FISH, FLAX, BORAGE

Ticari adı

FISH, FLAX, BORAGE

FISH, FLAX, BORAGE

FISH, FLAX, BORAGE bir çox xəstəlikdə geniş istifadə olunur. Ürək-damar xəstəlikləri zamanı xolesterinin artmasının qarşısını alır. Beynin yaşlanma müddətini azaldır və Alzheimerə qarşı qoruyucu xüsusiyyət daşıdığı müəyyən edilib. Xərçəngə qarşı qoruyucu və önləyici xüsusiyyətlərə malikdir. Revmatizmada olan oynaq şişini və ağrıları yüngülləşdirir. Körpələrin mərkəzi sinir sisteminə və bədən inkişafına müsbət təsir göstərir. Uşaqlarda beyin və göz inkişafında böyük rol oynayır.

Tərkibi:

Balıq yağı 400 mq

– omeqa-3 EPT – 30-33%

– omeqa-3 DHT – 20-22%

Kətan toxumları yağı 400 mq

– omeqa-3 α-linolen turş. – 45-65%

– omeqa-6 linolen turş. – 11-24%

– omeqa-9 olein turş – 11-24%

Dərman göyzabanı toxumları yağı 400 mq

– omeqa-6 linol turş – 35-42%

– omeqa-6 γ-linol turş. – 19%

– omeqa-9 olein turş – 14-20%

Vitamin E – 5 BV

Digər hipolipidemik vasitə. Polidoymamış yağ turşuları

Fish, Flax, Borage – tərkibində şimal balıqlarının əzələvi hissəsindən, kətan və dərman göyzabanı toxumlarından alınan doymamış yağ turşuları ilə zəngin təbii yağlar vardır. Bunlar sağlam qidalanmanın mütləq amilləri olub, orqanizmin bütün sistemlərinin normal fəaliyyəti üçün vacibdir. Çünki PDYT defisiti

tez-tez xəstələnmə hallarına, xroniki xəstəliklərə, beyin fəaliyyətinin zəifləməsinə səbəb olur. Omeqa-3-6-9 sinfinin əsas PDYT-nın bu kombinasiyası sinergist təsirə, biomənimsənilmənin artmasına və kliniki effektivliyin yüksəlməsinə səbəb olur.

Omeqa-3 orqanizmə düşdükdə plazma və toxuma lipidlərinin tərkibinə daxil olur. EPT eykozanoidlərin – prostoqlandinlər, tromboksanlar, leykotrienlər və digər mediatorların sələfidir. Buna görə də Fish, Flax, Borage tərkibindəki PDYT-nın optimal balansı ilə orqanizmin bütün funksiyalarına bilavasitə təsir göstərir. Eykozanoidlər hormonların sintezində, MBT-nin fəaliyyətində, böyrək funksiyalarının tənzimlənməsində mühüm rol oynayır. DHT hüceyrə membranlarının fosfolipid tərkibinə keçərək onun fiziki-kimyəvi xüsusiyyətlərini yaxşılaşdırır, reseptorların, xüsusilə neyronal impuls keçiriciliyinin aktivliyini tənzimləyir. Оmeqа-3 – xolesterinin endogen sintezini tormozlayır, trombositlərin aqreqasiyasını ləngidir, qanı durulaşdırır, tromblaşmaya meylliyi azaldır. Damar divarının elastikliyini artıraraq onu möhkəmləndirir, ürək ritmini tənzimləyir. Beyin fəaliyyətini yaxşılaşdırır: neyronların və sinapsların işini aktivləşdirir, yaddaşı yaxşılaşdırır, diqqətin konsentrasiyasını gücləndirir. Həmçinin, omeqa-3-ün hamiləlik və laktasiya dövründə qəbulu körpənin beyin, sinir və göz toxumalarının normal inkişafı üçün əvəzedilməzdir.

Омега-6 – maddələr mübadiləsinin düzgün gedişini təmin edir, yağların utilizasiyasını artırır və əzələ toxumasını bərpa edir. Pəhriz saxlayan xəstələrə xüsusilə tövsiyə olunur. Omeqalar arasında ən güclü antioksidant təsirə omeqa-6 malikdir, buna görə də omeqa-6 qocalma proseslərini ləngidir. Bundan əlavə PMS, menopauza, cinsi hormonların tənzimlənməsi fonunda gedən iltihabi proseslərdə daha effektiv nəticə verir. Linol turşusu orqanizmə düşdükdə γ-linolen turşusuna çevrilir ki, sonuncunun defisiti sinir sisteminin, dəri və dəri artımlarının müxtəlif tipli xəstəliklərinə səbəb olur.

Omeqa-9 – ürək əzələsinin işi üçün əsas enerji mənbəyi hesab edilir. Kimyəvi stabil quruluşlu olduğundan damar divarında xolesterin çökməsinin qarşısını alır. Şəkərli diabet xəstələrində insulinə rezistentliyi aradan qaldırır, omeqa-3-ün hipoxolesterin təsirini gücləndirir. Bundan əlavə YSLP-nin plazma səviyyəsini yüksəldir ki, bu da toxumalardan artıq miqdarda xolesterinin atılmasını təmin edir. Süd vəzi xərçənginə səbəb olan daxili faktorları blokada edir. Olein MDYT müvafiq hüceyrə membranlarında yerləşərək arteriya divarlarının və dərinin elastikliyini qoruyur. Onun hüceyrə daxilində çatmamazlığı arterial təzyiqin artmasına, oynaq xəstəliklərinə, dəri problemlərinə gətirib çıxarır.

Təbii E vitamini yeganə lipofil antioksidant olub, maqnezium və oksigen defisiti zamanı miokardiositlərin vəziyyətini stabilləşdirir, ürəyin oksigenə tələbatını azaldır.

Lipid mübadiləsi pozulmalarının kompleks müalicəsi və profilaktikası
Miokard infarktın ikincili profilaktikası və kompleks müalicəsi
Hipertoniya xəstəliyinin kompleks müalicəsi və profilaktikası
Qan laxtalanmasının yüksəlməsi, tromboza meyllik zamanı
MBT-nin, qaraciyərin xroniki xəstəlikləri zamanı kompleks müalicə
İmmun sistemin möhkəmləndirilməsi məqsədilə
Asteniya, nevrasteniya, xroniki yorğunluq, stress, depressiya
Makulyar degenerasiya, göz dibinin və torlu qişanın mərkəzi-periferik distrofiyası, görmə itiliyinin və gecə görməsinin zəifliyi, katarakta, kompüter sindromu
Xroniki ağciyər xəstəlikləri, bronxial astma, vərəm, ağır gedişli pnevmoniya
PMS, fibroz-kistoz mastopatiya, dismenorreya, uşaqlıq boynu displaziyası
Tez-tez xəstələnən uşaqlar, hiperaktiv sindrom, müxtəlif diatezlər
Revmatoid artrit, osteoartrit, osteoporoz
Oliqospermiya, prostatit, impotensiya
Psoriaz, seborreya, dermatit, ekzema və d. dəri xəstəlikləri
Şəkərli diabet, diabetik neyro-, retino- və nefropatiyalar

0-6 yaş uşaqlar üçün 1 softgel gündə 1 dəfə (softgelin tərkibi qida ilə qarışdırılaraq qəbul edilə bilər.).

6-12 yaş uşaqlar üçün 1 softgel gündə 2 dəfə;.

12 yaşdan yuxarı uşaqlar və böyüklər üçün 1 softgel gündə 3 dəfə;.

Hamilələr üçün 1 softgel gündə 1 dəfə yemək zamanı qəbul edilir. Preparatın kurs müalicəsi həkimin göstərişi ilə 1 – 3 ay davam etdirilə bilər.

Preparatın tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq, kəskin pankreatit, kəskin xolesistit

Nature’s Bounty – ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir