FERAPİN

Ticari adı

FERAPİN

FERAPİN

(Təbii antianemik preparat)

30 ml siropun tərkibi:

Qatılaşdırılmış çuğundur şirəsi……….6800 mq Vitamin C…………………….…160 mq

Çuğundur şirəsi……………………..…6400mq Vitamin A…………………….1600 mkq

Arı südü………………………………..440 mq Vitamin E………………………….24 mq

Propolis ekstraktı………………….……….40mq

Ferapin – kombinə olunmuş təbii antianemik preparatdır.

Çuğundur şirəsi tərkibi dəmir, kobalt, yod, mis və çoxsaylı vitaminlərlə (B12, fol turşusu və s.) zəngin olduğundan sümük iliyinə stimuləedici təsir göstərir, hemopoezi sürətləndirməklə qanyaradıcı effekt göstərir. Bundan başqa metabolik prosesləri stimulə edir. Buna görə də çuğundur şirəsi müxtəlif mənşəli anemiyaların, ateroskleroz və ürək-damar xəstəliklərinin müalicəsində geniş istifadə olunur.
C vitamini dəmirin biomənimsənilməsini aktivləşdirir.
E vitamini eritrositlərin membranına stabilləşdirici təsir göstərməklə onların parçalanmasının qarşısını alır. Eləcə də, eritropoezi sürətləndirən vitamin kimi tanınır.
Arı südü və propolis amin turşularla zəngin olduğundan hemoqlobinin zülal hissəsinin sintezində iştirak edir.

Ferapin təbii olduğu üçün yeməkdən asılı olmadan və uzun müddətli təyin oluna bilər. Yan təsir (ağızdan pis iyin gəlməsi, ürəkbulanma, diareya, dişlərdə qaralma və s.) vermir. Hamilələrdə istifadə zamanı dölün qaraciyərinə təsir göstərmir

Müxtəlif mənşəli anemiyalar

– Dəmirə tələbatın artdığı dövr: intensiv inkişaf, hamiləlik və laktasiya, infeksion xəstəliklər, dieta və s.

– Qanaxma nəticəsində yaranan anemiyalar: cərrahi əməliyyatdan sonra, doğuş və abortdan sonra, burun qanaxmaları

– Mədə-bağırsaq xəstəlikləri

İndividual həssaslığın olması, hemolitik anemiya

5 yaşa qədər uşaqlar: 1 çay qaşığı gündə 1 dəfə

5 yaşdan yuxarı uşaqlar: 1 xörək qaşığı gündə 1 dəfə

Böyüklər və hamilələr: 1 xörək qaşığı gündə 2 dəfə

Preparat yeməkdən əvvəl və ya sonra 2-3 ay müddətində qəbul olunur.

İstifadədən əvvəl flakonu çalxalamaq lazımdı

Medex – Sloveniya