HEKSASPREY

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

HEKSASPREY

ATC

R02AA20, A01AB11

HEKSASPREY

HEKSASPREY yerli istifadə üçün aerozol

HEXASPRAY

Tərkibi 1 flakon üçün (30 q):

Təsiredici maddə:

Biklotimol ………………………. 0,75 q

Köməkçi maddələr:

Benzil spirti …………………….. 0,5 q

Dinatrium edetat ………….. 0.0025 q

Metilparahidroksibenzoat…… 0,025 q

Adi cirə toxumlarının yağı…….. 0,03 q

Ammonium qlisirrizinat……….. 0,02 q

Natrium saxarinat …………….. 0.05 q

Avicel RC 591(Mikrokristallik sellüloza

və natrium karmelloza)………… 0,3 q

Soya lesitini ……………………… 0,9 q

Qliserol …………………………… 1,0 q

Etanol 96 % …………………… 1,06 q

Su ……………………….. 30,0 q qədər

Xarakterik cirə qoxulu,homogen ağ sarımtıl rəngli suspenziyadır

Antimikrob vasitə.

Mikrob əleyhinə təsir göstərir (əsasən Staphylococcus spp.,Streptococcus spp.,Corynebacterium spp.).Təsir mexanizmi mikrob hüceyrəsinin zülalının koaquləsiyası ilə əlaqədardır. Ağrıkəsici və iltihab əleyhinə təsir göstərir

Ağız boşluğunun selikli qişasından zəif sovrulur,uzunmüddətli yerli təsir göstərir

Biklotimola qarşı həssas mikroorqanizmlər tərəfindən törədilən ağız boşluğunun (stomatitlər,gingivitlər), udlağın, qırtlağın infeksion-iltihabi xəstəlikləri.

Burun-udlağın və tənəffüs yollarının iltihabi və infeksion xəstəliklərinin (kəskin və xroniki faringit, farinqolaringit, tonzillit, tonzillektomiyadan sonrakı vəziyyət, qlossit) yerli müalicəsi.

6 yaşa qədər uşaqlar. Preparatın komponentlərinə qarşı yüksək həssaslıq

Yerli: 2 püskürtmədən gündə 3 dəfə, qida qəbulundan asılı olmayaraq.

Müalicə müddəti 10 gündən çox olmamalıdır.Uzunmüddətli müalicə tələb edilərsə həkim məsləhəti vacibdir.

Tətbiq edilmir.

Doza həddinin aşılması haqqında məlumat yoxdur.

Yerli allergik reaksiyalar ola bilər. Arzuolunmaz reaksiyalar müşahidə olunduğu zaman, preparatın qəbulunun davam edilməsinin mümkünlüyü barədə həkimlə məsləhətləşmək lazımdır.

Digər yerli vasitələrlə eyni zamanda istifadəsindən çəkinmək lazımdır.

İnhalyasiya zamanı flakon vertikal vəziyyətdə tutulmalıdır. İstifadə etməzdən əvvəl flakonu çalxalamaq lazımdır.

Hamiləlik və laktasiya dövründə preparatın istifadəsinə dair ciddi nəzarət olunan tədqiqatlar aparılmamışdır. Hamiləlik və laktasiya dövründə yalnız o zaman təyin oluna bilər ki, ana üçün fayda döl və ya uşaq üçün potensial riskdən üstün olsun

Preparatın nəqliyyat vasitələrini və avtomobili idarəetmə qabiliyyətinə təsiri haqqında mənfi məlumat yoxdur

2,5 % yerli istifadə üçün aerozol.

30 q şüşə flakonda(şüşənin növü 3),üstən plastiklə örtülüb (polivinilxloridlə), plastik qapaqla və püskürdücü klapanla təchiz olunub,içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır

5 il.Qutusunda qeyd edilən yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

25 °C -dən yuxarı olmayan temperaturda saxlanmalıdır.

Uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Reseptsiz buraxılır.

BUŞARA-REKORDATİ laboratoriyaları,

Fransa

Spelling error report

The following text will be sent to our editors: