DIFEPLAST COOL

Ticari adı

DIFEPLAST COOL

DIFEPLAST COOL

1 plastırın tərkibində təsiredici maddə qismində mövcuddur:

120 mq diklofenak dietilammonium

Rəngsiz və şəffaf plastır hər tərəfdən bağlı ağ rəngli kağız qablaşmaya yerləşdirilir.

İltihab və ağrı simptomlarının azalması məqsədilə aşağıdakı patoloji vəziyyətlərdə istifadə olunur:

Deformasiyaedici artrit, çiyin ağrısı, tendinit və peritendinit, təkrar gərilmələr, əzələ ağrısı, epikondilit, travmadan sonrakı ağrı və şişkinlik.

Zədələnmiş nahiyəyə 1 plastır gündə bir dəfə yapışdırılır.

Tərkibindəki diklofenaka qarşı hiperhəssaslıq.
Asetilsalisil turşusu və ya digər qeyri-steroid iltihab əleyhinə vasitələrin qəbulu

Plastırın tətbiqi zamanı aşağıda sadalanan arzuolunmaz əlavə təsirləq təzahür etdikdə plastırın dərhal qoparılması, istifadəsinin dayandırılması və həkim və ya əczaçı ilə məsləhətləşmə tövsiyə olunur.

Diklofenakın dəriyə istifadəsində təsadüfi hallarda səpgilər, eritema, qaşınma, dəri qıcıqlanması, yanıq hissi və dərinin laylanması kimi dəri reaksiyaları müşahidə oluna bilər.
Hiperhəssaslıq reaksiyası: anafilaktik simptomlar – nadir hallarda müşahidə olunur; digər reaksiyalar – övrə, tənəffüsün çətinləşməsi və s.

Qeyri-steroid iltihab əleyhinə vasitələr xəstəliyin səbəbinə deyil, simptomuna təsir göstərir.

Astma xəstəliyindən əziyyət çəkən xəstələr plastırın istifadəsindən əvvəl mütləq şəkildə həkim və ya əczaçı ilə məsləhətləşməlidirlər.

Dərinin infeksiyalı iltihabında plastırın istifadəsi infeksiya simptomlarını maskalaya bilər, bu səbəbdən belə patoloji vəziyyət ilə olan xəstələrdə plastırın tətbiqi ilə yanaşı müvafiq antibakterial və ya antimikotik vasitələr də təyin olunmalıdır.

Xronik patologiyalarda istifadə edildikdə plastırdan başqa digər müalicə tədbirləri də nəzərdən qaçırılmamalıdır; əlavə təsirlərin təzahürlərinə xüsusi diqqət yetirilməlidir.

Zədələnmiş dəridə və selikli qişada, həmçinin dərinin ekzemalı və ya səpgili nahiyəsində istifadə edilməməlidir. Plastırın yapıştırılacaq dəri sahəsi quru olmalıdır

Hamiləlik və laktasiya dövründə plastırın istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir. Yalnız istifadəsinə mütləq göstəriş olduqda və ana üçün potensial fayda döl üçün potensial riskdən yüksək olduqda həkimlə məsləhətləşmədən sonra plastır hamilələrdə istifadə edilə bilər.

Uşaqlarda plastırın istifadəsinin təhlükəsizliyi müəyyən edilməmişdir

Yaşlılarda plastır ehtiyyatla istifadə edilməlidir, plastırın tətbiq olunana zədələnmiş nahiyyənin dərisinin vəziyyətinə nəzarət edilməlidir.

Plastır 30°C-dən aşağı temperaturda, qaranlıq və quru yerdə, öz qutusunda saxlanılmalıdır.

Qutunun içərisində 7 ədəd plastır paketi var.