FERROMED

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

FERROMED

FERROMED

Ferromed dəmirin ən təhlükəsiz və asan sorulan formasıdır.

Ferromed qanazlığı əleyhinə kombinəolunmuş bir preparatdır.

Qanda hemoqlobinin sintezini artıraraq anemiyanın qarşısını alır.

Ferromed anemiya zamanı meydana çıxan halsızlıq, ürəkdöyünmə, təngnəfəslik, saç rənginin solması və tökülməsi, dırnaqların soyulması kimi əlamətlərin qarşısını alır.

Tərkibi:

Dəmir-qlisinat (II) 28 mq

B9 vit. (fol turşusu) 400 mkq

B12 vit. 8 mkq

C vit. 60 mq

Antianemik preparat

Dəmir-qlisinat (II) – qeyri-orqanik dəmir duzlarına nisbətən daha yaxşı sorulur. Dəmir qlisinat kiçik molekul olduğundan bağırsaqdan 100% mənimsənilir. Dəmir-qlisinat (II) zülalları parçalamır, həzm sisteminin proteolitik aktivliyini pozmur, ürəkbulanma, qəbizlik, diareya, dişlərdə rəng dəyişikliyi vermir.

B9 vitamini (fol turşusu) – zülalların sorulmasında, transportunda və parçalanmasında iştirak edir. Zülal və hem qruplarının hemoqlobin və mioqlobin şəklində formalaşmasını təmin edir.

B12 vitamini – suda həll olan yeganə vitamindir ki, orqanizmdə toplanır. Orqanizmdə qan hüceyrələrinin, sinir hüceyrələri qişalarının və müxtəlif zülalların (DNT sintezini stimulə etməklə) əmələ gəlməsi üçün lazımdır. Qanyaranmaya güclü təsir edir.

C vitamini – dəmirin MBT-dan sorulmasını sürətləndirir, dəmirin metabolizmində və onun reduksiya olunmuş formada depolarda toplanmasında, fol turşusunun folin turşusuna çevrilməsində iştirak edir.

Ferromed bağırsaqdan aktiv sorularaq qanda transferrinlə birləşir, ferrotransferrin şəklində depolara gəlir, depolarda ferritin və hemosiderin şəklində toplanır. Orqanizmdən sidik, tər və nəcis vasitəsilə xaric olur.

Müxtəlif mənşəli anemiyalar:

cərrahi əməliyyatdan sonra

tez-tez baş verən burun qanaxmaları

polimenoreya

doğuş və s.

Dəmirə tələbatın artması:

hamiləlik

laktasiya dövrü

intensiv inkişaf dövrü

donorluq

hemodializ

Dəmirin qəbulu və sorulmasının pozulması halları:

xroniki diareyadan sonra

axlorhidriya

enterit

Kron xəstəliy

Praparatın tərkib komponentlərinə qarşı yüksək həssaslığın olması, hemoxromatoz, hemosideroz, xroniki hemoliz, talassemiya, anadangəlmə və qazanılmış hemolitik anemiya, hepatitlər

Dəmir-qlisinat (II) kiçik molekullu və quruluşca ferritinə yaxın olduğu üçün əlavə təsir nadir hallarda meydana çıxır.

1 kapsul sutkada 2 – 3 dəfə.

Profilaktik məqsədlə sutkada 1 kapsul qəbul olunur.

Müalicə müddəti dəmirin plazmadakı səviyyəsindən asılı olaraq fərdi təyin edilir.

Preparat yeməkdən 1 saat sonra qəbul olunmalıdır!

Natures Bounty – ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.

Spelling error report

The following text will be sent to our editors: