Flex-a-min gel

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Flex-a-min gel

Flex-a-min gel

Su, Hidroksipropil fosfat, Qlükozamin sulfat, MSM, Alkoqol, Siklopentasiloksan, Dimetikonol, Mentol, Polisorbat 80, İzopropil miristat, Xondroitin sulfat, Evkalipt yağı, Terpentin yağı, Fenoksietanol, Arnika ekstraktı, Metilsalisilat, Parafin, Etilheksilqliserin, Bosveliya (ladan ağacı) ekstraktı, Hialuron turşusu.

Qlükozamin sulfat insan orqanizmində sintez olunur, qlükoza və qlutamin turşusunun birləşməsinin məhsuludur. Qlükozamin oynaqlarda qığırdağın tamlığının saxlanılmasında əsas rol oynayır. Metabolik çatışmazlıq və ya qocalma prosesi ilə əlaqədar orqanizmdə kifayət qədər qlükozamin sintez edilə bilmir. Bu zaman qığırdağın degenerasiyası müşahidə olunur, bu da osteoartroza və oynaq ağrılarına səbəb olur. Qlükozamin dəri səthinə sürtüldükdə yaxşı sorulur, oynaqlarda ağrını azaldır və hərəkəti artırır. Qlükozamin sulfat oynaq xəstəliklərinin simptomlarının yüngülləşməsi və onların əmələ gəlməsinin profilaktikası məqsədi ilə istifadə olunur. Müxtəlif təsir effektlərinə malikdir, qığırdağın dağılmasının qarşısını alır, iltihabı aradan qaldırır və yeni hüceyrələrin əmələ gəlməsini stimulə edir.

Xondroitin sulfat yüksək molekullu mukopolisaxariddir. Qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasının strukturunu və funksiyalarını pozan fermentləri blokada etməklə qığırdağın dağılmasının qarşısını alır. Qlükozaminoqlikanın sintezini stimulə etməklə zədələnmiş oynaq səthini və oynaq kisəsini bərpa edir. Oynaq mayesinin sintezini artırmaqla zədələnmiş oynaqların hərəkətliliyini artırır. Eyni zamanda, damar divarının möhkəmliyini və elastikliyini bərpa edir. Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir, QSİƏP-ərə qarşı tələbatı azaldır. Sinovial mayeyə asanlıqla penetrasiya edir.

Arnika ekstraktı – köku və qabığı tərkibcə dimetil timohidroxinon efiri, arnisterin, arnidiol, arnidendiol, xolin, helenin, ksantofil kimi maddələrlə zəngindir. Dəridən yaxşı sorularaq, toxumalara nüfuz etməklə tez bir zamanda öz müalicəvi təsirini göstərmiş olur. Tərkibindəki komponentlər hesabına güclü iltihabəleyhinə, ağrıkəsici, regenerator, angioprotektor, antiaqreqant və antioksidant təsirlərə malikdir.

Bosveliya (ladan ağacı) – oynaqlarda olan iltihabı və ödemi azaldır. Bu təsiri proiltihab mediatorları, xüsusilə leykotrieni ingibə etməklə əldə edir. Damar keçiriciliyini azaldır, mikrosirkulyasiyanı artırır və zədələnmiş nahiyənin qan dövranını yaxşılaşdırır.

MSM – kükürdün təbii mənbəyi olub, orqanizmin bütün hüceyrələrində olur. Qlükozamin və xondroitinin biomənimsənilməsini yaxşılaşdırır, birləşdirici toxumanın elastikliyini təmin edir, kollagenin sintezini artırır. Oynaq kapsuluna və qığırdağa bərpaedici təsir göstərir, sinovial mayenin sintezini normallaşdırır, oynaq səthinin sürtünməsinin qarşısını alır və iltihabəleyhinə təsir edir.

Hialuron turşusu – birləşdirici toxumanın, sinovial mayenin və dərinin əsas təbii komponentidir. Bağların elastikliyini və sinovial mayenin qatılığını təmin edir. Oynaqların hərəkətini artırır.

Metilsalisilat – dəri qatından tez sorulur, iltihab mediatoru olan siklooksigenazanı inhibə etmək ilə iltihabəleyhinə və ağrıkəsici təsir göstərir. İltihablaşmış toxumaların infiltrasiyasını və kapilyarların keçiriciliyini azaldır, mikrosirkulyasiyanı yaxşılaşdırır.

Evkalipt yağı – mikrosirkulyasiyanı artırır və iltihabəleyhinə təsir göstərir. Oynaqların ağrısını və yumşaq toxumaların infiltrasiyasını azaldır.

Artroz, osteoxondroz , osteoartroz
Oynaqların hərəkət və elastikliyinin pozulması
İdman travmaları
Vətərləri, sümükləri və oynaqların sağlamlığını qorumaq və saxlamaq məqsədi ilə.

Preparatın hər hansı bir komponentinə yüksək həssaslıq.

Gün ərzində 2 – 3 dəfə quru və təmiz dəri səthinə sürtülur.

Nadir hallarda allergik reaksiya mümkündür.

Uşaqların əl çatmadığı yerdə 25°C – dən aşağı temperaturda saxlanılmalıdır.

ESENSA d.o.o Serbiya.

Spelling error report

The following text will be sent to our editors: