DEKSALENT

Ticari adı

DEKSALENT

Hər 2 ml-lik ampulun tərkibində vardır:

Deksametazon natrium-fosfat…………………… 8 mq

Sistem istifadə üçün kortikosteroi

Beyinin ödemi və neoplaziya (köməkçi vasitə kimi); təxirəsalınmaz vəziyyətlər və müxtəlif mənşəli şoklar; səs dəliyinin ödemi, transfuziyadan sonrakı vəziyyətlər, anafilaksiya, yanıqlar, hemoragik, cərrahi, septiki və kardiogen mənşəli zədələnmələr.

Deksalentin istifadəsi xəstəliyin ağırlıq dərəcəsi və pasiyentlərin fərdi reaksiyasına uyğun aparılmalıdır. Adətən gündəlik doza 32-96 mq təşkil edir ki, bu döza 4-6 dəfəlik qəbula bölünür. Dərman vasitəsinin dozasını daim məzarətdə saxlamaq və tənzimləmək lazımdır. Uzunmüddətli istifadə zamanı Deksalen-ti dayandırmaq istədikdə dozanı tədricən azaltmaq lazımdır.

Sistemli göbələk xəstəlikləri, vərəm, peptiki xora, psixozlar, gözün sadə gerpesi

Deksalent həkim nəzarəti altında istifadə olunmalıdır. Az yaşlı uşaqlara və hamilə qadınlara ehtiyyac olduqda, həkim nəzarəti ilə təyin edilir. Uzunmüddətli kortikosteroid terapiyasına ehtiyacı olan uşaqların böyüməsi və inkişafı nəzərət altında olmalıdır. İdmançılarda göstəriş olmadan istifadəsi dopinq hesab edilir, antidopinq testlərdə müsbət nəticə verir.

Steroidlərin istifadəsi zamanı bəzi yan təsirlər müşayidə oluna bilər.

Hidro-elektrolit balansın pozulması, nadir hallarda isə buna müyilli olan şəxslərdə durğunluqlu ürək çatmamazlığı; Əzələlərin zədələnməsi, osteoporoz, miopatoya, sümüklərin kövrəkliyi; Qastroinstenal ağırlaşmalar, peptiki xoraların əmələgəlməsi və ya fəallaşması; Dərinin zədələnməsi, dərinin nazikləşməsi və tamlığının pozulması, yaraların gec sağalması; Hormonal pozğunluqlar: mensrtual tsiklin pozulması, uşaqlarda böyümənin pozulması, hipotalamı-hipofizar funksiyanın pozulması (əsasən də stress zamanı), gözlənilməz olaraq şəkərli diabetin yaranması və ya diabetli xəstələrdə hipoqlikemik preparatlara təlabatın atrması; oftalmoloji pozöunluqlar, arxa subkapsulyar katarakta və beyindaxili təziqin artması; müxtəlif psixoloji pozğunluqlar: eyforiya, yuxusuzluq, əhval-ruhiyyənin və şəxsiyyətin pozulması, depressiyalar və ya psixozun ağır simptomları. Anamnezdə olan emosional qeyri-stabillik və psoxozlara meyillik güclənə bilər; mənfi azot balansı.

Belə hallarda müalicə həkimi və ya əczaçı ilə məsləyətləşmək lazımdır.

Qutuda 3 ədəd 2 ml-lik inyeksiya üçün məhlul, içlik vərəqəsi ilə birlikdə.

LABORATORİO FARMACOLOGİCO MİLANESE S.R.L., İtaliya.