Fluditek 2%

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Fluditek 2%

ATC

R05CB03

Fluditek 2%

Fluditek 2% uşaqlar üçün 125 ml sirop, ölçü stəkanı ilə birgə – banan dadlı

Fluditek 5% böyüklər üçün 125 ml sirop, ölçü stəkanı ilə birgə – karamel dadlı

Tərkibi: Fluditek 2% -karbosistein 20mq/ml, Fluditek 5%-karbosistein 50mq/ml,

Mukolitik, Mukorequlyator, Bəlğəmgətirici

Tənəffüs orqanlarında yerləşən qədəhəbənzər hüceyrələrdə sialtransferaza fermentini aktivləşdirir. Bronxial sekretin tərkibindəki turş və neytral sialmusinlərin nisbətini dəyişərək, bəlğəmi parçalayır, duruldur, elastikliyini bərpa edir.Bəlğəmin xaric olmasının asanlaşdırır. Bəlğəmin pH-nı bərpa edir, antibiotiklərin bəlğəmə penetrasıyasını yüksəldir.Qədəhəbənzər hüceyrələrin ampulyar hissəsini büzərək, selik ifrazını azaldır, kirpikli epitelin fəaliyyətini aktivləşdirir, mukosiliar klirensi yaxşılaşdırır. İmmunoloji aktiv İgA-nın sintezini artırır (spesifik müdafiə) və bəlğəmin tərkibində sulfhidril qrupların kompanentlərini artırır (qeyri spesifik müdafiə)

Peroral qəbuldan sonra tez və tam sorulur. Qanda və bəlğəmdə maksimal konsentrasiyasını 2-3 saata toplayır. Terapevtik konsentrasiyasını qanda 8 saat saxlayır. Qaraciyərdə metabolizmə uğrayır – qaraciyərdən “ilkin keçmə” sindormu nəticəsində bioyararlılığı azalır. Metabolizmi gecə saatlarında ləngiyir. 2 yola eliminasıya olunur, daha çox böyrəklərlə atılır.

Kəskin və xroniki bronx-ağciyər xəstəlikləri, qatı, çətin xaric olunan bəlğəmlə müşahidə olunan xəstəliklər (traxeit, bronxit,traxeobronxit, bronxial astma, bronxoektaziya xəstəliyi). Qatı və çətin xaric olunan seliklə, irinlə müşahidə olunan burun, burun-udlaq, burunətrafı ciblərin və orta qulağın iltihabi xəstəlikləri (rinit,adenoidit, sinusit, orta otit).

Bronxoqrafiya və bronxoskopiyaya hazırlıq məqsədilə təyin olunur.

Karbosisteinə qarşı həssaslıq. Mədə və 12 barmaq bağırsağın xora xəstəliyinin kəskinləşməsi.

Xroniki qlomerulonefritin kəskinləşməsi zamanı. 1 ayından kiçik uşaqlar. Hamiləliyin I trimestri

Hamiləliyin II və III trimestri zamanı, süd verənlərə həkim məsləhəti ilə təyin olunur.

Ac qarına və ya yeməkdən 2 saat sonra qəbul olunur.

Fluditek 2%

1 ay – 2 yaş: 2,5ml*2 dəfə (sutkalıq doza 5 ml -dən çox olmamalı)

2 yaş – 5 yaş: 5 ml * 2 dəfə

5 yaş – 15 yaş: 5 ml *3 dəfə

Fluditek 5%

15 yaşdan yuxarı: 15 ml*3 dəfə.

Fluditek 2% uşaqlar üçün 125 ml sirop, şüşə flakonda, ölçü stəkanı və içlik vərəqi ilə birgə karton qutuda – banan dadlı

Fluditek 5% böyüklər üçün 125 ml sirop, şüşə flakonda, ölçü stəkanı və içlik vərəqi ilə birgə karton qutuda – karamel dadlı

25ºС-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Reseptsiz buraxılır

Laboratoriya İnnotech İnternasional, Fransa

22, avenyu Aristid Brian, 94110 Arkey

Spelling error report

The following text will be sent to our editors: