DEFAKTOR

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

DEFAKTOR

DEFAKTOR

DEFAKTOR

İstifadəsi üzrə təlimat (xəstələr üçün)

Tərkibi:

Təsiredici maddə: Hər 1 damcıda: D3 vitamini (xolekalsiferol)…………………..400 BV

(1 ml – 20 damcı məhlulun tərkibində D3 vitamini 8000 BV-dir)

Kalsium – fosfor mübadiləsi requlyatoru

Vitamin D3 raxit əleyhinə aktiv faktor olub D vitamininin təbii formasıdır. D₂ vitamini ilə müqayisədə aktivliyinin 25%-dən yüksək olması ilə fərqlənir. Həmçinin, Vitamin D3 yağda həll olan vitamin olub normal halda ultrabənövşəyi şüaların təsiri altında insan dərisində 7-dehidroxolesterindən sintez olunur. Vitamin D3 kalsium, fosfor və maqnezium mübadiləsinin tənzimlənməsində iştirak edir, Ca2+ və fosfatların bağırsaqdan sorulmasını (bağırsaq epitelinin hüceyrə və mitoxondrial membranlarında keçiriciliyi artırması hesabına) və onların böyrək kanallarından reabsorbsiyasını gücləndirir, sümük toxumasının minerallaşmasını yaxşılaşdırmaqla (Ca, P və Mg-un sümük toxumasında toplanmasına kömək edir) uşaqlarda skeletin və dişlərin formalaşmasını və ossifikasiya prosesini gücləndirir, qalxanabənzər ətraf vəzilərin normal fəaliyyət göstərməsi üçün zəruridir. Vitamin D3 kalsium ionlarının konsentrasiyasına, skelet əzələlərinin tonusunun saxlanmasına, sinir impulslarının ötürülməsinə, qanın laxtalanma prosesini şərtləndirən bir sıra mühüm biokimyəvi proseslərə təsir göstərir. D vitamini, həmçinin limfokinlərin yaranmasına təsir göstərməklə immun sistemin fəaliyyətində iştirak edir.

Uşaqların sürətli inkişaf dövründə qidada D vitamininin çatışmaması və ya sorulmasının zəifləməsi, kalsium çatışmazlığı, günəş şüasından uzaq qalmaq raxitin yaranmasına və yenidoğulmuşlarda sümüklərin bərkiməsi proseslərinin pozulmasına səbəb olur. Böyüklərdə bu osteomalyasiyaya, hamilə qadınlarda tetanus simptomlarının meydana çıxmasına səbəb ola bilər. Menopauza dövründə olan qadınlarda hormonal pozğunluqlarla əlaqədar D vitamininə olan tələbat yüksəlir.

Peroral qəbuldan sonra D3 vitamini (xolekalsiferol) nazik bağırsaqda absobsiya olunur. Qaraciyərdə və böyrəklərdə metabolizmə uğrayır. Xolekalsiferolun qandan yarımxaricolma dövrü bir neçə gün təşkil edir və böyrək çatışmazlığı zamanı bu müddət uzana bilər. Preparat plasentar baryerdən keçir və ana südünə nüfuz edir. Orqanizmdən sidik və nəcislə xarıc olur.

D vitaminin hipo- və avitaminozunda, həmçinin vitamin D-yə artmış tələbatı ödəmək üçün istifadə olunur:

Raxit, spazmofiliya (hipokalsiemik tetanus), osteomalyasiya, osteoporoz
Hipokalsiemiya, hipofosfatemiya
Hamiləlik və laktasiya dövrü
Yenidoğulmuşlar və südəmər dövr
Hipoparatireoz və psevdohipoparatireozun (Olbrayt xəstəliyi) profilaktikası və müalicəsi
Malabsorbsiya sindromu
Bəzi dərman preparatlarının qəbulu (qıcolma əleyhinə preparatlar və s.)
İntensiv inkişaf dövründə: sümük əmələgəlmə, boyatma və diş çıxarma prosesinin ləngiməsi
Sinir sisteminin funksional pozğunluqları, əzələ distrofiyası, miasteniya

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq, D hipervitaminozu, qanda və sidikdə kalsiumun səviyyəsinin yüksəlməsi, kalsium tərkibli böyrək daşları, böyrək çatışmazlığı, sarkoidoz.

Gözləmək lazımdır ki, doza həddi aşılmasın. Müəyyən tələbatın fərdi təminatı zamanı bu vitaminin bütün mümkün mənbələri nəzərə alınmalıdır. Vitamin D3 –ün uzun müddət həddindən artıq yüksək dozalarda istifadə olunması və ya zərbə dozaları xroniki D3 hipervitaminozuna səbəb ola bilər. Uşağın D vitamininə olan sutkalıq tələbatının müəyyən edilməsi və onun istifadə olunma qaydası həkim tərəfindən fərdi qaydada həyata keçirilməli və vaxtaşırı müayinələr zamanı hər dəfə dəqiqləşdirilməlidir (xüsusilə həyatının ilk aylarında). İmmobilizə olunmuş xəstələrdə ehtiyatla istifadə olunmalıdır. Yüksək dozalarda kalsium preparatları ilə vitamin D3 –ü birlikdə istifadə etmək olmaz. Müalicə müddətində qanda və sidikdə kalsiumun səviyyəsinə vaxtaşırı nəzarət etmək lazımdır.

Epilepsiya əleyhinə dərman maddələri, rifampisin, xolestiramin vitamin D3 –ün reabsorbsiyasını aşağı salır. Tiazid diuretikləri ilə birlikdə istifadə etdikdə hiperkalsiemiyanın yaranma riski yüksəlir. Ürək qlikozidləri ilə birlikdə istifadəsi onların toksiki təsirini gücləndirə bilər (ürəyin ritmik fəaliyyətinin pozulması riski yüksəlir).

Doza həddi aşıldıqda teratogen təsirin meydana çıxması imkanı olduğundan hamiləlik dövründə vitamin D3 –ün yüksək dozalarda istifadə olunması tövsiyə olunmur.

Laktasiya dövründə vitamin D3 ehtiyatla təyin olunmalıdır. Ana tərəfindən yüksək dozalarda qəbul edilən preparat uşaqlarda doza həddinin aşılması əlamətləri törədə bilər.

Preparat az miqdarda maye ilə daxilə qəbul edilir. 1 damcının tərkibində 400 BV vitamin D3 vardır. Dozalanma bir qayda olaraq qida vasitəsilə orqanizmə daxil olan D vitaminin miqdarı nəzərə alınmaqla təyin edilməlidir. Preparat aşağıdakı dozalarda istifadə olunur:

Profilaktik dozalar

Göstərişləri

Sutkalıq doza

(1 damcı – 400 BV)

Kurs müalicə

Vaxtında doğulmuş uşaqlarda raxitin profilaktikasında

1 damcı

Həyatının birinci ayından etibarən

1 – 3 yaşa qədər uşaqlara düzgün qulluq və təmiz havada kifayət qədər olmalarının təmin olunması məqsədilə

1 – 3 damcı

1 – 2 il

Yarımçıqdoğulmuş uşaqlarda raxitin profilaktikasında

2 – 4 damcı

1 – 2 il

Hamilə qadınlara (bütün hamiləlik müddəti)

1 damcı

9 ay

Hamilə qadınlara (28 – ci həftəsindən başlayaraq)

2 – 3 damcı

3 ay

Postmenopauzal dövrdə

1 – 4 damcı

Fərdi, fasilələrlə

Müalicəvi dozalar

Göstərişləri

Sutkalıq doza

(1 damcı – 400 BV)

Kurs müalicə

Raxit zamanı: klinik vəziyyətə ciddi nəzarət etməklə, qan və sidiyin biokimyəvi göstəricilərini (kalsium, fosfor, qələvi fosfotazalar) müayinəsini həyata keçirməklə, raxitin ağırlıq dərəcəsindən (I, II və III) və gedişindən asılı olaraq

a. Xəstəliyin əvvəlində başlanğıc doza seçilir:
b. Sonra doza bir qədər yüksəldilir:
c. Sümüklərdə aydın ifadə olunmuş dəyişikliklər baş verdiyi təqdirdə:

d. sonra profilaktik dozaya keçirilir:

5 – 12 damcı

5 damcı

8 damcı

12 damcı

1 – 4 damcı

4 – 6 həftə

3 – 5 gün

3 – 5 gün

Müalicə effekt alınana qədər aparılır.

Uzun müddət

D vitamininin defisiti zamanı yaranan xəstəliklərin profilaktikasında

6 – 10 damcı

Fərdi

Malabsorbsiya sindromunda profilaktik məqsədlə

6 – 10 damcı

Fərdi

D vitamininin defisiti zamanı yaranan osteomalyasiyanın müalicəsində

3 – 10 damcı

1 il

Osteoporozun müalicəsində

3 – 6 damcı

Fərdi

Hipoparatireozun və psevdohipoparatireozun müalicəsində

18 – 40 damcı

Fərdi, laborator cavblardan asılı olaraq

Raxitəbənzər xəstəliklərin müalicəsində: yaşdan, bədən kütləsindən və xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq, qanın və sidiyin biokimyəvi göstəricilərinə nəzarət etməklə

50 – 75 damcı

4 – 6 həftə

(sonra həkim nəzarəti altında saxlayıcı dozaya keçmək lazımdır)

Tövsiyə olunan dozalarda istifadə olunduqda əlavə təsiri müşahidə olunmur. Vitamin D3 –ün təsirinə qarşı nadir hallarda rast gələn yüksək fərdi həssaslıq zamanı və ya həddindən artıq yüksək dozalarda uzun müddət istifadə olunduqda D3 hipervitaminozu baş verə bilər. Hipervitaminozun əlamətləri: iştahanın itməsi, ürəkbulanma, qusma, baş, əzələ və oynaq ağrıları, qəbizlik, ağızda quruluq, poliuriya, psixikanın pozulması, o cümlədən depressiya, bədən kütləsinin azalması, qanda kalsiumun səviyyəsinin yüksəlməsi və onun sidiklə ekskresiyasının artması, böyrəklərdə daşların əmələ gəlməsi və yumşaq toxumaların kalsifikasiyası.

Bütün əlavə təsirlərin, o cümlədən içlik vərəqəsində göstərilməyənlərin, baş verməsi barədə müalicə həkimini mütləq məlumatlandırmaq lazımdır.

Əlamətləri: iştahanın azalması, ürəkbulanma, qusma, qəbizlik, narahatlıq, yanğı, poliuriya, ishal, bağırsaq sancısı. Tez-tez meydana çıxan əlamətlərə baş, əzələ və oynaq ağrıları, psixikanın pozulması, o cümlədən depressiya, stupor, ataksiya, bədən kütləsinin sürətlə azalması aiddir. Böyrək funksiyalarının albuminuriya, eritrosituriya və poliuriya, kalium itkisinin artması, hipostenuriya, nikturiya və arterial təzyiqin yüksəlməsi ilə müşayiət olunan pozulmaları inkişaf edir. Ağır hallarda buynuz qişanın tutqunlaşması, nadir hallarda görmə siniri məməciyinin ödemi, qüzehli qişanın katarakta dərəcəsinə qədər iltihabı baş verə bilər. Böyrəklərdə daş əmələ gələ bilər, yumşaq toxumaların, o cümlədən qan damarlarının, ürəyin, ağ ciyərlərin və dərinin kirəcləşməsi baş verə bilər. Nadir hallarda xolestatik sarılıq inkişaf edir.

Müalicəsi:preparatdan istifadəni dayandırmalı, həkimə müraciət olunmalıdır. Çoxlu miqdarda maye qəbul etmək lazımdır. Zərurət yaranarsa müalicə xəstəxana şəraitində aparılmalıdır.

30 ml preparat “birinci açılış” zəmanət həlqəli polietilen qapağı və polietilen tıxac – damcıladıcısı olan flakonlarda. 30 ml – lik flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

15°C – 25°C temperaturda, qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Reseptsiz buraxılır.

Biofaktor” Sp. z o.o.

Export Department Office, Al. Ken 55/28, 02-797 Warszawa, Poland

Rəsmidistribyutor:”AzeriMed” MMC

Spelling error report

The following text will be sent to our editors: