ERBOFER şərbət

Ticari adı

ERBOFER şərbət

ERBOFER şərbət

Hər 10 ml şərbətin tərkibi:

SunActive ® Fe (III) – mikrohissəcikli dəmir pirofosfat 13 mq

Pido-Zinc® – sink pidolat 8 mq

Mis qlukonat 0.7 mq

Vitamin C 65 mq

Vitamin B2 1mq

Vitamin B6 0.9 mq

Vitamin B9 (fol turşusu) 260 mkq

Vitamin B12 1.6 mkq

ERBOFER orqanizmin dəmirə olan tələbatını və ehtiyat dəmirin toplanmasını təmin edir. Dəmir hemoqlobin və mioqlobinin vacib komponenti olub, hüceyrələrin oksigenlə təmin olunmasında mühüm rol oynayır. Digər dəmir preparatlarından fərqli olaraq ERBOFERin tərkibinə daxil olan SunActive ® dəmir 20 dəfə daha kiçik hissəciklərdən ibarətdir. Dəmirin hər mikrohissəsinin üzəri xüsusi qatla örtüldüyü üçün mədə şirəsinin təsirinə məruz qalmır, dəmir maneəsiz bağırsağa çatır, bağırsaq divarlarından rahat keçir və tədricən sovrulur. Preparatın qəbulundan sonra 8 saat ərzində plazmada dəmirin konsentrasiyası yüksək səviyyədə qalır. SunActive ® Fe yüksək temperatura və oksidləşməyə qarşı davamlıdır. Dəmir tamı və qoxusu yoxdur, dişləri tünd rəngə boyamır, mədəni qıcıqlandırmır. Sink– orqanizmdə 80-dən artıq fermentlərin tərkib hissəsidir. Sink eritrositlərin və qanın müxtəlif elementlərinin əmələ gəlməsi üçün vacibdir. Sink pidolat preparatın biomənimsənilməsini artırır və orqanizm tərəfindən qəbul olunmasını asanlaşdırır. Antioksidant, immunomodulyator təsirə malikdir. Preparatın tərkibindəki sink pidolat formasında olduğu üçün yüksək biomənimsənilməyə malikdir, adi sinkdən fərqli olaraq orqanizmdə misin miqdarını azaltmır, bağısaq divarından daha rahat keçir. Mis – sümük iliyinin qan yaranma funksiyasını stimullaşdırır. Mis karbohidrat və mineral maddələrin mübadiləsinə təsir edir, dəmirin mineral birləşmələrinin üzvi maddələrə çevrilməsinə kömək edir, hemoqlobinin sintezində qaraciyərdə yığılmış dəmirin istifadəsini stimullaşdırır, dəmirin bağırsaqdan sovrulmasını asanlaşdırır. Misin defisiti zamanı əritrositlər kiçik və solğun olur. B2 vitamini eritropoetin, kortikosteroidlər, qırmızı qan hüceyrələrinin, qlikogenin sintezi üçün maddələr mübadiləsini stimullaşdırır. B6 vitamini zülalların və lazımlı yağ turşularının normal metobolizmi, beynin və eritrositlərin kimyəvi mediatorlarının sintezi üçün lazımdır. B6 vitamini defisiti zamanı dəmir hemoqlobinə birləşə bilmir. Bu zaman В6 vitamini ilə bağlı anemiya yaranır. Fol turşusu – qan piqmentində olan dəmir tərkibli proteinin sintezi üçün lazım olan karbon mənbəyidir, anemiyanın inkişafının, dölün bətndaxili anomaliyasının qarşısını alır, dölün sinir sisteminin təməlinin qoyulmasına kömək edir, nuklein turşularının sintezi üçün lazımdır. B12 vitamini qanyaradıcı orqanların funksiyasının tənzimlənməsində mühüm rol oynayır, eritropoezdə, purin və pirimidinlərin sintezində iştirak edir. C vitamini antioksidant və iltihabəleyhinə təsirə malikdir, dəmirin MBT-dan sovrulmasını sürətləndirir.

Dəmir və fol turşusu çatışmazlığı Dəmir defisitli anemiyalar Müxtəlif etiologiyalı qanitirmələr

6ay – 1yaş uşaqlar – 5 ml gündə 1dəfə ; 1 – 7 yaş uşaqlar – 7.5 ml gündə 1 dəfə;

7 –10 yaş uşaqlar – 10 ml gündə 1 dəfə. Erbofer yeməkdən əvvəl qəbul edilməlidir. Müalicə müddəti dəmir çatişmazlığının səviyyəsindən asılıdır.

preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq.

nadir hallarda allergik reaksiyalar.

şərbət 150 ml və ölçü qapağı, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

PHARMALUCE s.r.l., Republic of San Marino