Fornos

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Fornos

Fornos

FORNOS imuno

İstifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi; Spreyin hər  1 ml-də:

Dəniz duzu……………………………………………………. 9 mq

Sink sulfat (heptahidrat şəklində)……………………… 2 mq

Benzalkonium xlorid ……………………………………. 0.1 mq

Həlledici: təmizlənmiş su

FORNOS imuno burunun selikli qişasının normal fizioloji funksiyası pozulmuş insanlara təyin olunur, həmçinin burun boşluğunun gündəlik gigiyenasını təmin etmək üçün istifadə olunur.  FORNOS imuno burunun təbii təmizlənməsini və nəmli olmasını təmin etmək üçün istifadə olunur. Seliyi normallaşdırır, burunu qurumaqdan və mexaniki qıcıqlandırıcı maddələrdən (toz, tüstü və s.) qoruyur. Sink mikroelementi selikli qişaya sakitləşdirici, iltihabəleyhinə və antioksidant təsir göstərir. Sink vacib mikroelement olub burunun iybilmə və dadbilmə reseptorlarının funksiyasını yaxşılaşdırır.

Müntəzəm burun boşluğunun gündə bir neçə dəfə yaxalanması, yuxarı tənəffüs yollarının infeksion xəstəliklərə yoluxma riskini azaldlr.

  • Burun boşluğunun gündəlik gigiyenası üçün
  • Burun boşluğunun, burunətrafı ciblərin, burun-udlağın  kəskin və xroniki iltihabi xəstəlikləri (Kəskin Respirator Virus İnfeksiyası, qrip, zökəm və s.)
  • Adenoidlər
  • Allergik və vazomotor rinitlərdə (hər hansı bir allergenə, dərman vasitəsinə qarşı həssaslıq reaksiyası, həmçinin hamilə və südverən qadınlar)
  • Burun boşluğunda selikli qişanın qurumasına meyilli olan insanlarda (səfərlərdə, kondisioner və mərkəzi isitmə sistemli mühitdə olan şəxslərdə)
  • Burun boşluğuna tətbiq olunan müalicəvi damcı formalı preparatlardan əvvəl burun boşluğunu yumaq üçün (dərman və selikli qişa arasında daha yaxşı təmas yaradaraq preparatın effektini artırır)
  • Cərrahi əməliyyatlardan sonra selikli qişanın funksiyasının bərpası məqsədilə

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq.

Daxilə qəbul etməyin.

Uşaqlar böyüklərin nəzarəti olmadan istifadə etməməlidir.

Gigiyenik səbəblərə görə, hər bir şəxsin öz flakonu olmalıdır.

İstifadə müddəti flakonda göstərilən tarix bitəndən sonra məhsulu istifadə etməyin.

1 yaşa qədər uşaqlarda: gündə 2 – 4 dəfə olmaq şərtilə, hər dəfə 1 püskürtmə

1 yaşdan böyük uşaqlarda və böyüklərdə: gündə 3 – 5 dəfə olmaq şərtilə, hər

                                                                        dəfə 1 – 2 püskürtmə

Birinci istifadədən əvvəl qoruyucu halqanı pulverizatorun altından çıxarın. Flakonu şaquli vəziyyətdə tutun. Qoruyucu qapağı çıxarın və ilk sprey görünənə qədər nasosu bir neçə dəfə basın. Nasosu burun dəliyinə qoyun və sonra nasosu basın. Eyni zamanda flakonu şaquli tutun. Başınızı arxaya söykəmədən püskürdün. Püskürtmə zamanı burunla yüngül nəfəs alın. İstifadədən sonra nasosun ucluğunu təmiz su ilə yumaq və qoruyucu qapağı ucluğa taxmaq lazımdır.

Üstünlükləri;

FORNOS imuno-nun tərkibi və pH dəyəri fizioloji dəyərlərə uyğundur.

FORNOS imuno spreyinin istifadəsi üçün xüsusi ehtiyat tədbirləri yoxdur.

Hamiləlik dövrü və südlə qidalandırma zamanı FORNOS imuno spreyinin mənfi təsiri haqqında heç bir məlumat olmadığından rahatlıqla istifadə oluna bilər.

FORNOS imuno spreyi uşaqlar və böyüklər tərəfindən istifadə oluna bilər.

Hər hansı bir komponentə nadir hallarda allergik reaksiyalar mümkündür. Reaksiyalar mülayim olur və spreyin istifadəsi bitdikdən sonra keçir.

Əgər FORNOS imuno spreyinin tərkibindəki komponentlərdən birinə qarşı allergiya varsa istifadə etməyin.

İstifadə zamanı hər hansı allergik reaksiya baş verərsə (burunda şişkinlik, yanma hissi, ağrı, nəfəsalmanın çətinləşməsi) qorxmayın. FORNOS imuno spreyinin istifadəsini dayandırın və həkimə müraciət edin.

50ml – lik flakonda məhlul, burun üçün nasos dozatorla birgə

25ºC – dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlayın

Qutunun üzərində qeyd olunan son tarixə kimi istifadə etmək olar.

Reseptsiz buraxılır. Dərman vasitəsi deyildir.

ESENSA d.o.o. Slobodna Zona, Belgrade, Viline vode bb, Republic of Serbia,

Rəsmi distribyutor;

“AzeriMed” MMC

Spelling error report

The following text will be sent to our editors: