FLUZON

Ticari adı

FLUZON

FLUZON

Təsiedici maddə:Hər tabletin tərkibində 150 mg flukonazol var.

Köməkçi maddələr:titan 4-oksid

FLUZON triazol qrupundanolan göbələk əleyhinə dərman vasitəsidir.Göbələk hüceyrəsində sitoxrom P-450 selektiv inaktivləşdirməklə,lanosteroldan erqosterol sintezi prosesini pozur.Bununla da göbələk hücüyrəsinin membran keçiriciliyi artır,göbələyin böyümə və bölünmə prosesi pozulur.Təsir spektri:Candida spp.,Cryptococcus neoformans,Microsporum spp.,Blastomyces dermatitides,Trichophyton spp.,Coccidioides immitis,Histoplasma capsulatum.Mədə-bağırsaq sistemindən yaxşı sorulur.Qida qəbulu sorulmasına təsri etmir.Biomənimsənilməsi 90 %-dir.Qanda maksimal konsentrasiya preparatın qəbulundan 0,5-1,5 saat sonra yaranır.ppplazma zülalları ilə birləşməsi 11-12 %-dir.Orqanizmin bütün bioloji mayelərində yüksək konsentrasiyası yaranır.HEB-dən keçir.Tər,epidermis və buynuz qatda konsentrasiyası plazmadakından daha yüksək olur (selektiv toplanma).80 %-i böyrəklər vasitəsilə dəyişilməmiş şəkildə xaric olur.Yarımparçalanma dövrü-30 saatdır.

Kandidozlar:xroniki generalizəolunmuş kandidoz,kandidemiya,visseral kandidozlar,ağız boşluğu,udlaq və qida borusunun selikli qişasının kandidozu,qeyri-invaziv bronx-ağciyər kandidozu,kandiduriya,genital kandidozlar (kəskin və xroniki residivverən vaginal kandidoz,kandidoz balaniti),dərinin və dırnaqların kandidozu

Yerlimüalicəyə rezistent dermatofitiyalar:pəncənin və hamar dərinin mikozu

Onixomikozlar

Kəpəklənən dəmrov

İmmun çatışmazlığı fonunda göbələk infeksiyasının profilaktikası

Antibiotiklərlə müalicə fonunda göbələk infeksiyasının profilaktikası

Flukonazola qarşı individual həssaslıq

Hamiləlik və laktasiya dövrü

Vaginal kandidoz və kandidoz balanitində 150 mq birdəfəlik təyin olunur.

Vaginal kandidozun residivinin profilaktikası məqsədilə 4-12 müddətində ayda 1 dəfə 150 mg dozada təyin olunur.

Dermatofitiyalara 2-4 həftə,pəncələrin mikozunda 6 həftə müddətində həftədə 1 dəfə 150 mg təyin olunur.

Kəpəklənən dəmrovda həftədə 1 dəfə 300 mg təyin olunur.Müalicə kursu 2 həftədir.

Onixomikozlar – həftədə 1ə dəfə 150 mg.Müalicə zədələnmiş dırnaqların sağlam dırnaqlarla tam əvəz olunmasına qədər davam edir.Bu müddət əl dırnaqları üçün 3-6 ay,ayaq dırnaqları üçün 6-12 ay davam edir.

Nadir hallarda ürəkbulanma,başağrısı,allergik reaksiyalar müşahidə olunur

Sutkalıq doza həddinin aşılması əlavə təsirlərin daha çox biruzə verməsi ilə müşahidə olunur.

Fluzon tablet 150 mg .10 tablet içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır

250C-dən aşağı temperaturda,qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

5 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz

Resept əsasında buraxılır.

Kadila Farmasyutikalz LTD   Hindistan