Faqosporin

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Faqosporin

Faqosporin

Faqosporin tərkibində canlı mikrob hüceyrələri olan Bacillus subtilis və Bacillus licheniformis 1.1·109 KƏGV (koloniya əmələ gətirən vahid

Faqosporin normal mikrofloraya təsir etmədən patogen mikroblara qarşı antaqonist aktivliyə malikdir. Bu patogen mikroblara Campylobacter, Proteus, Salmonella, Shigella, enteropatogen E.Coli, Qızılı stafilokokk, Candida cinsindən olan göbələklər aiddir.

Bu canlı bakteriyalar həzmi stimulə və requlə edən kompleks fermentlər sintez edir. Bağırsaqdan K və E vitaminlərinin sorulmasını, həmçinin B qrup vitaminlərin sintezi və sorulmasını normalaşdırır.

Faqosporin tərkibinə daxil olan basillər yoğun bağırsaqda olan normal mikrofloranı bərpa edir.

Həmçinin, Faqosporin immun sisteminə müsbət təsir göstərir. Belə ki,immunoqlobulinlərin sintezini artırır, makrofaqların, lizosim və endogen interferonun aktivliyini artırır

Göstərişlər:

Faqosporin uşaq və böyüklər üçün aşağıda göstərilən hallarda təyin olunur:

Patogen mikroorqanizmlər (Salmonella spp., Shigella spp.), enteropatogen ştammlar (E. сoli, Proteus spp., Staphуlococcus spp., Candida spp.) tərəfindən törədilən kəskin bağırsaq infeksiyaları (KBİ), həmçinin antibiotikoterapiyaya əks -göstəriş olduğu halda;
Bağırsaq mikroflorasını korreksiya etmək məqsədilə (antibiotikoterapiya və digər səbəblərdən yaranan disbakterioz);
Bağırsaq disfunksiyası;
Cərrahi əməliyyatdan sonra irinli-septik ağırlaşmaların profilaktikası məqsədilə;
Ginekoloji praktikada: qadınlarda müşahidə olunan vulvovaginal kandidoz zamanı, hamiləlik dövrü bakterial vaginoz zamanı (antibiotikoterapiyadan sonra bərpaedici məqsədlə);
Stomatoloji praktikada: uşaqlarda müşahidə olunan xroniki residivləşən stomatit.

Uşaqlara 1 saşe gündə 2 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl.
Böyuklərə 2 saşe gündə 2-3 dəfə yeməkdən 30-40 dəqiqə əvvəl.
Saşe 10-50 ml otaq temperaturunda, qaynadılmış suda həll olunur.
Preparat homogen suspenziya alınana qədər 1-2 dəqiqə qarışdırılır.
Isti maye həll etməyin!
Həll edilmiş məhsul saxlanıla bilməz.
Müalicə kursu 5-10 gün.

Qutuda №10 saşe

Biofarma/Ukrayna.

Eksklüziv nümayəndə : Norma – Pharm

Spelling error report

The following text will be sent to our editors: