FLOGENZİM® N200

Ticari adı

FLOGENZİM® N200

BPA

Phlogenzym

ATC

L03AX

FLOGENZİM® N200

Təsiredici maddələr: Bromelain 90mq = 450 F.İ.P.-Şv, Tripsin 48mq = 1440 F.l.P.-Şv (24µkat), Rutin (rutozid) 100 mq 

 İkitərəfli qabarıq, dairəvi, hamar səthli, ozunəməxsus qoxulu və yaşılabənzər – sarımtıl rəngə boyanmış tabletlərdir. Qlafın xarici rənginin cuzi dəyişməsi yolveriləndir (mərmərə bənzər, noqtəvari yığım). 

İltihab əleyhinə, odem əleyhinə və immunomodulyator təsirə malik preparat.

Flogenzym yeni nəsil dərman vasitəsi olub, bitki və heyvan mənşəli yüksək aktivlikli proteolitik enzimlər (fermentlərin ) bromelain və tripsinin rutinlə kombinasiyasıdır.Enzimlərin kombinasiyası patoloji və biokimyəvi proseslərə müxtəlif farmakoloji pleyotrop (çox şaxəli) təsir göstərir. Preparatın tərkibindəki enzimlər iltihabəleyhinə, immunomodulyator, antiaqreqant, fibrinolitik, trombolitik, ödeməleyhinə və ikincili ağrıkəsici təsirlər göstərirlər.Preparat bağırsaqda həll olan örtük qişaya malikdir, MBT-nın yuxarı hissəsindən tranzitor olaraq keçir, mədəni qıcıqlandırmır, intakt molekulları nazik bağırsaqdan rezorbsiyası yolu (endositoz, pinositoz) ilə sorulur. Perparatın proteazaları qanın transport zülalları ilə (alfa-2-makroqlobulin və alfa-1-antitripsin) birləşərək, müvəqqəti proteaza-antiproteaza kompleksi əmələ gətirir. Bu kompleksdə ekzogen proteazaların antigen determinantları gizləndiyindən allergik reaksiyalar vermir. Enzimlərlə komplek əmələ gətirən antiproteaza aktiv formaya keçir, iltihab sitokinlərinin hüceyrə xarici requlyatoru və boy faktoru funksiyasını yerinə yetirərək, onların daşınmasını, klirensini və eliminasiyasını həyata keçirdir.

Yaranan aktiv proteaza-antiproteaza kompleksi proteolitik enzimlərin iltihab ocağının və zədə nahiyəsinin lokalizasiyasından asılı olmayaraq qan vasitəsilə sürətlə daşınmasını təmin edir. Kompleks proteolitik enzimlərin orqanizmdə uzun müddət sirkulyasiya etməsini, orqanizmdən ləng xaric olmasını, nəticədə daha uzun müddətli terapevtik təsirin formalaşmasını təmin edir. İltihab və yara ocağına daxil olan proteolitik enzimlər zədələnmiş zülalları, toxumaları parçalayır (hidroliz edir), hüceyrə qalıqlarını (detritləri) eliminasiya edir, yaranın təmizlənməsini və sağalmanı sürətləndirir. Preparat iltihab prosesinin gedişinə müsbət təsir göstərərək, orqanizmin müdafiə reaksiyalarını aktivləşdirir və iltihabın müxtəlif mərhələlərində fizioloji gedişatını təmin edir.Proteolitik enzimlər iltihab mediatorlarının parçalanmasını sürətləndirir, immun kompleksləri və membran depozitlərini parçalayır, təbii killer hüceyrələrin faqositoz qabiliyyətini artırır, interferonogenezi stimullaşdirir. Flogenzimin tərkibindəki proteazalar iltihab sitokinlərinin miqdarını azladır (İl-1b, İL-6, İl-8, İNF-y,FHO-a) və iltihab əleyhinə sitokinlərinin ifrazını yüksəldir (İL-4, İL-10 və s.), qanda immunoqlobulinlərin və anticisimlərin səviyyəsini tənzimləyir. Enzimlər autoimmun vəimmunokompleks proseslərinin patoloji əlamətlərini məhdudlaşdırılar.

Flogenzimin tərkibindəki proteazalar çapıq toxumasının yaranmasına səbəb olan betta –boy faktorunun transformasiyasını azaldır. Proteolitik enzimlər bazal membranın (laminin) yaranmasını, yaranın modulyasiyasını və angiogenez (vaskuloendotelial boy faktoru, fibroblastların boy faktoru və s.) faktorlarının ekspressiyasını tənzimləyirlər.

Aşağıdakı xəstəliklərin kompleks mualicəsində istifadə olunur: 

Cərrahiyyə: cərrahi əməliyyatlardan sonrakı ağırlaşmalar və onların profilaktikası, stomatoloji və plastik cərrahiyyə (irinləmə, tromboz, bitişmə) əməliyyatdan sonra yaranan limfatik odemlər, bitişmə xəstəliyi və kelloid çapıqların profilaktikası, mikrosirkulyator pozğunluqların və yanıqların profilaktikası.

Travmatalogiya: yumşaq toxumaların zədələnməsi, idman travmaları. 

Angiologiya: dərin venalarm kəskin trombozu, səthi vena damarlarının tromboflebiti, posttromboflebit xəstəliyi, aşağı ətraf arteriyalarının obliterasiyaedici aterosklerozu və digər xroniki arteriopatiyalar.

Urologiya: sidik-cinsiyyət yollarının kəskin və xroniki iltihabi xəstəlikləri: sistit, uretrit, sistopielit, prostatit.

Ginekologiya: kicik canaq orqanlarının kəskin və xroniki iltihabi xəstəlikləri (adneksit, salpinqooforit),  klimakterik dovrun damar ağırlaşmaları, əvəzedici hormonal mualicənin orqanizmdə torətdiyi ağırlaşmalar, əvəzedici hormonal mualicənin orqanizmdə torətdiyi ağırlaşmaları yungulləşdirmək məqsədi ilə, hamilələrdə “TORCH” infeksiyaları zamanı (antimikrob və immunomodulyator təsir), retroplasentar hematomaların sorulamsı məqsədi il 

Kardiologiyaurəyin işemik xəstəliyi, stenokardiya tutmalarının profilaktikası.

Qastroenterologiya: hepatitlər.

Revmatologiya: revmatoid artrit, ankilozlaşdırıcı spondiloartrit, reaktiv artritlər, yumşaq toxumalarm revmatik zədələnməsi.

Pediatriya: yuvenil revmatoid artrit, əməliyyatdan sonrakı ağırlaşmalar. 

Preparatın komponentlərinə qarşı yuksək həssaslıq. Anadangəlmə və qazanılmış yuksək qanaxma ehtimalı ilə əlaqədar olan xəstəliklər (hemofıliya xəstəliyi). 

Flogenzim infeksion proseslər zamanı antibiotikləri əvəz etmir. Preparatın tərkibində dopinq birləşmələri aşkar olunmayıb.

Preparat nəqliyyat vasitələrini və potensial təhlukəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir gostərmir. 

Preparatın şəkərli diabetli xəstələrə təyini zamanı, preparatın hər bir tabletində 0,015 corək vahidi olduğunu mutləq nəzərə almaq lazımdır. Phloqenzim-in qəbulu zamanı xəstəliyin simptomları kəskinləşərsə, preparatın dozasını muvəqqəti olaraq azaltmaq və həkimə muraciət etmək məsləhət gorulur. 

Flogenzimin digər dərman preparatları ilə eyni vaxtda qəbulu zamanı, uyuşmazlıq hallarına rast gəlinməmişdir. Flogenzim antibiotiklərlə birlikdə qəbul zamanı antibiotikoterapiyanın effektini yuksəldir. 

Preparat yalnız həkim məsləhətindən sonra qəbul edilə bilər.

Tabletləri yeməkdən 30 dəqiqə əvvəl və ya yeməkdən 2 saat sonra ceynəmədən 200ml maye ilə qəbul etmək lazımdır. 

Boyuklər ucunmualicə məqsədi ilə 2 həftə muddətində gündə 3 dəfə 3 tablet qəbul edilir (həkim tərəfindən daha uzunmuddətli mualicə təyin edilməyibsə).

Profilaktik məqsədlə: 2 həftə muddətində gündə 3 dəfə 2 tablet qəbul edilməsi məsləhət gorulur. 

3 yaşından yuxarı uşaqlara; Yuvenil revmatoidli artrit – kutləsi 60 kq qədər olan

uşaqlara gundə 3 dəfə tablet, 60 kq-dan yuxarı uşaqlara isə gundə 3 dəfə 2 tablet təyin edilir. Əməliyyatdan sonrakı ağırlaşmaların mualicəsində hər 10 kq bədən kutləsinə gundə 2-3 dəfə 1 tablet qəbul etmək məsləhət gorulur. Preparatla mualicə muddətini və dozasını dəyişmək ucun, mutləq həkimlə məsləhətləşmək lazımdır. 

Flogenzim orqanizm tərəfindən yaxşı qəbul edilir. Bəzi hallarda defekasiya aktının

surətlənməsi, bağırsaq mohtəviyyatının konsistensiyasının və qoxusunun cuzi

dəyişiklikləri qeyd edilir ki, bu əlamətlər də, preparatın dozasını azaltmaqla aradan

qaldırıla bilər. Bəzi hallarda, allergik reaksiyalar (dəri səpgiləri, qaşınma) ola bilər ki, bu da preparatın qəbulunu dayandırmaqla, aradan qalxır. Preparatın qəbulu zamanı urəkbulanma, meteorizm, qarın boşluğunda ağrılar, baş ağrısı, başgicəllənmə, ekzantema, umumi zəiflik və s. baş verə bilər. Eyni zamanda, qarın boşluğunda muvəqqəti “şişkinlik” hissiyyatı torədə bilər ki, bu hissiyyatı da gundəlik dozanın qəbulunu, birdəfəlik dozaların sayını artırmaqla aradan qaldırmaq mumkundur

Preparatın doza həddinin aşılması hallarına rast gəlinməyib. 

20 tablet, blisterlərdə. 2, 5 və ya 10 blister (40, 100 və ya 200 tablet) iclik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

800 ədəd tablet iclik vərəqə ilə birlikdə yuksək sıxlıqlı polietilen flakonlarda

buraxılır.

Otaq temperaturunda (15°-25°C), quru və uşaqların əli catmayan yerdə saxlamaq

lazımdır. 

3 il. Yararlılıq muddəti bitdikdən sonra istifadə etmək olmaz.

Reseptsiz buraxılır. 

MUCOS Pharma GmbH&Co, Almaniya D-82524 Geretsried