HONDROLEX extra

Ticari adı

HONDROLEX extra

HONDROLEX extra

HONDROLEKS extra qlükozamin, xondroitin, MSM, büxur ağacı, zəncəfil, ağ söyüd kökü, sitrus flavonoidləri, kollagen, hialuron turşusu və S-adenosilmetionin əsasında hazırlanmış yüksək keyfiyyətli qığırdağı bərpa etmək üçün preparatdır. Oynaqların qığırdağını bərpa edir, hərəkətini artırır, vətərləri və əzələləri möhkəmləndirir. İltihab prosesini, ödem və ağrı hissini azaldır.

TƏRKİBİ

Qlükozamin HCl………………………………….2000 mq

Xondroitin-sulfat kompleksi………………….1700 mq

(Xondroitin sulfat, kollagen, büxur (ladan) ağacı,

sitrus flavonoidləri, zəncəfil, ağ söyüd kökü,

S-adenosilmetionin, hialuron turşusu)

Metilsulfanilmetan (MSM)…………………….1600 mq

Natrium…………………………………………………..50 mq

Qlükozamin HCL insan orqanizmində sintez olunur, qlükoza və qlutamin turşusunun birləşməsi məhsuludur. Qlükozamin oynaqlarda qığırdağın tamlığının saxlanılmasında əsas rol oynayır. Metabolik çatışmazlıq və ya qocalma prosesi ilə əlaqədar orqanizmdə kifayət qədər qlükozamin sintez edilə bilmir. Bu zaman qığırdağın degenerasiyası müşahidə olunur, bu da osteoartritlər və oynaq ağrılarına gətirib çıxarır. Qlükozamin oynaq xəstəliklərin simptomlarının yüngülləşməsi və onların əmələ gəlməsinin profilaktikası məqsədi ilə istifadə olunur. O, müxtəlif təsir effektlərinə malikdir, qığırdaqların dağılmasının qarşısını alır, iltihabı aradan qaldırır və yeni hüceyrələrin əmələ gəlməsini stimulə edir.

Xondroitin-sulfat qığırdaq toxumasının əsas tərkib hissəsidir. Suyu saxlamaqla qığırdaq toxumasının əmələ gəlməsi və bütövlüyünün saxlanılmasını, oynaqların elastikliyi, davamlığı və hərəkətini təmin edir. Tərkibində qlükuron turşusu vardır ki, bu da oynaq daxilində suyun birləşməsinə, oynaqda hərəkətin üzücü və plastik olmasına, həmçinin kalsium kationlarının və digər mineralların fiksasiyasına şərait yaradır. Eyni zamanda vətərlər və sümüklərin elastikliyini, möhkəmliyini təmin edir.

Metilsulfanilmetan – kükürdün təbii mənbəyi olub, orqanizmin bütün hüceyrələrində olur. Qlükozamin və xondroitinin biomənimsənilməsini yaxşılaşdırır, birləşdirici toxumanın elastikliyini təmin edir, kollagenin sintezi üçün lazımdır. Oynaq kapsuluna və qığırdaqlara bərpaedici təsir göstərir, sinovial mayenin sintezini normallaşdırır, oynaq səthlərinin sürtünməsinin qarşısını alır.

Kollagen- sadə zülal olub, orqanizmdə bütün zülalların 30 %-ni təşkil edir. Birləşdirici toxumanın (xüsusilə sümüklərin) əsas tərkib komponentidir. Qığırdağın amortizasiyasını yaxşılaşdırır.

Hyaluron tursusu – birləşdirici toxumanın, sinovial mayenin və dərinin əsas təbii komponentidir. Bağların elastikliyini və sinovial mayenin qatılığını təmin edir. Oynaqların hərəkətini artırır.

Büxur ağacı – bitki olub, orqanizmdə oynaqlarda olan iltihabı azaldır. Bu təsiri pro-iltihabi mediatorları, xüsusilə leykotrieni ingibə etməklə əldə edir.

Sitrus flavonoidləri – antioksidant təsirə malikdir, oynaq qığırdaqlarını sərbəst radikalların təsirindən qoruyur. Tərkibi C vitamini ilə zəngin olub kollagen sintezində iştirak edir.

Zəncəfil – iltihabəleyhinə, antimikrob, antirevmatik təsirlərə malikdir.

Ağ söyüd kökünün tərkibi salisil turşusu ilə zəngin olduğundan, oynaqlarda olan iltihabı və ağrını aradan qaldırır.

S-adenosilmetionin – güclü hepatoprotektordur, komponentlərin qaraciyərə yan təsirinin qarşısını alır. Oynaqlarda olan iltihabı azaltmaqla ağrını aradan qaldırır.

Natrium – MBT-dən preparatın sorulmasını sürətləndirir.

Sümük-oynaq aparatının xəstəliklərinin müalicə və profilaktikası:

artrit
artroz
osteoxondroz
spondilit
oynaqların funksional yüklənməsinin artması (artıq çəki, fiziki yüklənmə)

– Birləşdirici toxuma xəstəlikləri: revmatizm, revmatoid artrit, ürək klapanlarının və bağlarının zədələnməsi

– Bağların və vətərlərin xəstəlikləri (tendinit və tendovaqinitlər)

– Radikulit, onurğa yırtığı

– Sınıq və çıxıqlar

– Dəri xəstəlikləri, saç və dırnaqların kövrəkləşməsi və sınması

12 yaşa qədər uşaqlar, hamilə qadınlar və süd verən analar.

1 həb gündə 1 – 2 dəfə qəbul edilir. Müalicə müddəti xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.

Natures Bounty – ABŞ