavimətini artırır. Orqanizmdə leykositlərin miqdarını artıraraq, faqositozu aktivləşdirir. Nəticədə orqanizmdə mikroorqanizmlərin artıb çoxalmasının qarşısını alır və xəstəlik törədən bakteriyaları məhv edir. Exinaseyanın qrip və herpes törədicisinə qarşı virus əleyhinə təsiri müəyyən edilmişdir.

Bitkinin ot hissəsinin tərkibində polisaxaridlər (heteroksilanlar, arabinoramnoqalaktanlar), 0,15-0,5% efir yağları, flavonoidlər, aşı maddələri, saponinlər, poliaminlər, exinasin (polidoymamış yağ turşusunun amidi), exinolon (doymamış ketospirt), exinakozid (tərkibində kofe turşusu və pirokatexin olan qlikozid), üzvi turşular, qətran, fitosterinlər. Bitkinin kökü və kökümsovunun tərkibində inulin (6%-ə qədər), qlükoza (7%), efir və piyli yağlar, fenolkarbon turşusu, betain, qətranlar var. Bunlardan əlavə bitkinin tərkibində müxtəlif fermentlər, makro- (K, Ca) və mikroelementlər (Se, Co, Ag, Mo, Zn, Mn) də mövcuddur. Nişasta, sellüloza, hemisellüloza, pektin və inulin exinaseyanın tərkibində olan polisaxaridlərdir. Polisaxaridlər leykositlərin aktivliyini artırır,

T-limfositlərin istehsalını stimullaşdırır. Polisaxaridlər toxumaların hüceyrələrini əhatə edərək onları patogen bakteriyaların təsirindən qoruyur. Kofein turşusu orqanizmin virus və və bakterial infeksiyalara qarşı müqavimətini artırır. Exinaseya bitkisi böyrəküstü vəzin fəaliyyətini artıraraq allergiya və revmatizm əleyhinə təsir edir, eyni zamanda respirator və virus xəstəlikləri zamanı effektivdir.

İki dəfə Nobel mükafatı laureatı amerikalı alim Laynus Polinq sübut etmişdir ki, exinaseya bütün məşhur nutrisevtiklər arasında immuniteti ən effektiv stimulyasiya edən vasitədir.

Ukrayna Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Genetika institutunun apardığı tədqiqatlara görə, exinaseya bitkisi immuntənzimləyici, şüalanma əleyhinə, virus əleyhinə və antimikrob farmakoloji xüsusiyyətlərinə görə,  tonuslandırıcı vasitələrə aid edilir və 70 xəstəliyin müalicəsində sınaqdan keçirilmişdir.

Kanada sarı kökü (Hydrastis canadensis)

Güclü tonuslandırıcı vasitədir. İştahı yaxşılaşdırır, mədə-bağırsağın selikli qişasına müsbət təsir göstərir, orqanizmin immun sistemini möhkəmləndirir, iltihabəleyhinə təsir göstərir. Təbii “antibiotik” sayılır.

Atpıtrağı (Arctium lappa)

Atpıtrağı sidik, öd, tər qovucu və yüngül ağrı kəsici təsir göstərir. Antimikrob, antiseptik, iltihab əleyhinə və dezinfeksiyaedici xüsusiyyətə malikdir.

Sarı acıçiçək (Gentiana lutea)

Iştahı artırır. Ümumi möhkəmləndirici təsir göstərir. Öskürək, qızdırma, mədədə qıcqırma zamanı yaxşı təsir göstərir. Sarı acıçiçək bitkisinin kökü mədə-bağırsağın ifrazat və  motor funksiyasını stimulə edir. Iltihab əleyhinə, öd qovucu, qurd əleyhinə təsir göstərir.

Qırmızı bibər  (Cayenne Pepper)

Bibərdə askorbin turşusu, efir yağları, steroid saponinlər, P, B1 və B2 vitaminləri var. İmmuniteti artırır. Xüsusilə kəskin virus infeksiyası, yorğunluq, depressiya zamanı istifadə etmək lazımdır. 

Saplaqlı istiot (Capsicum annuum)

Digər tərəvəzlərdən fərqli olaraq tərkibində askorbin turşusu və karotin həddindən artıq çoxdur. Iştahanı və həzmi yaxşılaşdırır. Damarları möhkəmlədir.

Dərman mərcanotu (Betonica officinalis)

Dərman mərcanotu iltihab əleyhinə, bəlğəmgətirici, antiseptik, ağrıkəsici təsir göstərir.

Soyuqdəymə, qripin müalicə və profilaktikası

– Respirator xəstəliklərin və MBT kompleks müalicəsində sağalmanı sürətləndirmək

– İmmunodefisit hallar

– KRX-lərin müalicə və profilaktikası

– Antibiotiklərlə müalicə

Preparatın tərkib hissələrinə qarşı yüksək həssaslıq.

Sutkada 1 kapsuldan 2-3 dəfə qəbul edilir. Müalicə müddəti 10-14 gündür

Nature’s Bounty – ABŞ

Spelling error report

The following text will be sent to our editors: