DİKLOBRU

Ticari adı

DİKLOBRU

DİKLOBRU

Ağrıkəsici, iltihabəleyhinə və hərarətsalıcı preparat.

Tərkibi :3 ml inyeksiya məhlulunda 75 mq diklofenak-natrium vardır.

Qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP).

Diklobru (diklofenak) – qeyri-steroid quruluşlu iltihabəleyhinə preparatdır. İltihab əleyhinə, ağrıkəsici və qızdırmasalıcı xüsusiyyətlərə malikdir. İn vitro diklofenak prostaqlandinsintetazanı blokadaya alır, həmçinin trombositlərin aqreqasiyasını ləngidir. Siklooksigenazanı, araxidon zəncirinin reaksiyalarını tormozlayır və PQE2, PQF2alfa, tromboksan A2, prostasiklinin, leykotrienlərin sintezini və lizosomal fermentlərin xaric olmasını pozur. Trombositlərin aqreqasiyasını tormozlayırır; uzun müddət istifadə etdikdə desensibilizəedici təsir göstərir.

.Dayaq-hərəkət aparatı xəstəliklərinin müalicə müddətində preparat oynaq boşluqlarına yaxşı keçir, sakitlik və hərəkət zamanı baş verən oynaq ağrılarını yüngülləşdirir, hərəkət həcmini bərpa edir, oynaqlarda səhər məhdudiyyətini və ödemi azaldır.

Əməliyyat və travmalardan sonra iltihabi proseslər zamanı spontan və hərəkət vaxtı yaranan ağrını yüngülləşdirir, yara nahiyəsində iltihablı ödemi azaldır. Kurs müalicə alan poliartritli xəstələrdə sinovial mayedə və sinovial qişadakı konsentrasiyalar qan plazmasında olduğundan çoxdur. İltihab əleyhinə təsiri asetilsalisil turşusuna, butadiona, ibuprofenə nisbətən daha güclüdür; indometasinlə müqayisədə daha güclü kliniki effekti var və xəstələr tərəfindən yaxşı qəbul olunması haqqında məlumatlar var. Revmatizm və Bexterev xəstəliyi zamanı prednizolona bərabərdir.

Dayaq-hərəkət aparatının xəstəlikləri (revmatoid artrit, artrozlar, podaqrik artrit, bursopatiyalar, enteropatiyalar, deformasiyaedici osteoartroz, sinovitlər və tendosinovitlər, mialgiyalar, miozitlər)
Onurğa sütunun xəstəlikləri (Bexterev xəstəliyi, koksartroz, ankilozlaşdırıcı spondilit, spondilyoz, işias, osteoxondroz, bel-oma düyününün zədələnməsi, radikulitlər)
Revmatizm
Nevroloji xəstəliklər (nevritlər və nevralgiyalar, miqren tutmaları)
Travmadan sonrakı ağrılar (sınıqlar, dartılmalar, çıxıqlar, əzilmələr)
Əməliyyatdan sonrakı ağrılar (tonzilektomiyadan, qarın boşluğu orqanlarında aparılan əməliyyatdan, dişlərin çıxarılmasından sonra)
Menstrual ağrılar (alqodismenoreya). Yumurtalıqların iltihabı (salpinqit və ooforit), uşaqlığın, uşaqlıq yolunun, vulvanın iltihabi xəstəlikləri (patogenetik müalicə)
Böyrək və qaraciyər kolikası
LOR-orqanları xəstəliklərinin patogenetik müalicəsi (orta otit, kəskin faringit, kəskin tonzillit (angina), sinusitlər, haymorit)
Yuxarı tənəffüs yollarının kəskin respirator infeksiyalarının patogenetik müalicəsi
Görmə orqanlarının xəstəlikləri (blefarokonyunktivit, konyunktivit, keratokonyunktivit, buynuzlu qişanın zədələnməsi, gözün və hədəqələrin travması)

diklofenaka və preparatın digər komponentlərinə və ya başqa qeyri-steroid iltihab əleyhi-

nə vasitələrə qarşı yüksək həssaslıq, mədənin və onikibarmaq bağırsağın xora xəstəliyi, bağırsağın destruktiv-iltihabi xəstəliyi, kəskinləşmə fazasında ,qanyaranmanın və ya qanın pozğunluqları, “aspirin” bronxial astması, hamiləliyin son trimestri, laktasiya dövrü,14 yaşa qədər uşaqlar, qaraciyər və böyrək çatışmazlığı.

Hamiləliyin ilk 6 ayında preparat ciddi göstərişlər üzrə və az dozalarda istifadə olunur

Əzələdaxili inyeksiyalar. gündə 1 dəfə dərin əzələdaxili yeridilir. Ağır hallarda gündəlik doza gündə 2 ampula qədər artırılır (hər inyeksiya ayrı-ayrı yerlərə) inyeksiyalar arasında 6 saatlıq interval saxlanılır. Maksimal gündəlik doza 150 mq-dır. Maksimal doza 5 gündən artıq istifadə olunmamalıdır.

Damcı üsulu ilə venadaxili infuziyalar (həkim tərəfindən stasionarda keçirilir): Infuziyadan əvvəl aşağıda qeyd olunan məhlul hazırlanmalıdır: 100 – 150 ml 0,9%-li natrium-xlorid məhlulu və ya 100 – 150 ml 5%-li qlükoza məhlulu 1 ml 4,2 %-li natrium-hidrokarbonat məhlulu.1 ampul Diclobrunun möhtəviyyatı yuxarıdakı məhlullardan birinə əlavə edilir; İnyeksiya məhlulunun şəffaf, mexaniki qarışıqsız, kristalsız və çöküntüsüz olmasına diqqət etmək lazımdı

Mədə-bağırsaq traktına: nadir hallarda – ürəkbulanma, eroziv-xora zədələnmələri, qanaxmalar, qaraciyərin funksiyasının pozulması (transaminazanın miqdarının artması, sarılıq hepatit). Nadir hallarda periferik ödemlər və allergik reaksiyalar: qaşınma, dəri səpgisi, ekzema, bronxospazm, anafilaktik reaksiyalar baş verə bilər. Mərkəzi və periferik sinir sisteminə: başağrısı, başgicəllənmə, qulaqlarda küy, yuxusuzluq, qıcıqlanma, depressiya və ya yorğunluq hissi, görmənin pozulması (diplopiya) ola bilər. Sidikqovucu sistemə: nadir hallarda nefrotik sindrom, böyrək çatışmazlığı. Qanyaradıcı sistemə: leykopeniya, trombositopeniya, aplastik anemiya, multiform eritema, aqranulositoz, hemolitik anemiya.

3 ml N 5 ampul içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilmişdir.

25°C-dən aşağı temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlanmalıdır.

RUPHARMEXPORT Belçika