ENTEROFURIL® suspenziya

Ticari adı

ENTEROFURIL® suspenziya

ENTEROFURIL® suspenziya

Hər 100 mq-lıq kapsulun tərkibində:

Təsiredici maddə: nifuroksazid – 100 mq

Köməkçi maddələr: saxaroza, qarğıdalı nişastası,

toz şəklində selluloza, maqnezium stearat.

Hər 200 mq-lıq kapsulun tərkibində:

Təsiredici maddə: nifuroksazid – 200 mq

Köməkçi maddələr: saxaroza, qarğıdalı nişastası,

toz şəklində selluloza, maqnezium stearat.

Hər 5 ml suspenziyanın tərkibində:

Təsiredici maddə: nifuroksazid – 200 mq

Köməkçi maddələr: saxaroza, natrium hidroksid,

metilparahidroksibenzoat, limon turşusu, banan ətri,

distillə edilmiş su, etanol karbomer.

Mikrobəleyhinə vasitə

Farmakodinamika: Nifuroksazid 5-nitrofuran törəməsi olub, mədə-bağırsaq sisteminin infeksiyalarının müalicəsi üçün istifadə edilən geniş spektrli antibakterial maddədir. Nifuroksazidin antimikrob və antiparazitar təsiri tərkibindəki NO2 qrupunun bağırsaq infeksiyalarını törədən bakteriyalara təsir göstərməsi hesabına əldə olunur. Bir sıra qram müsbət mikroorqanizmlərə qarşı (Streptococcus pyogenes, Staphylococcus pyogenes, Clostridium) və qram mənfi enterobakteriyalara qarşı (E. Coli, Salmonellae, Shigellae, Klebsiella, Enterobacter, Vibrio cholerae, Campilobacter, Edwarsiella, Citrobacter, Yersinia) aktivdir. Nifuroksazid saprofit floraya təsir göstərmir və bağırsaqda floranın tarazlığını pozmur.

Farmakokinetika: Nifuroksazid daxilə qəbul edildikdən sonra mədə-bağırsaq traktından sovrulmur, bağırsaq boşluğu hüdudlarında yerli təsir göstərir. Eliminasiya sürəti qəbul edilmiş dərman vasitəsinin dozasından və bağırsaqların hərəkətliliyindən asılıdır.

Müxtəlif mənşəli xroniki və kəskin diareya (infeksion, virus, bakterial)

Nitrofuran törəmələrinə qarşı yüksək həssaslıq, yenidoğulmuşlar (ilk 1 ay) və vaxtından əvvəl doğulmuşlar.

Diareyanın intensivliyinə və xəstənin vəziyyətinə uyğun olaraq müalicə zamanı venadaxili və ya peroral yolla su-elektrolit balansının tənzimlənməsi məqsədi ilə müalicə aparılmalıdır. Nifuroksazidlə müalicə aparıldığı zaman spirtli içkilər qəbul etmək olmaz.

Hamiləlik və laktasiya dövründə dərman vasitəsi qəbul oluna bilər.

Suspenziya:

İstifadədən əvvəl suspenziya çalxalanmalıdır. 1 – 6 ay arası körpələr 2,5 ml sutkada 2 – 3 dəfə, 6 ay – 2 yaş arası uşaqlar 2,5 ml sutkada 3 – 4 dəfə, 2 – 7 yaş arası uşaqlar 5 ml sutkada 3 dəfə.

Kapsul 100 mq:

2 – 7 yaş arası uşaqlar 2 kapsul sutkada 3 dəfə (günlük doza 600 mq).

Kapsul 200 mq:

7 yaşdan yuxarı uşaqlar və böyüklər 1 kapsul sutkada 4 dəfə (günlük doza 800 mq).

Müalicə müddəti 7 gündən artıq davam etməməlidir.

Nadir hallarda allergik reaksiya inkişaf edə bilər.

100 mq kapsul – hər birində 10 kapsul olmaqla 3 blisterdən ibarət qutu.

200 mq kapsul – hər birində 8 kapsul olmaqla 2 bisterdən ibarət qutu .

90 ml suspenziyadan ibarət tünd şüşədən hazırlanmış flakon, ölçü qaşığı ilə birlikdə.

Bosnalijek, Bosniya Herseqovina