Домой / Препарат / Etofleks gel

Etofleks gel

Торговое название Etofleks gel
Международное название Etofenamate
Код АТХ MO2AA06
Лекарственная форма
Gel 40 q
Состав

Təsiredici maddə : 1 q gelin tərkibində 50 mq etofenamat vardır.

Köməkçi maddələr: evkalipt essensiyası, şam essensiyası, polietilenqlikol (Makroqol 400),

emulgin M – 8, karbomer 940, trietanolamin, izopropil spirti, deionlaşmış su.

Описание

Evkalipt iyli, şəffaf , rəngsiz və ya sarımtıl rəngli gel.

Фармакотерапевтическая группа

Xaricə istifadə üçün iltihabəleyhinə qeyri-steroid preparat.

Фармакокинетика

Etofenamat yüksək biomənimsənilmə qabiliyyətinə malikdir, lipofil xüsusiyyətə malik olduğundan 20 % -ə qədəri dəridən sorulur, iltihab sahəsində yüksək effektivliyə malik olur. Preparatın iltihab zonasındakı konsentrasiyası iltihab zonası olmayan nahiyədəki konsentrasiyasından 5-20 dəfə çox olur.

Daxilə və xaricə bərabər miqdarda, yüksək dozada preparatın qəbulu göstərmişdir ki, oral qəbulla müqayisədə xaricə tətbiq zamanı etofenamat iltihab zonasında 27,5 dəfə çox toplanır. Preparat kumulyasiyaya uğramır.

Xaricə istifadə zamanı qanın plazmasında bioloji yarımçıxarılma dövrü təqribən 3,3 saat təşkil edir. Lakin onu da qeyd etmək lazımdır ki, etofenamat hələ uzun müddət iltihab zonasında aşkar olunur.

Dəridə əsasən etofenamatın (94%-ə qədər) dəyişilməmiş formasına və müəyyən miqdar hidroliz

prosesinin məhsulu olan flufenam turşusuna rast gəlinir.

Фармакодинамика

Etofenamat - iltihabəleyhinə və ağrıkəsici preparatdır. Siklooksigenazanı ingibə edir, araxidon turşusundan prostaqlandinlərin sintezini tormozlayır.

Dəriyə sürtüldükdə etofenamat 5-10 % -lik konsentrasiyada iltihab və travma zamanı yaranan oynaq və əzələ ağrılarını aradan qaldırır. Tərkibə daxil olan izopropil spirti yüngül sərinləşdirici effekt göstərir. ETOFLEX dəridə qızartı və göynəmə vermir.

Показания к применению

Müxtəlif mənşəli kəskin ağrılar

*Ağrı, oynaqların iltihabı və yumşaq toxumanın travma zamanı zədələnməsi, degenerativ və

revmatik xəstəliklər (dartılma, çıxıqlar, əzilmələr, lümbaqo, bursit, miozit, tendovaginit,

mialgiya, artrit).

*boyun və çiyin ağrıları

Противопоказания

Etofenamata, flufenam turşusuna və ya digər QSİƏP-lərə qarşı yüksək həssaslıq.

Способ применения и дозы

Həkim tərəfindən təyin olunmayıbsa, ağrı nahiyəsinin sahəsindən asılı olmayaraq geli 5-10 sm

uzunluğunda ağrılı sahəyə sürtərək dəriyə çəkməli. Ağrı nahiyəsi sarğılıdırsa, o zaman geli bu nahiyənin açıq sahəsinə sürtmək lazımdır. Gündə 3-4 dəfə çəkilir .

Gel su və ya spirtlə dəridən təmizlənir.

Preparat yağlı ləkə izi buraxmır.

Побочное действие

Çox nadir hallarda dəridə qıcıqlanma ola bilər.

Особые указания и предостережения

Nadir hallarda baş verən qıcıqlanma preparatın qəbulunu dayandırdıqda aradan qalxır. Açıq

yaralara və ekzema zonasına istifadə etmək olmaz.

Həssaslıq artdıqda preparatın istifadəsini dayandırmaq lazımdır.

Применение у беременных и кормящих женщин

Dölə təsirinə görə FDA-nın C kateqoriyasına aiddir. Heyvanlar üzərində aparılan tədqiqatlar nəticəsində embriotoksik və teratogen xüsusiyyətlər müşahidə ediməmişdir. Anaya olan fayda dölə təsirindən vacib sayılan hallarda istifadə oluna bilər. Preparat ana südünə nüfuz edir.Onu da qeyd etmək lazımdır ki, bu günə qədər dölə heç bir mənfi təsir göstərməsi müşahidə olunmamışdır. Ehtiyac olduqda az miqdarda və qısa müddət ərzində təyin olunmalıdır.

Передозировка

Dozadan artıq sorulma haqqında məlumat yoxdur.

Упаковка

40 q-lıq tüb içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Условия хранения

250 C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

Срок годности

2 ildir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Условия отпуска из аптек

Həkim resepti ilə buraxılır.

Название и адрес изготовителя

Santa Farma İlaç Sanai A.Ş.

P.K.262, 3461 Şişli – İstanbul/Türkiyə

  Перейти на сайт
Authorization
*
*


Registration
*
*
*


Password generation