Devitor

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Devitor

Devitor

Devitor D3

Tərkibi (hər 1 damcıda):

D3 vitamini (xolekalsiferol) ………………………….400 BV

Xolekalsiferol – D vitamininin təbii forması olub dəridə təbii günəş şüalarının təsiri altında yaranır. Erqokalsiferolla müqayisədə 25% daha aktivdir. Bağırsaqlarda kalsiumun sorulmasını və fosforun böyrək kanalcıqlarında reabsorbsiyasını gücləndirir. Skeletin formalaşmasını normallaşdırır, sümüklərin strukturunun qorunmasını təmin edir.

Qanda olan kalsium ionları skelet əzələlərinin tonusunu, miokardın funksiyalarını, sinir impulslarının ötürülməsini, qanın laxtalanmasını tənzimləyir. Qalxanabənzər ətraf vəzilərin, immun sistemin işini normallaşdırır, limfokinlərin istehsalına təsir göstərir.

Qidada D vitaminin çatışmazlığı, onun sorulmasının pozulması, kalsium defisiti, həmçinin günəş şüalarının kifayət qədər olmaması uşaqlarda intensiv inkişaf dövründə raxitə, böyüklərdə osteomalyasiyaya, hamilələrdə tetaniya əlamətlərinin inkişaf etməsinə, yenidoğulmuşlarda isə sümükləşmə proseslərinin pozulmasına səbəb ola bilər. Hormonal dəyişikliklərlə əlaqədar olaraq əksər hallarda osteoporoz müşahidə olunduğundan menopauza dövründə qadınlarda D vitamininə tələbat arta bilər.

Vaxtından əvvəl doğulmuşlarda ödün kifayət qədər əmələ gəlməməsi və bağırsaqlara tökülməməsi nəticəsində yağda həll olan vitaminlərin sorulması prosesi pozulur və nəticədə D vitaminin istifadəsi zamanı suda məhlulu yağda məhlulundan daha yaxşı sorulur.

Peroral qəbuldan sonra preparat nazik bağırsağın distal hissəsindən sorulur. Qaraciyər və böyrəklərdə metabolizmə uğrayır. Plasentar baryeri aşır, ana südünə keçir. Orqanizmdən sidik və nəcislə xaric olunur. T1/2 bir neçə gün təşkil edir və böyrək çatışmazlığı zamanı bu vaxt uzana bilər. Kumulyasiya qabiliyyətinə malikdir.

D vitamini defisiti (profilaktika və müalicə),
Raxit və raxitəbənzər xəstəliklər,
Hipokalsiemiya, hipokalsiemik tetaniya, metabolik osteopatiyalar (hipoparatireoz, psevdohipoparatireoz), osteomalyasiya (profilaktika və müalicə), osteoporozun kompleks terapiyası (həmçinin, postmenopauza dövründə).

D vitamini hipervitaminozu, hiperkalsiemiya, hiperkalsiuriya, böyrək daşı xəstəliyi (böyrəklərdə kalsium oksalat duzlarının əmələ gəlməsi), sarkoidoz, böyrəklərin kəskin və xroniki xəstəlikləri, böyrək çatışmazlığı, ağciyər vərəminin aktiv forması, D3 vitamininə yüksək həssaslıq.

Profilaktik məqsədlə:Vaxtında doğulmuşlara və 2-3 yaşa qədər uşaqlara: 1-2 damcı gündə 1 dəfə. Vaxtından əvvəl doğulmuş uşaqlara, əkiz uşaqlara, pis həyat şəraitində olan körpələrə 2-3 damcı gündə 1 dəfə. Hamilə qadınlara ya bütün hamiləlik boyu 1 damcı, ya da hamiləliyin 28-ci həftəsindən etibarən 2 damcı gündə 1 dəfə.Postmenopauza dövründə – gündə 1-2 damcı.

Müalicəvi məqsədlə:Raxit zamanı klinik vəziyyətə ciddi nəzarət etməklə, qanın və sidiyin biokimyəvi göstəricilərinin (kalsium, fosfor, qələvi fosfstaza) müayinəsini həyata keçirtməklə raxitin ağırlıq dərəcəsindən və gedişindən asılı olaraq 4-6 həftə ərzində hər gün 5-12 damcı.

Müalicə 3-5 gün müddətində 5 damcı ilə başlanılır, sonra preparat orqanizm tərəfindən yaxşı qəbul olunduğu halda doza fərdi müalicəvi dozaya qədər (8 damcı) yüksəldilir. 12 damcı yalnız sümükdə aydın ifadə olunmuş dəyişikliklər olduğu halda tətbiq olunur. Ehtiyac olduqda 1 həftədən sonra müalicə kursunu təkrar etmək olar.Müalicə dəqiq müalicəvi effekt alınana qədər aparılır və sonra profilaktik dozaya keçilir (1-3 damcı). Postmenopauza dövründə osteoporozun kompleks müalicəsində: gündə 1-2 damcı.

Devitor D3 damcı, 30 ml pipet ilə təchiz olunmuş şüşə flakon.

Koza İlaç Biyoteknoloji San. ve Tic. Ltd. Şti./İSTANBUL/ Türkiyə

Spelling error report

The following text will be sent to our editors: