Fodium

Ticari adı

Fodium

Fodium

Hər bir tabletin tərkibində vardır:

Fol turşusu (Acidum folicum)………… 400 mkq

Yod (Iodum)…………………………………150 mkq

B12 vitamini (Cyanocobalaminum)…….10 mkq

Köməkçi maddə: çobanyastığı ekstraktı – 2 mq, mikrokristallik sellüloza, maqnezium stearat, kolloidal silisium dioksid.

Fol turşusu insan orqanizmi üçün ən vacib olan vitaminlərdən biridir. Fol turşusu eritropoez prosesini stimulə edir və normal qan hüceyrələrinin əmələ gəlməsini təmin edir. Fol turşusu meqaloblastların inkişafı və normoblastların əmələ gəlməsi üçün son dərəcə zəruri olan amildir Fol turşusu dəmirdefisitli anemiyalar zamanı qanyaradıcı orqanlarda toplanaraq qanyaranma proseslərini stimulyasiya edir, immun sistemi gücləndirir. Fol turşusuna tələbat xüsusən hamiləlik dövründə artır. Döldə sinir sistemində qüsurların yaranma təhlükəsini azaltmaq məqsədilə hamilə qadınlara və hamiləliyə hazırlıq dövründə fol turşusu təyin olunmalıdır. Fol turşusu hamiləlik zamanı onurğa beyninin ciddi anadangəlmə qüsurunun (sinir borusunun qüsuru), onurğa yırtığı və beyin qüsurunun (anensefaliya) yaranmasının qarşısını alır. Fol turşusu həmçinin uşaqlarda digər anadangəlmə qüsurları olan qurdağızlıq, dovşandodaqlıq və ürək qüsurlarının yaranmasının qarşısını alır. Fol turşusu eritrositlərin normal istehsalını təmin etməklə anemiyanın, xüsusilə oraqvarı-hüceyrə (OHA) anemiyasının qarşısını alır.

Yod hamilələrdə və döldə vacib rol oynayan mikroelementdir. Yod hamilələrin və dölün qalxanvarı vəzisinin funksiyasının normal fəaliyyəti üçün vacib elementdir, hamiləlik zamanı düşük riskini azaldır, toksikozu aradan qaldırır, döldə əqli və psixi inkişafı və maddələr mübadiləsini yaxşılaşdırır. Hamiləlik zamanı və südvermə dövründə lazım olan ən vacib mikroelementlərdən hesab olunur. Yod dölün baş beyninin, ən əsas intellektin formalaşmasında, skeletin böyüməsində iştirak edir. Südvermə dövründə yodun qəbulu olduqca vacibdir. Çünki yod süd vəzilərinin böyüməsini və süd sekresiyasını tənzimləyir.

B12 vitamini dölün inkişafı və böyüməsi, həmçinin hamilələrin sinir sisteminin sağlamlığı üçün vacibdir. Qanyaranma prosesində, eritrositlərin yetişməsində və sinirlərin mielin qişasının formalaşmasında vacib rol oynayır. B12 vitamini fol turşusunun sintezi üçün vacibdir.

İstifadəsinə dair göstərişlər:

– Hamiləliyə hazırlıq dövrü;

– Hamiləlik və laktasiya dövründə;

– Fetoplasentar çatışmazlıq;

– Bətndaxili inkişaf anomaliyalarının profilaktikası;

– Meqaloblastik anemiya;

– Postrezeksion anemiya;

– Epilepsiyaəleyhinə və kontraseptiv dərman maddələrinin uzunmüddətli qəbulu zamanı;

– Endemik zobun profilaktikası və müalicəsi;

– Hipotireoz;

– Qeyri-toksiki diffuz zobun müalicəsi.

Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq, hipertireoz.

Hamiləlik və laktasiya dövründə həkim məsləhətilə təyin oluna bilər

1 tablet gündə 1 dəfə qəbul olunur.