Erbo – sprey

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Erbo – sprey

Erbo – sprey

ERBO – SPREY®

Yuxarı tənəffüs yollarının xəstəliklərində istifadə üçün kombinə olunmuş preparat.

Tərkibi:

Propolis ekstraktı

Exinasea (exinokokzid 4% və polisaxaridlər 20%)

Kəklikotu

Aserola (25% Vit. C)

Biyan kökünün ekstraktı (qlisirizin 10%)

Natrium hialuronat

Propolisin tərkibində çox sayda maddələr var: bitki mənşəli qətran, vitaminlər, amin turşular, mineral duzlar, bioflavonoidlər,ən əhəmiyyətlisi isə qalanqin – antibakterial təsirli bioflavonoid var. Propolisin antibakterial təsiri müxtəlif mexanizmlərlə baş verir: bakteriya hüceyrəsinin bölünməsini inhibə edir; bakteriyanın sitoplazması və hüceyrə membranını parçalayır – bakteriolizə səbəb olur; protein sintezini inhibə edir.

Bundan başqa preparatın tərkibində olan digər komponentlər immunostimulyator, iltihabəleyhinə, anestetik, regenerasiyanı sürətləndirən, göbələk əleyhinə təsirə malikdirlər. Bu təsirlər yuxarı tənəffüs yollarının selikli qişası üzərində çox aydın müşahidə olunur.

Boğaz qıcıqlanmasını, boğazda ağrını, həssaslığı aradan qaldıraraq, selikli qişada xarici faktorlara qarşı qoruyucu təbəqə əmələ gətirir.

Selikli qişada hidrotasiyanı saxlayaraq, boğaz ağrısını aradan qaldırır.

Kəskin və xroniki tonzillit;
Follikulyar və lakunar angina;
Stomatit;
Laringit;
Faringit.

Böyüklərə: 4 püskürmə gündə 3 dəfə

0 – 2 yaş uşaqlara: 1 püskürmə gündə 2 dəfə

2 yaşdan yuxarı uşaqlara: 2 püskürmə gündə 2 dəfə

Qeyd: 2 yaşdan kiçik uşaqlara preparatın təyini həkim məsləhəti ilə olunur.

PHARMALUCE S.r.l. , İtaliya, ita

Spelling error report

The following text will be sent to our editors: