Epindol Forte N60 tab

Ticari adı

Epindol Forte N60 tab

Epindol Forte N60 tab

Hər bir örtüklü tabletin tərkibində vardır:

İndol-3-karbinol (Brassica oleraceadan alınmışdır) – 600 mq

Epiqallokatexin-qallat (Camellia sinensisdən alınmışdır) – 250 mq

Köməkçi maddələr: mikrokristallik sellüloza, hidroksipropilmetilsellüloza, povidon K30, maqnezium-stearat, kolloidal silisium-dioksid.

EPINDOL FORTE tərkibində iki fəal komponent (indol-3-karbinol və epiqallokatexin-qallat) saxlayan təbii vasitədir. Vasitənin birinci komponenti brokollidən, ikinci komponenti isə yaşıl çaydan xaric edilir. İndol-3-karbinol patologiyanın həm hormonal inkişaf mexanizmlərinə, həm də xəstəliyin stimullaşmasının qeyri-endokrin patoloji mexanizmlərinə təsir göstərərək, hüceyrələrin patoloji böyüməsini blokada edə bilər. Mammalogiyada, ginekologiyada və andrologiyada hiperplaziya ilə bağlı pozulmalar proseslərinə effektiv təsir göstərir. Bu maddə sitoxrom P-450 ferment sistemini aktivləşdirə, estrogenlərin sintezini optimallaşdıra bilər, prokarsinogen fəallıq göstərən, qadın cinsiyyət hormonlarının metabolitlərinin nisbətində qorxulu disbalans yaradan, 16-hidroksiestronun əmələ gəlməsini inhibə edir. İndol-3-karbinol estrogenlərə həssas olan toxumalarda patoloji proliferativ prosesləri dayandırır, dəyişilmiş hüceyrələrin apoptozuna gətirib çıxarır, reproduktiv sistemin hormonasılı şişlərinin böyüməsini sürətləndirən böyümə faktorlarının təsirini azaldır. Bu maddə insan papilloma virusuna qarşı virusəleyhinə təsirə malikdir. Bu təsir E7 zülalının sintezinin inhibə olunması, zədələnmiş epitelial hüceyrələrdə, həmçinin virogen transformasiya olunmuş şiş hüceyrələrində özünü məhvetmənin stimulə olunması ilə göstərir.

Epiqallokatexin-qallat faqositozu stumulə edir, onun sona çatmasına təsir edir, faqositlərin sayını artırır. Bu maddədə angiostatik fəallıq qeydə alınıb. Onun təsiri nəticəsində miomatoz düyünlərdə damarların böyüməsinin inhibə olunması müşahidə olunur. Bununla da şişlərin böyüməsi limitləşdirilir, endometrial hüceyrələrin invaziv fəallığı inhibə edilir. SOG-2 və prostaqlandinlərə təsir hesabına epiqallokatexin-qallat iltihabəleyhinə təsir göstərir.

EPINDOL FORTE-nin tərkibinə daxil olan bioloji fəal maddələr insan orqanizminə kompleks təsir edirlər ki, bu da özünü aşağıdakılarla göstərir: qadın (süd vəzisi, endometrium, miometrium və uşaqlıq boynu, yumurtalıqlar) və kişi (prostat vəzi) reproduktiv sisteminin hormonasılı orqan və toxumalarında patoloji hiperplastik prosesləri ləngidir; qadın reproduktiv sisteminin orqan və toxumalarında hüceyrələrin patoloji böyüməsi və mitozunu dəf edir, insan papilloma virusunun təsiri ilə bağlı anogenital sahədə papillomatozun inkişafını və servikal epitelin displaziya dərəcəsini azaldır.

EPINDOL FORTE-nin istifadəsi qadınlarda hormonal fonun balansını təmin etmək üçün, uşaqlıq miomasının, fibroz-kistoz mastopatiyanın, endometriumun hiperplaziyasının, endometriozun (həmçinin, adenomiozun), yumurtalıqların endometriod kistasının, prostat vəzinin hiperplaziyasının, insan papilloma virusu ilə törədilmiş xəstəliklərin (uşaqlıq boynunun displaziyası, anogenital kandilomalar) müalicə və profilaktikası üçün, postkastraksion sindrom zamanı (yumurtalıqların çıxarılmasından sonra), predmenstrual sindromun simptomlarının yungülləşdirmək üçün, klimaks və onun ağırlaşmaları zamanı tövsiyə olunur

EPINDOL FORTE 1 tablet gündə 1 dəfə yemək zamanı təyin edilir.

Vasitənin fəal və köməkçi komponentlərinə fərdi həssaslıq olduqda, hamiləlik və laktasiya dövründə, antasid vasitələrin qəbulu zamanı EPINDOL FORTE-nin istifadəsi tövsiyə olunmur.

EPINDOL FORTE-nin qəbulu zamanı allergik reaksiyalar qeydə alına bilər. Vasitənin fəal komponentlərinin digər preparatlarda xoşagəlməz təsirləri qeydə alınmayıb. Sorbsiyaedici təsirə malik preparatlarla birgə qəbulu fəal maddələrin sorulmasını azalda bilər. Antasidlərin qəbulu vasitənin sorulmasına təsir göstərə bilər. Vasitənin doza həddi aşıldığı zamanı nəzəri olaraq allergiya və dispepsiyanın yaranma riski artır. Vasitənin qəbulu diqqətin toplanmasını azaltmır, cavab reaksiyasını zəiflətmir

Sərin, quru, günəş şüalarından qorunan yerdə saxlamaq lazımdır.  DƏRMAN VASİTƏSİ DEYİLDİR.

Flakonlarda 60 örtüklü tablet, istifadəyə dair təlimatla birlikdə.

S.C. Pharmex Rom Industry SRL Crizantemelor street, no.1, Mogosoaia, İlfov, Rumıniya