Extreme PAC

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Extreme PAC

Extreme PAC

Jenşen və arı südü ümumi tonuslandırıcı və stimullaşdırıcı təsir göstərir, gərginliyə qarşı davamlılığı artırır və ümumi vəziyyəti yaxşılaşdırır. Jenşen fiziki və zehni yorğunluq, iş qabiliyyətinin azalması, nevroz, nevrasteniya, yuxusuzluq, miqren, qaraciyər, ağciyər xəstəlikləri, revmatizm, şəkərli diabet, impotensiya və ağır infeksion xəstəliklərdən sonra istifadə olunur. 

Tərkibi:

 Panax Ginseng Extract (Adi  jenşen  ekstraktı)                 300 mg

American Ginseng Extract (Amerikan  jenşeni ekstraktı)     100 mg

Chinese Red ginseng Extract (Qırmızı çin jenşeni ekstraktı)  50 mg

Royal Jelly Concentrate (Arı südü konsentratı)                    2 mg

B12  vit.    30 mcg

Universal tonuslandırıcı və ümumimöhkəmləndirici preparat.

Adi jenşenin tərkibində saponin qlikozidlər-ginsenozidlər (panaksozidlər A və B, panakvilon, panaksin), efir yağları, sterollar, peptidlər, vitaminlər və minerallar var. O, əqli qabiliyyəti yaxşılaşdırır, baş beyin qabığında oyanma və tormozlanma proseslərini idarə etməyə kömək edir və beyin qan dövranını yaxşılaşdırır. Bu bitki qan sisteminə, qaz mübadiləsinə yaxşı təsir göstərir, toxuma tənəffüsünü stimullaşdırır, ürək yığılmalarının amplitudasını və tezliyini tənzim edir, öd sekresiyasını artırır, yaraların sağalmasına şərait yaradır, radioprotektor  qabiliyyətə malikdi. Adi jenşen fiziki və əqli qabilliyəti artırır, yuxunu, iştahanı və əhval-ruhiyyəni yaxşılaşdırır. Orqanizmin stress hallarına və ətraf mühitin mənfi təsirlərinə qarşı dözümlülüyü artırır. Bu bitki yuxululuğu, yorğunluğu aradan qaldırır, arterial təzyiqi yüksəldir, cinsi fəaliyyəti yaxşılaşdırır, qanda xolesterinin və qlükozanın miqdarını aşağı salır.

Amerikan jenşeni  dözümlülüyü artırır, əhval-ruhiyyəni yaxşılaşdırır, yorğunluğu, stressi aradan qaldırır, sağalma dövrünü sürətləndirir, qadın və kişi sonsuzluğuna müsbət təsir edir, bakteriya və virus əleyhinə təsiri var. Tərkibi saponin qlikozidlər ginsenozidlər, eleuterozidlər, peptidlər, efir yağları, vitaminlər, karbohidratlar (70%), zülallar (12%), yağlar (1%), Al, B, Ca, Fe, Mg, P, Na, S, Zn ilə zəngindir. Başqa jenşenlərlə müqayisədə daha yumşaq tonuslandırıcı  qabiliyyətə malikdir. Amerikan jenşeni nəzərəçarpan immunomodulyatordur. Güclü adaptogen xüsusiyyəti var. Şəkərli diabetli xəstələrdə  yorğunluğu, stressi aradan qaldırır, qanda şəkərin miqdarını aşağı salır. İdmançılarda  dözüm və gücü artırır.

Qırmızı cin jenşeni  kökünün tərkibində ümumitonuslandırıcı və stimuləedici maddələr var. Orqanizmin ümumi müqavimətini artırır.

Arı  südü  işçi arıların yuxarı çənə və udlaq vəzilərinin məhsuludur. Arı südünün tərkibi: su 65%, zülallar 14-18% (əsasən albuminlər və qlobulinlər), karbohidratlar 9-18% (qlükoza, fruktoza, saxaroza), A, D, C, B1, B2, B3, B6, B12, B15, E, PP vitaminləri,  pantoten turşusu, ali karbon turşuları (kəhrəba, palmitin, stearin və s.),  cinsiyyət hormonları (estradiol, testosteron, proqesteron), mineral duzlar, mikroelementlər – Fe, K, Ca, Na, Mg, Zn, Cu, Au ilə zəngindir. Həmçinin tərkibində asetilxolin, stearinlər, fermentlər –  amilaza, katalaza, invertaza, proteaza, xolinesteraza, turş fosfotaza və lipidlər var. Onun tərkibində DNT olduğundan orqanizmə cavanlaşdırıcı təsir göstərir. Antimikrob və bakterisid təsirə malikdir. Stafilokokklara , streptokokklara, vərəm çöplərinə  məhvedici təsir göstərir. Arı südünün tərkibində şişəleyhinə təsir göstərən oksi-desen turşusu var. Arı südü qanda xolesterinin səviyyəsini azaltdığı və damarlarda spazmı aradan qaldırdığı üçün ateroskleroz  və ürəyin işemik xəstəliyi zamanı istifadə edilir. Tərkibində B1, B6, PP vitaminləri olduğundan periferik sinir sistemi xəstəliklərində və revmatik  poliartrit zamanı effektivdir. Arı südü sinir gərginliyini və fiziki yorğunluğu aradan qaldırır, yuxunu yaxşılaşdırır, iştahanı, yaddaşı, əmək qabiliyyətini artırır. Həyat tonusunu  və  əhval-ruhiyyəni  yaxşılaşdırır, qanda şəkərin miqdarını aşağı salır.

B 12  vitamini reproduktiv və sinir sistemlərinin işini normallaşdırır. Qanda xolesterinin miqdarını azaldır. Qan yaranmada iştrak edir. 

 

  • fiziki və əqli yorğunluq
  •  mərkəzi sinir sistemi xəstəlikləri
  •  ürək-damar sisteminin funksional pozğunluqları
  •  revmatik degenerativ xəstəliklər
  •  hepatit,qaraciyər sirrozu
  •  anemiya
  •  mədənin xora xəstəliyi, aşağı sekresiyalı xroniki qastrit
  •  distrofiya
  •  nevroz, nevrasteniya, hipotonik tipli NSD
  •  şəkərli diabet
  •  doğuşdan sonrakı dövr
  •  qocalıq zəifliyi
  •  klimakterik sindrom
  •  erektil disfunksiya
  •  cinsiyyət vəzilərinin hipofunksiyası
  •  xroniki yorğunluq sindromu, rekonvalesensiya dövründə
  •  arterial hipotenziya

 

Nadir hallarda oyanıqlıq, arterial təzyiqin yüksəlməsi, hipoqlikemiya, allergik reaksiyalar.

Hiperhəssaslıq, arterial hipertenziya, oyanıqlılıq, yuxusuzluq, qanaxmalar, hamiləlik  və laktasiya dövrü

1 – 2  kapsul sutkada 2 dəfə  yemək vaxtı 1 ay müddətində. Kurslar arası fasilə 2 həftədir. Günün ikinci yarısı qəbul etmək məsləhət deyil.

Nature’s Bounty – ABŞ

Spelling error report

The following text will be sent to our editors: