Femitrop

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Femitrop

Femitrop

Soya, sink, vitaminlər və fenilalanin tərkibli, klimakterik pozuntularla mübarizə üçün nəzərdə tutulmuş  bioloji aktiv qida əlavəsidir.

1 kapsulun tərkibi:

Soya izoflavanoidləri  – 95 mq

Çəmən üçyarpaq yoncası (Trifolium pratense) -25 mq

Ərküdə ağacı (Agnus castus)-65 mq

Adi damotu (Leonurus cardiaca)-15 mq

Vitamin B3-9 mq

Sink qlukonat-6.25 mq

L-fenilalanin-7 mq

Vitamin B6-1 mq

Soya və yonca  bitkiləri: bu bitkilərin  tərkibindəki  izoflavonlar esterogen reseptorlarına təsir göstərərək, menopauzanın tipik simptomlarından olan prilivləri (isti və soyuq basmalar), uşaqlıq yolunun  quruluğunu, xolesterin və triqliseridlərin  artması kimi halları azaldır, ürək-damar, sinir sistemini möhkəmlədirir. İzoflavonlar yumurtalıqların aktivlik müddətini uzadır, hormonların miqdarını idarə edərək,  onların lazımi səviyyədə olmasını təmin edir.Həmçinin yoncanın tərkibindəki  izoflavonlar  sümüklərdən kalsiumun  itirilməsinin  və  osteoparozun  əmələ gəlməsinin qarşısını alır.

Ərküdə  ağacı: dismenoreya və ağrılı menstruasiya zamanı rast gəlinən ağrı, əsəbilik, baş ağrıları,əhval ruhiyyənin kəskin dəyişməsi kimi halları aradan qaldırır. Agnus castus prolaktin səviyyəsini normaya salaraq  predmenstrual sindrom zamanı  süd vəzilərinin şişkinliyini və ağrısını  azaldır. O həmçinin progesteronun sintezinin zəifləməsi  ilə əlaqədar olan klimakterik prilivləri də azaldır.

Adi damotu: sedativ təsiri sayəsində menapauza zamanı rast gəlinən ürək döyüntülərinin artmasını, həyəcanlılığı, yuxusuzluğu və prilivləri aradan  qaldırır.

Vitamin B3 və B6: böyrəküstü vəzi tərəfindən  cinsi hormonların  istehsal üçün vacibdir, hormonal balansın təmin olunmasına köməklik edir.

Sink: immun sistemin normal funksiya göstərməsi və cinsi hormonların istehsalı üçün vacibdir.

L-fenilalanin: Bir çox neyrotransmiterlərin sələfidir və orqanizmin ağrıya və stressə qarşı dözümlülüyünü artırır.

 

  • Menopauza  və  Klimakterik sindrom  zamanı  müşahidə  olunan  hallar: əsəbilik, başgicəllənmə, başağrısı, ürək nahiyyəsində ağrı, isti və soyuq basmalar, yuxu pozğunluğu, yorğunluq hissi, diqqətin zəifləməsi, çox tərləmə;
  • Estrogendən asılı şişlərin profilaktikası (mastopatiyalar, fibramioma, süd vəzi xərçəngi);
  • Menstrual tsiklin pozğunluğu;
  • Hormonal sonsuzluq;
  • Yumurtalıqların polikistozu;
  • Cinsi inkişafın ləngiməsi;
  • Ağrılı menstruasiyalar;
  • Uşaqlığın ekstrepasiyası və ovarioektomiyadan sonra baş verən pozğunluqlar

 

1 kapsul gündə 1-2 dəfə yemək zamanı qəbul olunur.

Heç bir yan təsir qeydə alınmamışdır. Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq ola bilər.

PHARMALUCE S.r.l. ,  İtaliya,

Spelling error report

The following text will be sent to our editors: