Etofleks

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Etofleks

BPA

Etofenamate

ATC

M01AX

Etofleks

Əzələ daxili inyeksiya üçün yağlı məhlul

Təsiredici maddə: 1 ampulanın (2ml) içərisində 1 q etofenamat vardır.

Köməkçi maddə: orta zəncirli triqliserid həlqəsi

Şəffaf , sarımtıl, qatı maye.

Qeyri-steroid iltihabəleyhinə preparat.

ETOFLEX ampul lipofil olduğu üçün etofenamatın hidrofil formasından fərqli olaraq uzun müddətli təsir göstərir. Aktiv maddə dərman preparatının tərkibindən tədricən sorulması nəticəsində 24 saata qədər öz təsirini saxlayır. Etofenamatın farmakokinetikası əzələ daxilinə yeridildikdə yaşdan asılı olaraq dəyişilmir. T1/2 max 2 saat, Tmax -5,4 saat, Cmax 0,633mmol/1 təşkil edir. Etofenamatın 98-99%-i plazma zülalları ilə birləşir.Yarımçıxarılma dövrü (elimination half-life) təqribən 1,9 saat təşkil edir, son eliminasiyanın yarımçıxarılma dövrü (terminal half-life) 34,5 saatdır. ETOFLEX preparatının təsiri tez başlayır (1/2-1 saata) və uzun müddət (24 saat) davam edir. Təqribən 35%-i metabolitlər və ya konyuqat şəklində, qalan hissəsi isə əsasən ödlə xaric olur.

Antranil turşusunun törəməsi olan etofenamat qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP)

olub, analgeziyaedici, qızdırmasalıcı təsir göstərir. Etofenamat prostaqlandinlərin sintezini

tormozlamaqla, bradikininin, hialuronidazanın, histaminin və lizosomal fermentlərin sintezini azaltmaqla iltihabəleyhinə təsir göstərir.

Müxtəlif mənşəli ağrılar zamanı

– sümük- əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, xroniki revmatik artrit, ankilozlaşan spondilit (Bexterev xəstəliyi), oynaqətrafı yumşaq toxumanın revmatizmi, çiyin ağrısı sindromu (qlumeroskapulyar periartrit), lümbaqo, işias, bursit, sinovit, tendosinovit, mexaniki və ya degenerativ dəyişikliklər zamanı onurğa və çiyində olan xəstəliklər (aktiv spondiloartrit və artroz)

– müxtəlif travmalar (məsələn, idman travmaları), dartılma, burxulma, əzilmə, oynağın və bağların zədələnməsi.

– əməliyyatdan sonrakı iltihab və ödem

– etofenamata və ya digər QSİƏP-lərə qarşı həssaslığın yüksək olması;

– qanın hematopoetik pozğunluğu;

– bronxial astma, bronxial xəstəliklər, pollinoz, burun boşluğunun selikli qişasının xroniki

iltihabı (sonuncu astmatik kriz, yerli dəri ödemi, selikli qişaların ödemi -Kvinke ödemi və ya

urtikariyaya (övrə) səbəb ola bilər);

– antikoaqulyant preparatların qəbulu və ya trombositlərin aqreqasiyasının ingibə edilməsi, qanın

laxtalanma qabiliyyətinin pozulması;

– qaraciyər, böyrək və ürəyin disfunksiyası;

– mədə və ya onikibarmaq bağırsağın xorası;

– 12 yaşa qədər uşaqlar

Əzələ daxilinə dərinə gündə 1 dəfə 1q (1 ampul) yeridilir. Ehtiyac olduqda preparatı 24 saatdan sonra təkrarən yeritmək olar. Maksimal sutkalıq və birdəfəlik doza 1 q-dır.

Yeridilmə yerində nadir halda ağrılar, toxumanın bərkiməsi, eritema, şiş, qaşınma müşahidə olunur.

Bəzən başağrısı, başgicəllənmə, astenik sindrom (yorğunluq), görmənin pozulması, dəri səpgiləri və allergik ödem, mədə-bağırsaq pozğunluqları (məsələn, epiqastral nahiyədə ağrılar, qidanın sorulmasında pozğunluqlar, ürəkbulanma və qusma) və sidiyə getmə vaxtı ağrılar müşahidə oluna bilər.

Güclü porfiriya zamanı risk mütləq nəzərə alınmalıdır. Anamnezdə qastrointestinal iltihabın ( xoralı kolitlər, Kron xəstəliyi ) və hipertenziyanın olması qeyd edildikdə, geniş cərrahi müdaxilələrdən sonra və yaşlı xəstələrdə preparatın istifadəsi ciddi həkim nəzarəti altında həyata keçirilməlidir.

Dölə təsirinə görə FDA-nın C kateqoriyasına aid edilir. Hamilə qadınlara təyin etmək olmaz,

belə ki, uşaqlığın yığılma qabilyyətinin zəifləməsi ehtimalı yüksəkdir və qanaxma baş verə bilər.

Preparat ana südünə keçdiyindən laktasiya dövründə etofenamatdan istifadə etmək olmaz.

Etofenamatın əzələ daxilinə yeridilməsi müxtəlif diuretiklərin (furosemid, tiazid ) və

antihipertenziv vasitələrin (beta-adrenoblokatorlar) təsirini zəiflədir.

Hipouremik vasitələr (probenesid və sulfinpirazon) etofenamatın böyrəklərlə xaric edilməsini

ləngidə bilər.

Etofenamatın diqoksin, fenition, litium, metotreksat, şəkərəleyhinə preparatlarla eyni vaxtda

qəbul edilməsi məlum deyil, etofenemat bu maddələrin aktivliyinin artmasına və

toksiki təsirlərinin güclənməsinə səbəb ola bilər.

Kortikosteroidlər (adrenokortikoid hormonlar), digər QSİƏP və spirtli içkilər etofenamatın

qastrointestinal effektini və əlavə təsirlərini artırır.

Əlavə təsirləri sürətləndirir.

Xüsusi antidotu yoxdur. Müalicəsi simptomatikdir.

ETOFLEX ampula psixi və hərəki qabiliyyəti ləngidir; ona görə də nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə zamanı bunları nəzərə almaq lazımdır. Alkoqol qəbulu bu reaksiyaları sürətləndirir.

2 ml-lik ampula. 1 ampula plastik konteynerdə içlik vərəqə ilə birgə karton qutuya qoyulur.

250 C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

2 ildir.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Həkim resepti əsasında buraxılır.

Santa Farma İlaç Sanai A.Ş.

P.K.262, 3461 Şişli – İstanbul/Türkiyə

Spelling error report

The following text will be sent to our editors: