GİNO-TARDİFERON

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

GİNO-TARDİFERON

GİNO-TARDİFERON

Buraxılış forması:

Şəkər örtüyü ilə örtülmüş,ağ (ağdan açıq bej rənginə qədər),tədricən sorulan tabletlər.Qutuda 30 tablet (hər blisterdə10 tablet)

Fol turşusu ilə kombinasiyada dəmir preparatları

Tərkibi:

NÜVƏ:

Aktiv komponent

Dəmir (Fe 2+) sulfat 1 ½ H2O _________________ 256,30 mg

80 mg dəmirə ekvivalent

Köməkçi maddələr

Askorbin turşusu _________________________ 30,00 mg

Mukoproteaza (susuz) _______________________ 80,00 mg

Eudragit S (metakril turşusu və metakrilatın sopolimeri)

_________________________________________ 20,82 mg

Dibutilftalat ________________________________ 2,08 mg

Povidon __________________________________ 17,00 mg

Talk ______________________________________ 22,00 mg

Maqnezium stearat __________________________ 2,00 mg

Hidrogenizəolunmuş gənəgərçək yağı ___________ 6,50 mg

Maqnezium trisilikat __________________________ 495,00mg-a qədər

ÖRTÜK QATI

Aktiv komponent

Fol turşusu _________________________________ 0,35 mg

(natrium-folinat şəklində)

Köməkçi maddələr

Talk ______________________________________ 7,00 mg

Titan dioksid _______________________________ 16,00 mg

Ağ arı mumu _______________________________ 0,18 mg

Bərk parafin ________________________________ 0,05 mg

Eudragit S (metakril turşusu efirlərinin və dimetilaminoetilmetakrilatın sopolimeri)

_________________________________________ 2,50 mg

Saxaroza ___________________________________ 700,00 mg-a qədər

Fol turşusu və dəmir defisitli anemiyaların müalicə və profilaktikası

Hamiləlik və laktasiya dövründə qadınlarda gizli dəmir və fol turşusu defisiti.

Hemolitik anemiya,hemosideroz,hemoxromatoz,aplastik anemiya,B12 vitamininin defisiti ilə əlaqəli meqaloblast anemiya

Preparat uşaqlara təyin olunmamalıdır.Gyno-Tardiferon tabletlərinin təsadüfi çox sayda qəbulu zamanı süd və çiy yumurta qəbul olunmalıdır ki,bu da dəmir ionlarının MBT-dan tutularaq xaric olunmasına kömək edir.Əgər preparat yeni qəbul olunubsa,qusma yaratmaqla,mədədən xaric etmək olar.Əgər həkim yardımı göstərmək mümkündürsə,mədə 1%-li natrium-bikarbonatın sulu məhlulu ilə yuyulmalı və ya deferoksamin təyin olunmalıdır.

Dəmir ionları MBT-dən tetrasiklinlərin,penisillaminin absorbsiyasını zəiflətdiyi üçün

Gyno-Tardiferonun bu preparatlarla birgə təyini tövsiyyə olunmur.

Qəbul yolu – daxilə

Birdəfəlik doza – 1 tablet

Sutkalıq doza:

Dəmir və fol turşusunun defisitinin profilaktikası,hamiləlik zamanı yüngül anemiyanın müalicəsi – gündə 1 tablet,hamiləliyin 24-cü həftəsindən.

Ağır dəmir və fol turşusu defisitli anemiyanın müalicəsi – 1 tabletdən gündə 2 dəfə.

Laktasiya dövründə – gündə 1 tablet

Gündəlik qəbulun sayı:

Fərdi olaraq müəyyən edilir,gündə 1-2 dəfə,qida qəbulundan sonra.

Müalicə kursunun müddəti:

Müalicə kursunun müddəti həkim tərəfindən müəyyən olunur.Hemoqlobinin səviyyəsi qanda normallaşandan sonra müalicə 1-3 ay müddətində 1 tabletdən gündə 1 dəfə,orqanizmdə dəmir ehtiyatını bərpa etmək üçün davam etdirilir.

Farmakoloji xüsusiyyətlərlə bağlı ağırlaşmalar:

Digər peroral dəmir preparatları kimi,Gyno-Tardiferon kliniki əhəmiyyəti olmayan nəcisin qaralmasına səbəb ola t bilər

Nadir hallarda – MBT tərəfindən zəif simptomlar:ürəkbulanma,epiqastral nahiyədə ağrı,diareya,qəbizlik.

Tövsiyyə olunan dozada qəbulu doza aşımı yarada bilməz.Lakin tək-tək hallarda təsadüfi doza aşımı zamanı uşaqlarda ürəkbulanma,qusma,şok vəziyyəti ilə müşaiyət olunan MBT-nın qıcıqlanması və nekrozu müşahidə oluna bilər.Təsadüfi doza aşımı zamanı süd və çiy yumurta qəbul olunmalıdır ki,bu da dəmir ionlarının MBT-dan tutularaq xaric olunmasına kömək edir.Əgər preparat yeni qəbul olunubsa,qusma yaratmaqla,mədədən xaric etmək olar.Əgər həkim yardımı göstərmək mümkündürsə,mədə 1%-li natrium-bikarbonatın sulu məhlulu ilə yuyulmalı və ya deferoksamin təyin olunmalıdır.

Fol turşusunun preparatdakı miqdarı az olduğundan,doza aşımı mümkün deyil

Fərdi dözümlülük və hiperhəssaslıqla bağlı əlavə təsirlər müşahidə olunmamışdır.

Aktiv maddələrin miqdarı:

1 tabletdə

80 mg dəmirə ekvivalent olan dəmir (Fe 2+) sulfat

Fol turşusu 0,35 mg

Otaq temperaturunda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır

Həkim resepti əsasında

Pyer Fabr Medikament Prodakşn”

Proqifarm,45500 Jien

Spelling error report

The following text will be sent to our editors: