Ferrofiks

Ticari adı

Ferrofiks

Ferrofiks

FERROFİKS

Antianemik preparatdır

Hər 10 ml şərbətin tərkibində vardır :

Dəmir-qlükonat ……….175 mq ( Dəmir – 20,5 mq)

Fol turşusu ……………200 mkq

B12 vitamini ………15 mkq

C vitamini …………30 mq

karamel dadlıdır.

FERROFİKS kombinə olunmuş antianemik vasitədir. Dəmir- qlükonat orqanizmdə hemoqlobinin əsas tərkib hissəsi olan dəmirin defisitini aradan qaldırır. Dəmir toxuma tənəffüsündə və hemin formalaşmasında iştirak edir. Hem qanın tərkibində hemoqlobinin tərkib hissəsi olaraq oksigenin toxumalara çatdırılmasını təmin edir. Dəmir həmçinin DNT sintezində iştirak edən ribonukleotid-reduktaza fermentinin tərkibinə daxildir.

Fol turşusu dəmir defisitli anemiyalar zamanı qanyaradıcı orqanlarda toplanaraq qanyaranma proseslərini stimulyasiya edir. Fol turşusu qan hüceyrələrinin yaranmasını və fəaliyyətini artırır. Eyni zamanda fol turşusu bağırsaqların və qaraciyərin funksiyalarına əhəmiyyətli dərəcədə müsbət təsirə malikdir. Qaraciyərdə xolinin sintezini artırır və piy infiltrasiyasını məhdudlaşdırır. Fol turşusu hamiləlik zamanı embrionun sinir hüceyrələrinin bölünməsində və formalaşmasında vacib rola malikdir. İmmun sistemi gücləndirir.

B12 vitamini eritropoezdə vacib rola malik purin və pirimidin əsaslarının, nuklein turşularının sintezində iştirak edir, eritrositlərdə sulfhidril birləşmələrin aktiv olaraq toplanmasını təmin edir. Həmçinin, vitamin B12 hidrogen daşınmasında və transmetilləşmə proseslərində iştirak edir, metioninin sintezini aktivləşdirir. Zülalların sintezini və orqanizmdə toplanmasını artırmaqla anabolik təsir göstərir.

C vitamini dəmirin absorbsiyasını sürətləndirir. Oksidləşmə-reduksiya proseslərində, karbohidrat mübadiləsində, toxumaların regenerasiyasında iştirak edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, damar keçiriciliyini azaldır. Karbohidratların utilizasiyası, lipid, zülal, karnitin sintezi və immun reaksiyalarda iştirak edir. Güclü antioksidant və antiaqreqant təsirə malikdir.

– Dəmirdefisitli anemiya;

– Fol turşusu defisitli anemiya. Eyni vaxtda müşahidə olunan dəmir və fol turşusu defisitli anemiyaların profilaktikası və müalicəsi;

– Vitamin B12 defisitli anemiya. Eyni vaxtda müşahidə olunan dəmir və vitamin B12 defisitli anemiyaların profilaktikası və müalicəsi.

Tərkibindəki hər hansı komponentə qarşı həssaslıq. Hemolitik anemiya, hemoxromotoz, hemosideroz, aplastik anemiya.

FERROFİKS cədvəldə göstərilən dozalarla yeməkdən sonra qəbul edilir.

Yaş dövrü:

Dozalanma:

1 yaşadək uşaqlar

2 ml gündə 1- 2 dəfə

1 – 3 yaş uşaqlar

3 ml gündə 1- 2 dəfə

3 – 5 yaş uşaqlar

5 ml gündə 1- 2 dəfə

5 – 8 yaş uşaqlar

7,5 ml gündə 1- 2 dəfə

8 -12 yaş uşaqlar

10 ml gündə 1- 2 dəfə

12 yaşdan böyük uşaqlar

15 ml gündə 1- 2 dəfə

FERROFİKS flakonda 150 ml şərbət, ölçü qapağı və içlik vərəqə ilə birlikdə karton qutuda qablaşdırılmışdır.

AKSON Ilaç ve Tib. Ürünler San. Tic. Ltd. Şti.

Ankara/ Türkiye.