EPP 800+

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

EPP 800+

EPP 800+

EPP 800+ hər 75 damcının tərkibində vardır:

Qreypfrut toxumunun ekstraktı (Citrus paradisi)……………………….. 497,25 mq

C vitamini (askorbin turşusu, acidum ascorbinicum)………………….. 112,5 mq və ya GSD-nın 140,6%-i

Bioflavonoidlər ……………………………………………………………………. 30 mq

Portağalın efir yağı (Citrus sinensis)………………………………………… 4,875 mq

Kəklikotunun efir yağı (Thymus vulgaris)………………………………… 1,875 mq

Çay ağacının efir yağı (Melaleuca alternifolia)…………………………. 0,75 mq

Preparatın hər 100 ml-nin tərkibində minimum 800 mq bioflavanoidlər vardır.

Preparat bioflavonoidlərlə zəngin olan 100% təbii qreypfrut toxumunun ekstraktından hazırlanıb. Qreypfrut toxumunun ekstraktı – bakteriyalar, viruslar, göbələklər və parazitlərə təsir edən güclü antibiotikdir. ЕРР 800+ aşağı dozalarda bakteriostatik, yüksək dozalarda isə bakterisid təsir göstərir. ЕРР 800+ orqanizmin müdafiə gücünü artırır, bağırsağın normal florasını müdafiə edir. ЕРР 800+ geniş təsir spektrinə malikdir. Ekstrakt 800-dən artıq bakteriya və virus ştammına, 100-ə qədər növ göbələklərə və bir çox birhüceyrəli parazitlərə təsir göstərir, onun fəallığı sintetik antibiotiklərin fəllığı ilə müqayisə olunur.

ЕРР 800+ tərkibinə naringin, hesperidin, kversetin, izosakuranetin, neohesperidin qlikozidləri ilə zəngin bioflavonoidlər, həmçinin C vitamini daxildir. Bioflavonoidlər – antimikrob, antiseptik və göbələkəleyhinə təsir göstərirlər, eyni zamanda sintetik antibiotiklərdən fərqli olaraq, immun sistemini zəiflətmirlər, bağırsağın normal mikroflorasını, həmçinin bifido- və laktobakteriyaları, məhv etmirlər. Bioflavonoidlər damar keçiriciliyini azaldaraq ödemlərin qarşısını alırlar.

C vitamini – immun sistemini gücləndirir, antioksidant təsir göstərir.

Portağalın efir yağının tərkibinə daxil olan limoonen, linalool, həmçinin aldehidlər, flavanoidlər və kumarinlər antiseptik təsirə malikdirlər. Portağalın efir yağı həzm prosesini yaxşılaşdırır, sakitləşdirici təsir göstərir.

Kəklikotunun efir yağı bir çox təsirə malikdir. Yaxşı antiseptik, həmçinin tonuslandırıcı təsir göstərir.

Çay ağacının efir yağı 4-terpineol, monoterpenlər və seskviterpenlərlə zəngindir. Yaxın zamanlarda aparılan tədqiqatlar göstərib ki, çay ağacının efir yağı bir çox növ bakterial, virus və göbələk infeksiyalarına qarşı mübarizə apara bilər. Həmçinin bu yağ immunostimulyator və antiastenik təsirə malikdir.

Daxilə:

-İmmun sisteminin zəifləməsi zamanı (soyuqdəymə, qrip, bronxit, allergiyalar);

-Həzm prosesinin problemləri zamanı (mədə pozğunluqları, qastrit, meteorizm, diareya, qida zəhərlənmələri, göbələk etiologiyalı həzm sisteminin xəstəlikləri, kandidoz) ;

-Sidik yollarının infeksiyaları zamanı, qeyri-infeksion etiologiyalı iltihablar zamanı, digər infeksiyalarda (xoralar, gingivit, süd yarası, ziyillər, ekzema);

-Diqqətin və enerjinin bərpası üçün (depressiya, yorğunluq).

Xaricə:

-Ağız boşluğunun xoraları, gingivit, müxtəlif etiologiyalı öskürək, faringit, anginalar, gerpes, dodaq çatları, saç kəpəyi, kiçik yaralar və həşərat dişləmələri, ziyillər, sızanaqlar, ekzema.

Qreypfruta qarşı allergik reaksiyası olan şəxslər. Preparatın gözə düşməsi yolverilməzdir.

Daxilə:

Orta doza: Soyuqdəymə, qrip, qida zəhərlənmələri, göbələk mənşəli həzm sisteminin xəstəlikləri, kandidoz, sidik yollarının infeksiyaları, qeyri-infeksion etiologiyalı iltihablar, allergiyalar – 15-25 damcı preparatı ½ stəkan su və ya meyvə şirəsində həll edərək, gündə 3 dəfə daxilə qəbul edirlər.

Xaricə:

Ağız boşluğu xoraları, gingivit, öskürək, faringit, angina  – 20 damcı preparatı ½ stəkan suda həll edərək ağız boşluğunu yaxalayırlar.

Gerpes – 1-2 damcı təmiz ekstraktı zədələnmiş nahiyəyə sürtürlər.

Dodaq çatları – 3-4 damcı təmiz ekstraktı yağda həll edərək dodaq nahiyəsinə sürtürlər.

Saç kəpəyi  – 10-20 damcı təmiz ekstraktı şampuna əlavə edərək saçları yuyurlar.

Kiçik yaralar və həşərat dişləmələri – yara nahiyəsinə  bir neçə damçı preparatı yüngül massajla yeridirlər.

Ziyillər – təmiz ekstraktı gündə 2 dəfə ziyil nahiyəsinə yeridirlər.

Sızanaqlar – 20 damcı ekstraktı ½ sətkan suda həll edirlər, alınmış məhluldan 5 damcı ilə  təmiz tənzifi isladırlar və üzü təmizləyirlər. Məhlulun gözə düşməsi yolverilməzdir.

Ekzema – ekstraktın 1 hissəsini 20 hissə yağda həll edirlər, gündə 2 dəfə zədələnmiş nahiyəyə yeridirlər.

Mikozlar – 1-2 damcı təmiz ekstraktı mikoz nahiyəsinə sürtürlər, tam müalicəyə qədər.

Uşaqlar və hamilə qadınlar üçün dozalanma rejimi:

Uşaqlar üçün preparatın istifadəsi 36 ayından (3 yaşdan) başlayır və dozalanma pediatr Fuşun üsulu ilə aparılır: gündəlik doza 10 kq çəkiyə görə – 3 damcı. Çəkiyə uyğun hesablanmış damçı sayı 2-3 dəfəlik qəbula bölünür. Hamilə qadınlara və preparatı ilk dəfə qəbul edən şəxslərə preparatın qəbulunu kiçik dozalardan (gündə 2-3 damcı) başlamaq məsləhət görülür, orqanizmin müsbət reaksiyası zamanı dozanı artırmaq olar. Hamilə qadınlar üçün preparatın maksimal gündəlik dozası 20 damcı təşkil edir.

Xəbərdarlıqlar:

Müəyyən olunmuş dozanı aşmaq məsləhət görülmür. Preparatın təmiz halda selikli qişalar və açıq yaralara düşməsi yolverilməzdir. Prepatarı təmiz halda daxilə qəbul etmək olmaz. Preparatın gözə düşməsi yolverilməzdir. Hamilə qadınlar, südverən analar və uşaqlar preparatı həkim məsləhəti ilə qəbul etməlidirlər.

50 ml-lik flakonlarda.

Quru və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır.

SANTE VERTE Ltd., Fransa

Spelling error report

The following text will be sent to our editors: