ESİTROX gel

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

ESİTROX gel

ESİTROX gel

Trokserutin 2 %-li, Rutozid, Essin, Bromelayn, Tokoferol-asetat, Ginkqo biloba yarpaqlarının ekstraktı, At şabalıdı toxumlarının ekstraktı, Kofein, Asiya sentellasının ekstraktı, Ananas meyvələrinin ekstraktı, Qaragilə meyvələrinin ekstraktı, Dağ arnikası çiçəklərinin ekstraktı, Əzvay yarpağı, Aptek zəncəfili kökünün ekstraktı, Perna Canaliculus növü molyusklarından alınmış ekstrakt, Dərman xəşənbülü çiçəyinin ekstraktı, Laym yağı, Cymbopogon schoenanthus yağı, Litsea Kubeba meyvələrinin yağı, Mentol.

Angioprotektor, venotonik

Esitrox gel təbii tərkibli kombinə olunmuş vasitədir. Kapilyar və venalara angioprotektor, flebotonik təsir göstərir. Esitrox gel xroniki venoz çatışmazlıq zamanı ödem, ağrı, göynəmə və qıcolma kimi əlamətləri azaldır. Gelin müntəzəm istifadəsi mikrosirkulyasiyanı yaxşılaşdırır və ağırlaşmaların əmələgəlmə riskini azaldır. Daha effektiv müalicə üçün Esitrox retard tabletlə birgə istifadəsi tövsiyyə olunur

-Aşağı və yuxarı ətraflarda venoz-limfatik çatışmazlıq (o cümlədən, venaların varikoz genişlənməsi, xronik limfostaz) əlamətlərinin müalicəsi zamanı;

-Ətraflarda ağırlıq, ödem və ağrı hissi;

-Tromboflebit, flebit;

-Trofik pozğunluqlar;

-Dəri və yumşaq toxumaların zədələnməsi zamanı;

-Mikrosirkulyasiyanın pozulması;

-Plastik əməliyyatlardan sonrakı ödemlər.

Gel gün ərzində 2 dəfə quru, təmiz və tamlığı pozulmayan dəri səthinə lazım olan miqdarda yüngül əl hərəkətləri ilə masaj edilərək sürtülür.

ESI S.p.A., Via della Industrie 1, 17012 Albissola Marina, İtaliya

Spelling error report

The following text will be sent to our editors: