ENTEROL®250 paket

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

ENTEROL®250 paket

ENTEROL®250 paket

Probiotik, Diareya əleyhinə preparat, Bağırsaq antiseptiki.

Tərkibi
Təsiredici maddə:

1 kapsul 250 mq Saccharomyces buolardi (liofilizə olunmuş hüceyrələr) daxildir.

1 paketdə 250 mq Saccharomyces buolardi (liofilizə olunmuş hüceyrələr) vardır.

Köməkçi maddələr: laktoza monohidrat, maqnezium- stearat.
Jelatin kapsul üçün: jelatin,titan 4-oksid

Diareya əleyhinə mikrobioloji preparat. Mualicəvi maya göbələkləri – Saccharomyces buolardi.

Enterol 250 bağırsağın mikroflorasını bərpa edir və diareya əleyhinə güclü etiopatogenetik təsirə malikdir. Preparatın hər 100 mq-da 109 Saccharomyces boulardii var. Enterol 250 preparatının tərkibinə daxil olan Saccharomyces boulardii (Sb.)maya göbələkləri qana sorulmur, bağırsaqda qalmır, koloniya vermir və 2-5 gün müddətində bagırsaqdan atılır. Liofilizasiya üsulu əsasında istehsal olunduğundan Sb.-nin üzərində mannoza qatı vardır ki, buna əsasən də hər bir Sb.özünə 500-ə yaxın patogen bakteriyanı birləşdirərək orqanizmdən xaric edir.

Enterol 250 – antimikrob, antitoksik, antisekretor, immunoloji, iltihabəleyhinə, bərpaedici, antikandidoz təsirlərə malikdir.

Uşaqlarda və böyüklərdə kəskin və xroniki bakterial diareya.
Kəskin viruslu diareya.
Antibiotiklərin qəbulu ilə assosiasiya olunmuş kolit və diareyaların profilaktikası və müalicəsi.
Bağırsaqın disbiozu.
Qıcıqlanmış yoğun bağırsaq sindromu.
Psevdomembranoz kolit və Clostridium difficile-nin törətdiyi xəstəliklər.
Parenteral qidalanma nəticəsində yaranan diareyalar.

Qurd əleyhinə müalicədən sonra profilaktika məqsədi ilə.

Yeni doğulmuş – 1 yaş arası körpələrə: gündə 1 paket və ya kapsuldan artıq olmamaq şərti ilə həkim nəzarəti altında təyin edilir.
1-6 yaşadək uşaqlara: gündə 1-2 dəfə1 paket və ya kapsul.
Böyüklərə və 6 yaşdan yuxarı uşaqlara: gündə 2 dəfə 2 kapsul və ya paket.
Tövsiyyə olunan müalicə kursu:
Kəskin diareya -3-5 gün
Disbakteriozun, xroniki diareya sindromunun, qıcıqlanmış yoğun bağırsaq sindromunun müalicəsi: 10-14 gün.
Antibiotiklərin qəbulu ilə assosiasiya olunmuş diareya və psevdomembranoz kolitin profilaktika və müalicəsi: antibiotikin qəbulunun 1-ci günündən başlayaraq, yaşa uyğun dozada Enterol 250 kapsul və ya paket antibiotiklə birgə təyin olunur.
Kapsulu su ilə qəbul etmək məsləhət görülür.

Araşdırmalar nəticəsində hamiləlik və laktasiya dövründə heç bir yan təsir qeydə alınmamışdır. Buna görə preparatın hamilələr, süd verənlərə təyini mümkündür.

Yeni doğulmuşlarda istifadəsi:

Enterol 250 kapsul və paket – 0 yaşdan istifadəsi mümkündür. Bu zaman kapsulun içindəki tozu körpənin qidasına, südünə və ya suya qatıb vermək lazımdır.

Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq (allergiya). Mərkəzi venoz kateterli xəstələr

Həddən artıq isti və ya soyuq qida və maye ilə qəbul etməməli.

Antifunqal preparatlarla eyni zamanda istifadə etməməli.

Nadir hallarda mərkəzi venoz kateteri olan stasionar xəstələrdə fungemiya yaranma ehtimalı ola bilər.

Enterol 250 kapsul – içərisində 10 kapsul olan polietilen qapaqla bağlı şüşə flakon içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Enterol 250 paket -10 paket içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

25ºС-dən yüksək olmayan temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır

3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Reseptsiz buraxılır.

Biocodex

7 Galieni küç.94250 Jentilli, FRANSA.

Spelling error report

The following text will be sent to our editors: