Energie Drink

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Energie Drink

Energie Drink

Taurin – 1.82q/100q

Kofein – 0.20q/100q

Qlükoronolakton – 0.44q/100q

İnozitol– 0.09q/100q

Vitamin C – 30mq,

Vitamin B2 – 0.8mq,

Vitamin B3 (nikotinamid) – 9,0 mq,

Vitamin B5 (pantoten turşusu)– 3,0 mq,

Vitamin B6 – 1mq,

Vitamin B12 – 0.5mkq

Köməkçi maddələr:

Natrium hidrokarbonat, aromatizatorlar: çuğundur şirəsinin tozu, şəkər, limon turşusu, dekstroza

Additiva Enerjili içki – suda həll olunan taurin, kofein, qlükoronolakton və vitaminlərlə zəngin olan enerjili içkidir.

Taurin sinir və əzələ hüceyrələrinin fəaliyyətini yaxşılaşdırır.
Qlükuronolakton adenozin-3-fosfor turşusunun (enerji mübadiləsi-ATF) sintezini artırır.
B qrupu vitaminləri sinir sisteminə müsbət təsir edir.
Orqanizmin daxili enerji ehtiyatlarını stimulə edərək fiziki və zehni yorğunluğu sürətlə aradan qaldırır.
Mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdırır və əhval-ruhiyyəni yüksəldir.
Sinir mediatorlarının çatışmazlığı nəticəsində yaranan əzginlik, yuxululuq, diqqəti cəmləyə bilməmək kimi halları aradan qaldırır.
Fiziki və psixi yüklənmələrə qarşı dözümlülüyü artırır.
Idman məşqlərinin effektivliyini artırır.
İdmanla və ağır fiziki işlə məşğul olanlarda enerji tələbatını ödəyir.
Əzələlərdə toplanmış tullantı məhsullarını (süd turşusu) kənarlaşdırır.
Əzələlərin daha effektiv yığılmasına şərait yaradaraq onların funksionallığını artırır.
Əzələ yorğunluğu və əzginliyi aradan qaldırır.
Diafraqma əzələsinə təsir edərək onun yığılmasını artırır və nəticədə fiziki iş zamanı tənəffüs aktı asanlaşır.

İdmançılarda- məşqlərin effektivliyini artırmaq məqsədilə məqsədilə
İdmanla və ağır fiziki işlə məşğul olanlarda- enerji tələbatını ödəmək
Tələbələrdə və zehni işlə məşğul olan digər insanlarda -diqqəti cəmləməyə kömək etmək üçün
Ofis işçilərində, gecə növbəsində çalışanlarda -yorğunluğu və əzginliyi aradan qaldırmaq, fiziki yüklənmələrə qarşı dözümlülüyü artırmaq məqsədilə
Eyni zamanda mübadilə proseslərini gücləndirməklə yanaşı diqqəti artırmaq və emosial vəziyyəti yaxşılaşdırmaq üçün də təyin olunur.

Hamilələr və kofeinə həssaslıq, 12 yaşına qədər olan uşaqlar, hipertonik xəstələr.

Paketin içərisində olan toz 200ml otaq temperaturlu və ya soyuq suda həll edilərək içilir.

12 yaşdan yuxarı uşaqlar və böyüklər: gündə 1 – 2 paket səhər saatlarında daxilə qəbul edilir.

№ 8 paket (suda həll olunan toz

Aptekdən reseptsiz satılır.

: Dr. Scheffler – ALMANİYA

Spelling error report

The following text will be sent to our editors: