DİKLOFİON gel

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

DİKLOFİON gel

DİKLOFİON gel

Diklofenak 10 mq

Qeyri-steroid iltihab əleyhinə dərman vasitəsi. Yerli istifadə olunan ağrıkəsici və iltihab əleyhinə preparat

Diklofenak fenilsirkə turşusu törəməsidir. Ağrıkəsici, iltihab əleyhinə və antipiretik təsirə malikdir. Təsir mexanizmi prostaqlandinlərin sintezini blokada etməsi ilə əlaqədardır. SOG-1 və SOG-2 fermentlərini blokada etməklə iltihab ocağında prostaqlandinlərin sintezini tormozlayır. Yerli olaraq istifadə olunduğu üçün dəridən asanlıqla sorulur iltihab ocağına tez bir zamanda penetrasiya edir. Seçici olaraq sümük toxumasında və sinovial mayedə daha çox konsentrasiya toplayır.

Yumşaq toxumaların travmatik zədələnmələri (dartılma, əzilmə)
Əzələ,oynaq ağrıları
Sinir ağrıları (işalgiya, lyümbaqo, radikulit)
Artroz, artrit
İdmanla məşğul olan zaman kəskin zədələnmələr (bağ və vətərlərin gərilməsi)
Bağ və vətərlərin iltihabi xəstəlikləri (tenosinovit, bursit)
Sümük travması və sınıqlardan sonrakı vəziyyət

Fərdi həssaslıq

Hamiləlik və laktasiya dövrü

12 yaşından kiçik uşaqlar

Gündə 2 dəfə ağrı (zədədlənmiş) nahiyyəsinə nazik təbəqə şəklində sürtülməlidir.
Diklofion geli zədələnmiş (ağrıyan) dəri üzərinə sürtməzdən əvvəl dəri nahiyəsini təmizləyin və qurulayın.

Diklofion 100 qr gel saxlayan tubikdə, içlik vərəqi ilə birlikdə karton qutuya yerləşdirilib

Aptekdən buraxılma şərti: Aptekdən reseptsiz satılır.

Laboratorios Basi – İndustria Farmaceutica, SA

Portuqaliya

Spelling error report

The following text will be sent to our editors: