ERBOLAK

Ticari adı

ERBOLAK

ERBOLAK

ERBOLAK

peroral qəbul üçün məhlul

(həkimlər və pasiyentlər üçün təlimat)

Tərkibi:

Hər 15 ml məhlulun tərkibində vardır:

Laktuloza (Lactulose)………………………………………………………………..4 q;

Adi gavalının qatılaşmış şirəsi (Prunus domestica L.) ……………………2,7 q;

Nutriose FM® Qarğıdalı lifləri (Corn Fiber)……………………………………1,0 q;

Actilight® 950P Fruktooliqosaxaridlər (Fructooligosaccharides)………3,0 q;

İnulin (Inulin)……………………………………………………………………………..0,5 q.

Köməkçi maddələr: deminerallaşdırılmış su, konservant: kalium-sorbat. Tərkibində süd və süd məhsullarının izlərini saxlayır.

Laktuloza həzm fermentləri tərəfindən hidrolizə davamlı disaxariddir və bununla əlaqədar olaraq bağırsaqdan praktik olaraq sorulmur. Laktulozanın xroniki qəbizliyin müalicəsində effekti təsdiq olunub ki, bu da onun bağırsaq peristaltikasını bərpa etməsi və nəcis kütlələrini yumşaltması ilə bağlıdır. Laktulozanın təsiri nəticəsində yoğun bağırsağın florasının dəyişməsi (laktobasillərin miqdarının artması) baş verir, bunun nəticəsində yoğun bağırsaqda turşuluq artır və onun peris-taltikası stimulə olunur. Bununla yanaşı osmotik təzyiq və nəcis kütlələrinin həcmi artır. Nəticədə, Laktuloza bağırsağın selikli qişası və saya əzələlərinə təsir etmədən işlədici effekt göstərir. Laktulozanın təsiri nəticəsində ammonyakın absorbsiyası müşahidə olunur, tərkibində azot olan toksiki maddələrin əmələgəlməsi və müvafiq olaraq onların venoz sistemə keçməsi azalır. Laktuloza yoğun bağırsaqda salmonellaların böyüməsini inhibə etmə qabiliyyətinə malikdir, vitaminlərin absorbsiyasını azaltmır və asılılıq yaratmır. Adi gavalının qatılaşmış şirəsi işlədici təsirə malikdir. Gavalı vitaminlərlə (А, В qrupu, С, Р), kaliumla, dəmirlə, kalsiumla, maqneziumla, natriumla və manqanla zəngindir. Gavalı şirəsi bağırsaq atoniyası zamanı tövsiyə edilir, orqanizmdə xolesterini zərərsizləşdirməyə kömək edir. Nutriose FM® Qarğıdalı lifləri qarğıdalıdan alınan, yüksək həzm tolerantlığına malik, dietik liflərdir. Nutriose FM® qlükozanın polimeri olaraq, nazik bağırsaqdan sorulmağa davamlıdır və bağırsaq tranzitini tənzimləmə xüsusiyyətinə malikdir. О, həmçinin bağırsaq florasına müsbət təsir göstərir. Actilight® 950P Fruktooliqosaxaridlər mədədə və bağırsaqda sorulmaya davamlı qısazəncirli oliqosaxaridlərdir. Bu xüsusiyyətlərə görə Fruktooliqosaxaridlər dietik liflər hesab olunur. Onlar təxliyyə tezliyini artırır və qəbizliyin qarşısını alırlar. Onların işlədici təsiri bağırsaq peristaltikasının və nəcis kütlələrinin yumşaqlığının artırılması ilə bağlıdır. İnulin qida liflərinə aid, orqanizmin həzm fermentləri tərəfindən parçalanmayan oliqosaxariddir. İnulin nazik bağırsaqda tranziti sürətləndirir, nəcis kütlələrini yumşaldır, təxliyyə tezliyini artırır. İnulin təbii prebiotikdir, orqanizmdə normal bağırsaq florasının çoxalmasına sə-bəb olur.

Bağırsağın təbii tranzitinin tənzimlənməsi və qəbizliyin müalicəsi üçün tövsiyə olunur.

İstifadəsi yaşdan asılı olaraq aşağıdakı qaydada aparılır: 6 aydan 1 yaşadək uşaqlara gündə 2,5 ml təyin olunur. 1 yaşadan 3 yaşadək uşaqlara gündə 5 ml təyin olunur. 3 yaşadan 6 yaşadək uşaqlara gündə 7,5 ml təyin olunur. 6 yaşadan 12 yaşadək uşaqlara gündə 10 ml təyin olunur. 12 yaşadan yuxarı uşaqlara və böyüklərə gündə 15 ml təyin olunur. Vasitə gündə 1 dəfə (səhər və ya axşam) yeməkdən əvvəl daxilə qəbul edilir.

Vasitənin hər hansı komponentinə qarşı yüksək həssaslıq zamanı qəbulu əks-göstərişdir. Bu məhsul dərman vasitəsi deyil, təbii qida əlavəsidir.Xəbərdarlıqlar:

Tərkibində laktoza saxlayır. İstifadədən əvvəl yaxşı çalxalayın. 3 yaşadək uşaqlar üçün əlçatmaz yerdə saxlayın. Tövsiyə olunan gündəlik dozanı aşmayın. Dietik əlavələr müxtəlif pəhriz növlərini əvəz etmir.

ERBOLAK TƏRKİBİNDƏ QLÜTEN SAXLAMIR.

Sərin, quru, yüksək temperaturdan qorunan yerdə saxlanmalıdır. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

200 ml flakonda, qablaşdırılmış qutuda stəkan-dozator və qəbul qaydası olan təlimatla birlikdə.

Del Seriole küç, 41/43 – 47894, Kyezanuova, PHARMALUCE S.r.l. üçün, Del Seriole küç, 45 – 47894, Kyezanuova, San Marino Respublikası.