Fromilid

Ticari adı

Fromilid

Fromilid

Fromilid 250/500 mg N14

Tərkibi:Klaritromisin…….500 mq

Klaritromisin……….250 mq

Antibakterial preparat. Makrolid.

Antibakterial effekti 50 S ribosomal hissəciklə birləşməsi ilə əlaqədardır ki, bu da bakteriyalarda zülal sintezinin pozulmasına və nəticədə bakteriyaların məhvinə səbəb olur. Klaritromisin in vitro bir çox mikroorqanizmlərə qarşı efektlidir. Helicobakter pylori-yə qarşı bakterisid təsiri özünü neytral mühitdə (pH=7) göstərir. Klaritromisinin – 14- hidroksi-klaritomisin metaboliti də antibakterial aktivliyə malikdir.

Klaritromisinə qarşı həssas mikroorqanizmlər: Staphylococcus aureus, Streptococcus pyogenes, Streptococcus pneumoniae. Listeria monocitogenes, Haemophilius influenzae, Haemophllius parainfluenzae, Moraxella catharalis. Neisseria gonorrhoeae, Legionella pneumophila, Bordetella pertusis, Helicobacterium leprae, Chlamydia pneumoniae, Chlamydia trachomatis, Ureaplasma urealyticum, Bacteroides fragilis, Clostridium perfmgens, Propionibacteriumacnes, Peptococcus və Peptostreptococcus ştammları.

Preparat qəbul edildikdən sonra mədə bağırsaq traktından tez ve yaxşı absorbsiya olunur. Qida qəbulu preparatın absorbsiyasına təsır etmir. Aktiv metaboliti 14-hidroksi-klaritromisin qismən qaraciyərdə metabolizmə uğrayır. Qanda maksimal konsentrasiyası 2 saatdan sonra yaranır. Terapevtik konsentasiyada qan zülalları ilə 80% səviyyədə birləşir. Orqanizmin toxuma ve mayelərinə paylanır, mədənin selikli qişasına nüfuz edir Yarımparçalanma dövrü 3-4 saatdır. Böyrəklər vasitəsilə, qismən də nəcislə xaric olur. Hər 12 saatdan bir 500mq dozanı qəbul etdikdən sonra, təxminən 36%-i böyrəklər vasitəsilə dəyişilməmiş şəkildə və 10-15 % -i 14-hidroksi- klaritromisin metaboliti şəklində xaric olur.

Yuxarı tənəffüs yollarının və burunətrafı ciblərin  infeksiyaları ( tonzillit, faringit, kəskin sinusit)

ü  Aşağı tənəffüs yollarının infeksiyaları ( bronxit, xəstəxanadankənar pnevmoniya, atipik pnevmoniya)

ü  Dəri və dərialtı toxumaların infeksiyaları ( impetiqo,qızılyel, follikulit, furunkullar və infeksiyalaşmış yaralar)

ü  Lokalizəolunmuş mikobakterial infeksiyalar ( Mikobacterium avium  complex, Mycobacterium kansasi, Mycobacterium  marinum)

ü  Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi ( Helocobacter Pylori-nin eradikasiyası)

ü  Urogenital infeksiyalar: (Xlamidioz, Mikoplazmoz, Ureoplazmoz.)

Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq,

Makrolid antibiotiklərə qarşı yüksək həsasslıq.

Əgər ana üçün gözlənilən fayda döl və ya uşaq üçün potensial riskdən üstün olarsa, Fromilidi hamiləlik və laktasiya dövründə təyin oluna bilər.

Fromilid, adətən orqanizm tərəfindən yaxşı qəbul edilir.

Mümkün olan əlavə təsirlər preparatın qəbulunu dayandırdıqdan sonra aradan qalxır.

Fromilid 250 : 1 tablet gündə 2 dəfə

Fromilid 500: 1 tablet gündə 2 dəfə

Fromilid Uno 500 : 1 tablet gündə 1 dəfə

Fromilid Uno: 7 tablet

Fromilid 250: 14 tablet

Fromilid 500: 14 tablet

KRKA, Sloveniya