FARMEGA

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

FARMEGA

FARMEGA

Hər 5 ml şərbətin tərkibi:

Qızılbalıq yağından alınmış omeqa-3 1000 mq

(EPT – 100 mq, DHT – 400mq)

Vitamin C 80 mq

Vitamin E 12 mq

Omeqa-3 – tərkibi DHT (dokozaheksaen turşusu) və EPT (eykozapentaen turşusu) kimi polidoymamış yağ turşuları (PDYT) ilə zəngindir. Omeqa-3 güclü membranoprotektor və antioksidant təsirə malikdir. DHT uşaq beyninin, sinir sistemi və görmə qabiliyyətinin inkişafında, koqnitiv funksiyaların formalaşmasında böyük rol oynayır. Omeqa-3 ciftin düzgün formalaşması və orqanogenezin normal gedişinə müsbət təsir edir, xroniki hipoksiyanı aradan qaldırır. PG E2 – nin sintezini inhibə etməklə spontan düşüklərin və yarımçıq doğuşun qarşısını alır.Omeqa-3 qanda xolesterinin səviyyəsini tənzimləyir, mikrosirkulyasiyanı yaxşılaşdırır.

Vitamin C orqanizmdə oksidləşmə-bərpaolma proseslərini nizama salır. Karbohidrat mübadiləsində, qanın laxtalanmasında, hormonların və kollagenin sintezində iştirak edir, iştahanı bərpa edir, kapillyarların keçiriciliyini normallşdırır. Orqanizmin ümumi müqavimətini artırmaqla xəstəliklərin tez sağalmasında və profilaktikasında iştirak edir.

Vitamin E antioksidant olub, hüceyrə membranlarını zədələnmədən qoruyur və onların funksional aktivliyini təmin edir.

Uşaqlarda fiziki və əqli inkişafın ləngiməsi

Immunitetin zəifləməsi

Diqqət defisiti fonunda hiperaktivlik sindromu

Yaddaş zəifliyi

Spontan düşük və erkən doğuşun profilaktikası

Ürək-damar xəstəlikləri

Sinir sistemi xəstəlikləri

Görmə aparatı xəstəlikləri

Dəri xəstəlikləri (dermatit, psoriaz)

Şəkərli diabet

preparatın hər hansı bir tərkib hissəsinə qarşı individual həssaslığın olması

0-2 yaş: 2,5 ml gündə 1 dəfə

2- 6 yaş: 5 ml gündə 1 dəfə

6-14 yaş: 5 ml gündə 2 dəfə

Böyüklər və hamilələr: 15 ml gündə 2-3 dəfə. Preparat yeməkdən sonra qəbul olunur.

100 ml şərbət flakonda, istifadə təlimatı ilə birgə karton qutuda

PHARMEX ROM INDUSTRY S.R.L., Rumıniya

NORMA PAN

Spelling error report

The following text will be sent to our editors: