ESİTROX retard tablet

Ticari adı

ESİTROX retard tablet

ESİTROX retard tablet

Hər bir tabletin tərkibində vardır:

Trokserutin 300 mq

At şabalıdı qabığının quru ekstraktı – 60 mq

Asiya sentellası otunun quru ekstraktı – 30 mq

Mədəni üzümün yarpaqlarının quru ekstraktı – 30 mq

Ponti bigəvəri kökünün quru ekstraktı – 20 mq

Qaragilə meyvələrinin quru ekstraktı – 20 mq

Esitrox tablet təbii tərkibli kombinə olunmuş flebotonik və angioprotektor xüsusiyyətə malik preparat olub, kapilyar və venalara təsir göstərir. Esitrox xroniki venoz çatışmazlıq zamanı ödem, ağrı və qıcolma kimi əlamətləri azaldır. Babasil zamanı yaranan ağrı, qaşınma və qanaxma kimi əlamətləri yüngülləşdirir. Esitrox kapilyarların rezistentliyinə və keçiriciliyinə yaxşı təsir göstərərək diabetik retinopatiyanın yaranmasını ləngidir. Həmçinin qanın reoloji xüsusiyyətlərini yaxşılaşdıraraq tor qişada mikrotrombozun qarşısını alır.

Trokserutin damar divarını və birləşdirici toxumanı möhkəmləndirir. Venaların varikoz genişlənməsinin qarşısını alır. Babasil zamanı damarlarda gedən patoloji dəyişikliklərin aradan götürülməsində yüksək effektivliyə malikdir. Venaların tonusunu artırır, plazma zülalları üçün kapilyarların keçiriciliyini azaldır, qanın fibrinolitik fəallığını artırır, özlülüyünü azaldır, periferik qan dövranını normallaşdırır və dərinin trofiki zədələnmələrində müsbət təsir göstərir.Venaətrafı toxumalara iltihabəleyhinə təsir göstərir və ödemi aradan qaldırır.

At şabalıdının ekstraktı güclü vena tonuslandırıcı təsirə malikdir. Onun təsiri tərkibində olan eskulin və essin qlikozidləri venoz damarların tonusunu artırır, venalarda qanın axınını sürətləndirir və trombozun əmələgəlməsinin qarşısını alır. At şabalıdı kapilyarların keçiriciliyini azaldaraq mikrosirkulyasiyanı yaxşılaşdırır. Nəticədə kapilyarlarda durğunluğun qarşısı alınır və güclü iltihabəleyhinə təsir göstərir. Eskulin qan zərdabının antitrombik aktivliyini stimulə edir və damarların retukuloendotelial sistemində antitrombinin sintezini sürətləndirir. Essin qanın özüllüyünü azaldır, iltihabəleyhinə və ödeməleyhinə təsir göstərir.

Asiya sentellası A, B, E, K vitaminləri və maqnezium ilə zəngindir. Bu bitki mikrosirkulyasiyanı yaxşılaşdırır, yaraların sağalmasını tezləşdirir, trofiki xoraların yaranmasının qarşısını alır, immunomodulyator təsirə malikdir. Asiya sentellası venaları və kapilyarları möhkəmləndirir, qan dövranını yaxşılaşdırır.

Mədəni üzümün yarpaqlarının ekstraktı bioflovanoidlər, polidoymamış yağ turşuları və  D vitamini ilə zəngindir. Vazoprotektiv xüsusiyyətə malikdir, damar keçiriciliyini azaldır, ödemi aradan qaldırır.

Ponti bigəvəri kökünün ekstraktı steroid saponinlər, efir yağları və qətran ilə zəngindir. Kapilyarların elastikliyini və möhkəmliyini artırır, qan dövranını yaxşılaşdırır, iltihabəleyhinə təsir göstərir.

Qaragilə meyvələrinin ekstraktının tərkibində üzvi turşular, minerallar, C, A, B, PP vitaminləri, efir yağları və antosianozidlər var. Venaları və arteriyaları qoruyur, qan hüceyrələrinin aqreqasiyasının qarşısını alır. Qaragilə meyvələrinin ekstraktı kollagenin dağılmasını ləngidərək qan damarlarının divarını möhkəmləndirir. Dəri kapilyarlarının elastikliyini artırır və damarların varikoz genişlənməsinin qarşısını alır. Qaragilə meyvələri antioksidant xüsusiyyətə malikdir.

Aşağı ətraflarda venoz – limfatik çatışmazlıq (o cümlədən, venaların varikoz genişlənməsi, xronik limfostaz) əlamətlərinin müalicəsi;

-Tromboflebit, flebit;

-Ayaqlarda ağırlıq, ödem və ağrı hissi;

-Trofik pozğunluqlar;

-Babasil;

-Mikrosirkulyasiyanın pozulması;

-Varikosele;

-Diabetik mikroangio- və retinopatiya;

-Diabetik pəncə;

-Plastik əməliyyatlardan sonrakı ödemlər.

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Hamiləlik və laktasiya dövründə həkim məsləhətilə təyin oluna bilər.

 

Bir tablet gündə bir dəfə səhər yeməyindən sonra. Tablet bol su ilə içilməlidir. Retard formasında olduğu üçün təsir effekti uzunmüddətlidir. Tableti çeynəmək olmaz

Retard tablet N 30

“ESI S.p.A.”, Via della Industrie 1, 17012 Albissola Marina, İtaliya