FAKTAKSİM

Ticari adı

FAKTAKSİM

FAKTAKSİM

sefotaksim 1q

Təsiredici maddə: 1 flakonda 1 q sefotaksimə ekvivalent miqdarda sefotaksim natrium duzunun tozu vardır.

Həlledici: Lidokain hidroxlorid 1%-4ml

Sefotaksim: Geniş təsir spektrli III nəsil sefalosporin qrupu antibiotikdir.

Lidokain: yerli anestetikdir.

Faktaksim əzələdaxili istifadə olunan yarımsintetik III nəsil sefalosporin grupu antibiotikdir. Faktaksim geniş antibakterial təsir spektrinə malik olub, bir çox qrammusbət və qrammənfi bakteriyalara qarşı yuksək bakterisid təsir göstərir;

Həssas mikroorqanizmlər

Gram müsbət aerob bakteriyalar

Staphylococcus aureus

(penisilinaz sintez edənlər daxil olmaqla)

A grubu beta hemolitik streptokoklar (Streptococcus pyogenes daxil olmaqla)

Streptococcus agalactiae (A grubu streptokoklar)

β- hemolitik streptokoklar (Qrup C, F, G)

Streptococcus pneumoniae *

Staphylococus epidermidis

Gram mənfi aerob bakteriyalar

Citrobacter spp. *

Escherichia coli*

Haemophilus influenzae*

Haemophilus parainfluenzae *

Klebsiella spp. *

Moraxella catarrhalis*

Neisseria gonorrhoeae *

Neisseria meningitides *

Proteus spp. * – Providencia spp. *

Yersinia enterocolitica

Anaerob bakteriyalar

Clostridium spp. (Clostridium difficile xaric)

Peptostreptococcus spp.

Propionibacterium spp.

Digərləri

Borrelia spp.

*Kliniki effektivliyi təsdiq olunub.

Əzələ daxilinə birdəfəlik yeridildikdən 0,5 saat sonra plazmada maksimum konsentrasiya toplayır, 1qr preparatın plazmada olan konsentrasiyası təqribən 24 mkq/ml təşkil edir.

Paylanması: Sefotaksim orqanizmin maye və toxumalarına asanlıqla daxil olur və preparatın minimum ingibəedici konsentrasiyası 12 saat davam edir.

Zülallarla birləşməsi: Plazma zülalları ilə birləşməsi 25-40%-dir.

Metabolizm: Sefotaksim sistem metabolizminə uğrayır, aktiv metabolit (dezasetilsefotaksim) və qeyri-aktiv metabolitə çevrilir.

Xaric olunması: Sefotaksim orqanizmdən əsasən sidiklə xaric olunur: 60-70% dəyişilməmiş şəkildə, 20-25% metabolitlər şəklində şəklində. Sefotaksim az miqdarda isə ödlə xaric olunur. Sefotaksimin yarımatılma dövrü təqribən 1,5 saat təşkil edir.

Yuxarı tənəffüs yollarının infeksiyaları: sinusit, faringit, angina, orta qulağın iltihabı,

Aşağı tənəffüs yollarının infeksiyaları: kəskin və xroniki bronxit, pnevmoniya, ağciyər absesləri,

Sidikçıxarıcı yolların infeksiyaları: kəskin və xroniki pielonefrit, sistit və simptomatik bakteriuriya,

Dəri və yumşaq toxumanın infeksiyaları,

Ginekoloji infeksiyalar, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri,

Penisilin G-yə rezistent gonokoklar tərəfindən törədilmiş süzənək,

Sidik-cinsiyyət orqanlarının infeksion xəstəlikləri (qonoreya daxil olmaqla),

Digər infeksiyalar: septisemiya, meningit,

İntra-abdominal infeksiyalar (peritonit daxil olmaqla),

Sümük və oynaq infeksiyaları (həmçinin bakterial artrit, osteomielit),

İrinli yara və yanıq infeksiyaları,

Cərrahi infeksiyaların profilaktikası məqsədilə (abdominal, uroloji, ginekoloji cərrahi əməliyyatlar)

Faktaksim preparatı əzələ daxilinə təyin olunur. Preparatın dozası və istifadə qaydası patogen mikrobun həssaslığından, infeksiyanın tipindən və xəstənin vəziyyətindən asılı olaraq təyin olunur.

Preparatın təyin olunan dozaları:

Yenidoğulmuşlar və uşaqlar: 50-100 mq/kq doza sutka ərzində 2 dəfəlik dozalara bölünməklə istifadə

edilir. Preparat yalnız inyeksiya üçün su ilə birlikdə istifadə edilməlidir. (1 yaşına qədər)

0-1 həftə arası : 12 saatta bir 50 mq/kq

1-4 həftə arası : 8 saatta bir 50 mq/kq

1 ay – 12 yas arası : 50 kq-dan kiçik olanlar; gündə50-180 mq/kq

Böyüklər: 1 qr sutka ərzində 2 dəfə olmaqla əzələ daxilinə təyin edilir (12 saat ara ilə).

Ə/D inyeksiyalar zamanı; 1000 mq sefotaksim natrium duzunun tozu 1% 4 ml lidokain hidroxlorid məhlulunda həll olunmalıdır. Flakonu çalxalayıb, məhlulun tam həll olunmasına qədər gözləyin.

Davamediciterapiya xəstəliyin dərəcəsindən asılıdır. Antibiotikoterapiya zamanı törədicinin eradikasiyası və temperatur göstəriciləri normala düşəndən 48-72 saat sonra da davam etdirilir.

DİQQƏT:

Ə/D inyeksiya üçün nəzərdə tutulmuş lidokain hidroxlorid məhlulu vena daxilinə yeridirilməməlidir.

Həll olunmuş məhlul soyuducuda 24 saat (2º-8ºC) temperaturda saxlanıldıqda öz aktivliyini itirmir.

Faktaksim 1 qr toz flakonda №1, instruksiya və həlledici ilə birlikdə

FACTA FARMACEUTCİ S.p.A.

Nucleo İndustriale S.Atto,

S.Nicolo a Tordino 64020 Teramo, İtaly