FİBRON 150ML PEDIATRIK

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

FİBRON 150ML PEDIATRIK

FİBRON 150ML PEDIATRIK

ambroksol hidroxlorid

Ambroksol bromqeksinin metaboliti olub, mukolitik preparatlar sırasına daxildir. Bəlğəmgətirici effektə malikdir. Ambroksol effektiv mukolitik və mukokinetikdir. Bronxial vəzi hüceyrələri tərəfindən selik ifrazını artırır, qatı bəlğəmin bronx divarına yapışmasının qarşısını alır, mukosiliar klirensi bərpa edir, tənəffüs yolu boyunca selikli qişanın kirpikli epitel hüceyrələrinin hərəkətliliyini bərpa edir. Ambroksol tənəffüs yolu hüceyrələrinə qoruyucu təsir edir, alveolyar makrofaqları aktivləşdirir, II tip pnevmositlər tərəfindən surfaktantın sintezini artırır. Antioksidant təsirlidir (bu ağciyər toxuması, tənəffüs yolu selikli qişa hüceyrələrinə lokal olaraq qoruyucu təsir göstərir); birbaşa iltihabəleyhinə təsir göstərir; antibiotiklərin ağciyər toxumasına daxil olmasını gücləndirir; bronxların hiperreaktivliyini azaldır;

Ambroksol daxilə qəbul zamanı tez və praktiki olaraq bütünlüklə bağırsaqlardan absorbsiyaya uğrayır, ambroksolun biomənimsənilməsi 70-80% olub, qaraciyərdən birinci dəfə keçərkən 20-30% – metabolizmə uğrayır. 75-90% plazma zülalları ilə birləşir. Qanın plazmasında maksimal konsentrasiyaya 2 saatdan sonra çatır. Ambroksol bütün orqan və toxumalara, xüsusilə ağciyər, böyrəklərə tez bir zamanda penetrasiya etmək qabiliyyətinə malikdir. Ambroksolun yarımçıxarılma dövrü 10-12 saatdır. Sidik (90%) və nəcislə, xüsusilə qeyri-toksik metabolitlər şəklində xaric olur.

Ambroksol hematoensefalik baryerdən və ana südünə keçmək qabiliyyətinə malikdir. Qaraciyər xəstəliklərinin ağır formalarında ambroksolun klirensi 20-40% azala bilir. Böyrək funksiyasının ağır formalı pozğunluqlarında da yarımçıxarılma dövrü uzana bilir.

Bronxit, pnevmoniya, bronxial astma (bəlğəmin gətirilməsi çətinləşdiyi zaman), bronxoektatik xəstəlik, yarımçıq doğulmuşlarda və yenidoğulmuşlarda respirator-distress sindrom.

Sirop 15mq/5ml: Yenidoğulmuşlar: 2 yaşa qədər½ m (2,5 ml) x 2 dəfə gündə

Uşaqlar:2-5 yaş ½ m (2,5 ml) x 3 dəfə gündə

5-12 yaş 1 m (5ml) x 2-3 dəfə təyin edilir. ( preparat su və ya meyvə şirəsi ilə qarışdırılıb verilir).

Fibron, pediatrik sirop 15mq/5ml, 150 ml

Türkiyə , Santafarma zavodu

Spelling error report

The following text will be sent to our editors: