ENZİTEN

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

ENZİTEN

ENZİTEN

Enziten kombinəolunmuş ferment preparatıdır. Tərkibindəki fermentlər karbohidratların, yağların, zülalların parçalanmasında iştirak edərək, onların nazik bağırsaqda tam sorulmasını təmin edir. Çətin həzmə gedən bitki liflərini həzm edir. Enziten həzm pozğunluğu zamanı yaranan köpü, mədə nahiyyəsində olan ağırlıq hissini aradan qaldırır, qəbizliyin qarşısını alır və həzmi normallaşdırır.

Tərkibi:

Amilaza 200 mq Öd 60 mq
Lipaza 50 mq Betain hidroxlorid 400 mq
Proteaza 200 mq Bromelain 100 mq
Pepsin 100 mq Papain 100 mq
Pankreatin 100 mq Sellulaza 20 mq

Amilaza – həzm fermenti olub, nişastanı və digər karbohidratları parçalayır. Tüpürcək vəzləri və mədəaltı vəzidə sintez olunur.

Proteaza – zülalları parçalayır. Mədə-bağırsağın mikroflorasını tənzimləyir. İltihaba qarşı təsir göstərir. Mikrosirkulyasiyanı aktivləşdirir.

Lipaza – mədəaltı vəzin suda həll olan fermentdir. 12 barmaq bağırsaqda lipidlərin çətin parçalanan hissələrini və piy turşularını, A, D, E, K vitaminlərini parçalıyır.

Pankreatin – həzm fermentidir. Mədəaltı vəzin şirəsi olub tərkibində amilaza, lipaza, proteaza var. Karbohidratlar, lipidlər və zülalları parçalayır.

Pepsin – həzm fermentidir. Mədənin selikli qişasında sintez olunur, ancaq turş mühitdə aktivdir. Qidanı yumşaldır zülalları parçalayır.

Öd (öküz) – enzitenin tərkibindəki öküz ödünün olması böyük bir üstünlükdü, öd kisəsi olmayan xəstələr üçün vacıb komponentdir. Yağların hidrolizini təmin edir.

Betain hidroxlorid – təbii mənşəli, azotlu lipotrop maddədir. Qanda xolesterinin miqdarını azaldır (lipotrop təsir), qaraciyərin piy distrofiyasının və hepatositlərin zədələnməsinin qarşısını alır (hepatoprotektor təsir), öd yaranmanı və öd qovmanı aktivləşdirir, zülalları parçalayır, qanda homosisteinin miqdarını azaldır (homosistein – amin turşuların parçalanma məhsulu olub toksiki maddədir, ateroskleroz və osteoporozun inkişafına səbəb olur).

Bromelain – ananasdan alınır, karbohidrat və zülal mübadiləsinin katalizatorudur, yağları isə qliserin və suya qədər parçalayır. İltihaba və ödemə qarşı təsir göstərir (fibrini parçalamaqla). İmmunostimulyator və spazmolitik təsir göstərir.

Papain –papaya bitkisindən (qovun ağacı) alınır, bütün mühitlərdə – turş, qələvi, neytral aktivdir. Proteolitik ferment olub zülalları parçalayır (ən çox çapıq toxumasında və bitişmələrdə olan zülalları). Bu xüsusiyyətinə görə ona “bioloji skalpel” deyilir. Yaraların regenerasiyasını sürətləndirir.

Sellülaza – sellülozanı parçalayır. Bitki mənşəli qida liflərinin həzmində iştirak edir.

Qida pozğunluğu ilə əlaqədar: qəbizlik, köp, gəyirmə, mədədə ağırlıq hissi

– Xroniki pankreatit

– Xroniki xolesistit

– Hepatit

– Qaraciyərin piy distrofiyası

– Babasil

2-4 yaş ¼ kaplet gündə 1-2 dəfə
4-6 yaş 1/3 kaplet gündə 1-2 dəfə
6-12 yaş ½ kaplet gündə 1-2 dəfə
12 yaşdan yuxarı 1 kaplet gündə 2 dəfə

Preparat yeməkdən əvvəl və ya sonra bir stəkan su ilə qəbul olunur.. Ağır hallarda preparatın dozasını 3 kapletə kimi artırmaq olar.

İndividual həssaslığın olması, qanaxma verən xəstəliklər (hemofiliya, trombositopeniya və s.), xora xəstəliyi (kəskin forması).

Natures Bounty – ABŞ

Azərbaycanda rəsmi distributor: AZERİMED şirkətidir.

Spelling error report

The following text will be sent to our editors: