Colo-Vita baby

Saytda qeyd olunmuş dərman vasitələrinin offlayn bazası artıq Android smartfonunuzda! Daha ətraflı məlumat - Google Play

Ticari adı

Colo-Vita baby

Colo-Vita baby

10 damçı məhlulun tərkibi: canlı bakteriaların liofilizatı – 5,0 mlrd

Lactobacillus casei 2 mlrd
Lactobacillus rhamnosus 1,5 mlrd
Bifidobacterium bifidum 0,75 mlrd
Streptococcus thermophilus 0,75 mlrd

Colo-Vita baby bağırsaq mikroflorasını bərpa edən preparatdır. Tərkibindəki 4 növ canlı bakteriyalar sağlam yenidoğulmuşların mədə-bağırsaq traktında mövcuddur. Bu bakteriyalar lactobacillus casei, lactobacillus rhamnosus, bifidobacterium bifidum, streptococcus thermophilus insan üçün böyük əhəmiyyət kəsb edirlər:

– bağırsaqda turş mühit yaradaraq patogen mikrobların və göbələklərin artıb çoxalmasının qarşısını alırlar.

– süd məhsullarının həzmində, həzm fermentlərinin və B qrup vitaminlərin, fol turşusunun (kazein, fosfotaza, lizosim ) sintezində, öd turşusunun metabolizmində iştirak edirlər.

– antiallergik, antibakterial, antitoksik və immunomodulyator təsir göstərirlər

Həzm sisteminin disbakteriozu

– Kəskin və xroniki diareya

– Mədə-bağırsaq traktının kandidozu

– Antibiotiklər, sitostatiklər və hormon preparatlarının qəbulu zamanı

– Həzm pozğunluqları zamanı (köp, diareya, epiqastral nahiyədə diskomfort, sancı, qəbizlik)

– Bağırsaq qripi (rotavirus infeksiyası)

– Süni və qarışıq qida qəbul edən uşaqlara

– Qurd invaziyaları zamanı

– Allergik diatezlər

– İmmunodefisit vəziyyətlər.

İstifadədən öncə flakonu çalxalamaq lazımdır. Qapağını acıb, flakonu əyib, damla tökülənə qədər gözləyirik. Preparat təmiz şəkildə və ya su, süd, qatıq, alma şirəsinə əlavə edilərək istifadə olunur.

0 – 3 yaş arası uşaqlara 10 damcı gündə 1 dəfə

3 – 6 yaş uşaqlara 10 damcı gündə 2 dəfə təyin edilir.

Preparatın tərkibindəki hər hansı bir komponentə qarşı yüksək həssaslıq.

Oral damcı – flakon 7 ml

Quru və sərin yerdə saxlanılır. Flakon açıldıqda isə soyuducuda 2-8 C saxlanılmalıdır.

Spelling error report

The following text will be sent to our editors: